Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stepnoy (Xaybulla)
Stepnoy kəndi (başq. Степной) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Stepnoy kəndinin milli tərkibi: başqırdlar 91 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 7 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 51 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Stepnov rayonu
Stepnov rayonu (rus. Степновский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Stepnoe kəndidir. Əhalisi 21 194 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının cənub-şərq hissəsindədir. Cənubdan Kursk, şərqdən Neftekumski, şimaldan Budyonnovski, qərbdən Sovet və Kirov rayonları ilə həmsərhəddir. Stepnov rayonus dəniz səviyyəsindən 100 metrdən yüksəkliklərdə endirilmiş düzənlik olan Tersko-Kumskaya ovalığında yerləşir. Rayon ərazisi az yağıntı alır, əksinə isə yüksək buxarlanma müşahiddə edilir. Şərq küləyinin üstünlüyü ilə xarakterizə olunan kəskin kontinental iqlimə malik 2-ci quru aeroklimatik zonaya daxil edilmişdir. == Tarix == Stepnov rayonu 1924-cü ilin aprelində Terski dairəsi bir hissəsi olaraq qurulur.
Stenop
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. == Ümumi məlumat == Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. == Stenopun konstruksiyası == Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Andrey Stepanov
Andrey Nikolayeviç Stepanov (est. Andrei Stepanov; 16 mart 1979, Tallin) — Estoniya futbolçusu, Estoniya milli futbol komandasının və Kiprin Aris Limasol futbol klubunun müdafiəçisi. == Klub karyerası == == Milli karyerası == Stepanov Estoniya milli futbol komandasında 79 oyun keçirib, 1 qol vurub.
I Stepanos
I Stepanos (v. 800) — Qafqaz Albaniyasının çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Qagikin oğludur və 800-cü ildən sonra vəfat etmişdir.
Stepanos Orbelyan
Stepanos Orbelyan (erm. Ստեփանոս Օրբելյան, 1250 – 1303) – Orbeli sülaləsindən olan tarixçi, kilsə xadimi, “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi. == Bioqrafiya == Stepanos Orbelyan Sünik ərazisində yerləşən Çxuk havarında (müasir Sisiyan şəhərinin ərazisi) doğulmuşdur. Sünikin knyaz sülaləsi olan Orbelyanlar nəslindəndir. Gəncliyində Sünik knyazı olan əmisi Smbat Orbelyan tərəfindən övladlığa götürülmüşdür. Stepanos yaxşı təhsil almış və 1280-ci ildə dini fəaliyyət üçün icazə almışdır. 128ə-ci ildə Kilikiya Erməni Çarlığına səfər etmiş və buradan erməni katolikosu II Konstantin Pronaqorç tərəfindən Sünikə yepiskop göndərilmişdir. Bu haqda tarixçi özü məlumat verir. Stepanos Orbelyan ən qədim dövrlərdən başlayaraq Sünikin tarixindən bəhs edən “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi kimi məşhurdur. Stepanos Orbelyan 1303 -1304-cü ildə vəfat edib və Noravəng monastırında Orbelyanların ailə türbəsində dəfn edilib.
Stepanos Taronetsi
Stepanos Taronetsi, həmçinin Stefan Taronlu və ya Stepanos Asoğik (erm. Ստեփանոս Տարոնացի (Ասողիկ)) — X–XI əsrlərdə yaşamış erməni tarixçisi. Asoğik ləqəbi "danışqan" deməkdir. 1004-cü ilə qədərki hadisələri əhatə edən "Ümumi tarix" əsərinin müəllifidir. Samuel Kamrcadzoretsinin tələbəsi idi. Onun "Ümumi tarix" əsəri mötəbər və yaxşı ifadə olunmuş əsər hesab edilir. 1004-cü ildə və ya 1005-ci ilin ilk aylarında tamamlamışdır. Onun əsərinin ilk iki hissəsi əsərin əvvəlində adlarını sadaladığı əvvəlki tarixçilərin əsərlərinin məcmuəsindən ibarətdir, üçüncü hissə isə Pakraduni sülaləsinə həsr olunmuşdur və Ermənistanın 118 illik tarixini əks etdirir. Tarixin son hissəsi Stepanos tərəfindən şahid kimi işıqlandırılır. Stepanos Taronetsi güclü kral hakimiyyətinin və ölkənin birləşməsinin tərəfdarı olmuşdur.
Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Müqəddəs Stepanos monastırı
Müqəddəs Stepannos Monastırı - Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşən IX əsrə aid erməni monastır kompleksi. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilmişdir.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Müqəddəs Stepanos kilsəsi (Bazarkənd)
Müqəddəs Stepanos kilsəsi — Kəlbəcər rayonu Bazarkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. XII–XIII əsrlərə aid olan abidə birnefli bazilikasına malikdir. Müqəddəs Stepanos kilsəsi Qafqaz Albaniyasının Vaçar adlı yaşayış məntəqəsində saxlanılmış çoxsaylı abidələrdən biridir. == Memarlıq xüsusiyyətləri == Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir. Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.