Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Suyta
Suyta (yap. 吹田市) — Yaponiyanın Kansai regionunda yerləşən Osaka prefekturasında şəhər.
Süita
Süita (fr. "suite" - ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Şuəra
26-cı surə
Hədiqətüs-Süəda
Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi.
Şuəra Surəsi
26-cı surə
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. == Tarixi == Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Tatsuhiko Seta
Tatsuhiko Seta (d. 15 yanvar 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Seuta Kral Divarları
Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır. == Tarixi == Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur. İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır. Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Msuata
Msuata (lat. Msuata) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Msuata buettneri O.Hoffm.
Msxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Pyeta
Pyeta — xristian incəsənətində, xüsusilə heykəltaraşlıqda istifadə olunan, Bakirə Məryəmi ölmüş oğlu İsanı qucağında tutarkən göstərən səhnə.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. == İkiölçülü sfera (üçölçülü fəzada) == Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.