SORAQ

is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat.
Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. Qaçaq Nəbi”.

// Biri haqqında məlumat, xəbər.
[Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir. B.Bayramov.

□ Sorağında olmaq – həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq.
Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçərli.

Soraq almaq – bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım.
[Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Məmmədxanlı.

Soraq etmək – axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. – İnəyi itən soraq edər. ( Ata. sözü ).
Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn.
[Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov.

Soraq vermək – xəbər vermək, məlumat vermək.
Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstəm.
[Katibədən] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhəsən.

Синонимы

  • SORAQ xəbər — məlumat
  • SORAQ soraq bax xəbər 1
SOPRÁNO
SORAQ-SORAQLA

Значение слова в других словарях