Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Sursk
Sursk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Suzak
Suzak ( qırğ. Сузак ; özb. Suzoq / Сузоқ ) — Qırğızıstanın Cəlal-Abad vilayətində kənd. 2021-ci ildə onun əhalisi 30,534 nəfər olmuşdur Suzak rayonunun Suzak rayonunun inzibati mərkəzidir. Suzak kəndinin ilk adı Yevgeni Şuylerin 1875-ci il tarixli“ Buxara, Xivə, Kokand xanlıqlarının və Rusiya Türküstanının bir hissəsinin xəritəsi” xəritəsindən məlumdur.Bundan əlavə, Suzakda “Hamıya qarşı” seçici fəallığı anormal dərəcədə yüksəkdir. Bununla belə, ən anormalı həm Kara-Suu, həm də Suzakın nəticələridir. Bu rayonlar şəhər deyil, əksər kənd yerləri olmaqla Qırğızıstan-Özbəkistan sərhədində yerləşir. Bu ərazilərdə əhəmiyyətli əhali, geniş yayılmış ali təhsil və ya hər hansı görkəmli rus əhalisi olmadığından belə görünür ki, “müəyyən edilmiş izahedici model bu iki sahədə baş verənləri tam izah edə bilmir. Demoqrafik xüsusiyyətlər əvəzinə, Kara-Suu və Suzakdakı insanların niyə belə yüksək sayda “hamıya qarşı” səs verdiyini anlamaq üçün yaxın siyasi tarixi nəzərə almalıyıq”.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şurik
Şurik (Xoy)
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. Əhalisi 1302 nəfərdir. Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Jak Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], V arondisman – 26 sentyabr 2019[…], VI arondisman) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). == Həyatı == Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. === Təhsil və karyera başlanğıcı === Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Rişi Sunak
Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı[d]) — Britaniya dövlət və siyasət xadimi. 25 oktyabr 2022-ci ildən Birləşmiş Krallığın baş naziri, 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri. Britaniya tarixində Hindistan əsilli ilk baş nazir olmuşdur. Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər. Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.
Sudak (şəhər)
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər. Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir. Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar. Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir.
Sulak çayı
Sulak (türk. "bataqlıq"; 20-ci əsrə qədər Göysu) — Dağıstanda çay. Sulak çayı aşağı axarında dəniz səviyəsindən - 28 metr aşağı olduğuna görə bura bataqlıqlar və qamışlıqlardan ibarətdir. Əksər türk dillərində isə bataqlıqla yanaşı sulak sözü də işlənir. Uzunluğu 169 km.(336 km Andi Göysu ilə), hövzəsinin sahəsi 15 200 kv.km. Avar Göysu ilə Andi Göysunun qarışmasından yaranır. Əvvəlcə, dərinliyi 700–1500 m. olan, baş Sulak kanyonuyla, sonra Axetli dərəsində, Çirkey genişlənməsində və Kiçik Sulak kanyonunda, sonra gehiş vadiylə axır və Xəzər dənizinə axdığı yerdə delta yaradır. Qidalanması, buzlaq suyu üstünlüyü ilə, qarışıqdır. Maksimumu iyun -iyulda olmaqla apreldən sentyabra qədər daşqınlar üstünlük təşkil edir.
Surac Sadıqov
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Suraş (Askın)
Suraş (başq. Сураш, rus. Чура́шево) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Sultanbəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 50 km, kənd sovetliyindən (Sultanbəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 188 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Şuyak adası
Suyak adası (ing. Shuyak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Afoqnak adasının şimalında (ondan ensiz Şuyak boğazı ilə ayrılır) yerləşir. Kuk körfəzi Stivenson keçidi Şuyakı Barren adalarını şimaldan ayırır. Adaya ilk dəfə 1785-ci ildə rus səyyahı Qriqori Şelixov tərəfindən ad verilmişdir. Adanın sahəsi 168,3 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, əhalisi 4 nəfərdir. Ərazinin böyük hissəsini Şuyak adası Dövlət Parkı tutur. Adanın iqtisadiyyatı turizmə əsaslanır.
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.
Şürük bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.