Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərnətün
Zərnətün - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində XX əsrin 50-ci illərinə qədər mövcud olmuş tarixi kənd. Naxçıvandan Batabat yaylağına doğru hərəkət edərkən gözəlliklərlə dolu səfalı təbiəti ilə Zərnətün yolun solundan, Hunzirək-Xınzirək kəndi isə yolun sağında qalır. Bu yurd yerlərinin yerləşdiyi mövqe, insanların məskunlaşması üçün əlverişli təbii-coğrafi şərait burada tarixən insanların məskunlaşmasına şərait yaratmışdır. Zərnətün həm də Kolanı türk tayfalarının Naxçıvanda məskunlaşdığı yurd yerlərimizdən biri olmuşdur. AMEA-nın müxbir üzvü, mərhum alim Adil Bağırovun yazdığına görə, hətta XIX əsrin ikinci yarısında qonşu kəndlərdən, xüsusilə Biçənəkdən bir sıra ailələr qonşu Zərnətün və Xınzirək kəndlərinə köçmüşdür. XX əsrin 50-ci illərində 30-35 evdən ibarət olan Zərnətün kəndi uca dağların qoynunda yerləşirdi. Bu kənddən baxanda Batabat gölləri ovuc içi kimi görünür. Kənd ərazisində mövcud olmuş əsas bulaqlar Tamam bulağı, Qaya bulağı, Qamışlı bulağıdır. XX əsrin 50-ci illərinin sonlarında kənd baxımsız vəziyyətdə qalmış, sonralar Qaqanoviç adına Zərnətün kolxozu Biçənək kəndindəki "Qırmızı Oktyabr" kolxozu ilə birləşdirilmişdir. Bundan sonra isə zərnətünlülər Biçənəyə, Məzrəyəyə, Vayxıraa, hətta Bərdə rayonunun Qaraqoyunlu kəndinə köç etmişlər.
Zərnətün çayı
Zərnətünçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qoludur. Zəngəzur silsiləsinin yamacında, 2849 m hündürlükdə yerləşən Salvartı gölündən başlanır. Uzunluğu 10 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.
Əs-sirətun-nəbəviyyə
Əs-sirətun-nəbəviyyə (السيرة النبوية) (azərb. İslam peyğəmbəri həzrət Məhəmmədin həyatı‎) Bu kitab İslamın şəni uca peyğəmbəri Həzrət Məhəmmədin (s) həyatı haqqında yazılmış ilk əsərdir. Başqa sözlə, həzrət Məhəmmədin (s) həyatı haqqında qələmə alınan və bizə gəlib çatan əsərlərin ən qədimi hesab olunur. Məhəmməd ibn İshaqın qələmə aldığı bu əsər, əsrlərdir ki, tarixçilərin istinad mənbəyi olmuş və olmaqdadır.. Əsər iki cilddən ibarətdir. Əsər "həzrət Məhəmmədin Əbul-bəşər Adəm peyğəmbərə qədər olan söykökü" ilə başlayır və "İslam peyğəmbərinin (s) kəfənlənməsi və dəfni" adlı başlıqla bitir İbn Hişamın sirəsi adı ilə tanınan bu kitab, mədinəli Məhəmməd ibn İshaqın qələmə aldığı tarix kitabıdır ki, sonralar Əbdül-Məlik ibn Hişam onun üzərində işləmiş, müəyyən ixtisarlar və əlavələr etmişdir. İbn Hişamın özü də kitabın müqəddiməsində qeyd edir ki, o, sadəcə peyğəmbər (s) və onun əcdadları ilə əlaqəsi olmayan bir sıra mətləbləri ixtisar etmiş, qalan hissələri isə olduğu kimi saxlamışdır. Həmçinin, bir çox məqamlarda İbn İshaqın rəvayət etdiyi mətləblərdən sonra özü də şərhlər qeyd etmiş, müəyyən bir fikri isbat və ya rədd etməyə çalışmışdır Əbu Məhəmməd Əbdul-Məlik ibn Hişam Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır. Tarixçilər onun doğum tarixini qeyd etməmişlər. Vəfat tarixinə gəlincə, bu barədə fikirayrılığı mövcud olsa da söylənilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, Əbu Məhəmməd Əbdul-Məlik ibn Hişam hicri-qəməri 213–218-ci illər arasında vəfat etmişdir.