Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Stella Abramoviç
Stella Lazarevna Abramoviç (rus. Стелла Лазаревна Абрамович; 8 sentyabr 1927 – 17 fevral 1996) — SSRİ və Rusiya ədəbiyyatşünası, filologiya elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutunun baş elmi işçisi. == Həyatı == Stella Lazarevna Abramoviç Leninqrad Elektrofizika İnstitutunda işləyən assistent ailəsində anadan olmuşdur. O, Leninqrad Universitetinin filologiya fakültəsini bitirmişdir. Abramoviç 1950–1960-cı illərdə Leninqradın orta məktəblərində ədəbiyyatdan dərs demişdir. O, ardınca növbəti 30 il Puşkin evində çalışmışdır. Abramoviç tarixçi Vladimir Raitses ilə evlənmişdir.Abramoviçin elmi maraq dairəsi XIX əsr rus ədəbiyyatı tarixidir. O, Aleksandr Puşkinin həyat və yaradıcılığını araşdırmışdır. Abramoviç xüsusilə, bir sıra xatirələrə, epistolyar və sənədli sübutlara əsaslanaraq iki xronika yazmışdır: "1833-cü ildə Puşkin" və "Puşkin. Keçən il".Abramoviç 17 fevral 1996-cı ildə vəfat etmişdir.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. == Əsərləri == Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. == Şərəfinə adlandırılmış taksonlar == Poa fawcettiae Vickery, 1970 == İstinadlar == == Ədəbiyyat == L. Gillbank.
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Stellaj
Stellaj — qiymətli kağızların alqı-satqısı əməliyyatlarının bir növü. Bura da alqı-satqı münasibətlərinin tərəflərindən biri əməliyyat anında birtərəfli qaydada ticarət mövqeyinin seçilməsi hüququna malik olur. Məsələn, alış və ya satış mövqeyi və s.Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır. Stellaj o zaman həyata keçirilir ki, müəyyən oyunçular bu və ya digər səhmlərin məzənnəsinin dəyişmələrini, digərləri isə onun stabilləşməsini gözləyirlər. Satıcının (yuxarıya stellaj) və alıcının (aşağıya stellaj) stellajı ayırd edilir. Stellajın satıcısı səhmlərin məzənnəsinin bu və ya digər tərəfə dəyişmələrinə ümid edir. Buna görə də o, eyni səhmlər üçün call və put opsionlarını eyni vaxtda satır. Satıcı hesab edir ki, məzənnənin dəyişmələri əhəmiyyətli olmayacaq və opsionlar icraya təqdim olunmayacaqlar. == Misal 1 == Oyunçu eyni səhmlərə 1 səhmə görə mükafatı 5 rubldan 350 rubla call-opsion, və 1 səhmə görə mükafatı 7 rubldan 350 rubla put-opsion satır. Opsionların icra müddəti 60 gün sonradır.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Stevia
Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir. Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur. Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu “Ka'a He'ê” (Şəkər Otu) adlandırırlar . Yarpaqları Braziliya və Paraqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün “şirin müalicə” kimi istifadə edilir. Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500-1556) şərəfinə olaraq stevia adlandırılmışdır. == Tarixi == Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunmuşdur. Lakin araşdırmalar məhdud aparılıb,sonradan 1931-ci ildə iki fransız kimyaçısı Steviaya şirin dad verən glikozidləri bitkinin tərkibindən kimyəvi maddə kimi izolə edib ayıra bilmişlər .
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. == Tarix == 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Tsalka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır.Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. == Bitki örtüyü == Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. == Torpaqları == Torpaqları qırmızı-sarı ferraritdir. == Heyvanlar aləmi == Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. == Selvalar == Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada == Xarici keçidlər == Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Bulbophyllum stelis
Bulbophyllum stelis (lat. Bulbophyllum stelis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Estela Ximenez
Estela Ximenez (29 mart 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estela Ximenez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Kristina Steyna
Kristina Steyna (d. 28 noyabr 1995) — Latviyalı üzgüçü. Kristina Steyna Latviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kristina Steyna birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.36 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 44-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kunitaka Sueoka
Kunitaka Sueoka (d. 1 fevral 1917) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). == Həyatı == 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. == İş təcrübəsi == 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri = Ailə = Ailəlidir, 1 uşağı var. == İstinadlar == == Xarici keçidlər == Səfir.
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Oleq Stepko
Oleq Stepko (d. 25 mart 1994; Zaporojye, Ukrayna) — Ukraynanı təmsil edən idman gimnastı. 2014-2017-ci illərdə Oleq Stepko Azərbaycan yığmasında çıxış edib. Oleq Stepko 2012 və 2016-cı illərdə Olimpiya Oyunlarına qatılıb. Ukrayna yığmasının heyətində, Yeniyetmələrin Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal, Universiada Oyunlarında isə gümüş və bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan I Avropa Oyunlarına qatılan Oleq Stepko bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi. == Həyatı == Oleq Stepko 1994-cü il 25 martda Ukraynanın Zaporojye şəhərində anadan olub. 1999-cu ildən idmanla məşğul olan Oleq Stepko Klassik Privat Universitetinin məzunu olub. == Karyerası == === Ukrayna yığması === Oleq Stepko karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı.