Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sızma cərəyanından mühafizə avtomatı
Sızma cərəyanından mühafizə avtomatı — Elektrik sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kəsən qurğu. Bu qurğuların elektrik birləşməsi dövrəni avtomatik və cəld bir şəkildə ayırmağa xidmət edir. Faza və neytral keçiriciləri arasında bir uyğunsuzluq yəni fərq yarananda dövrə ayrılır. Cərəyan sızması elektrik cərəyanının keçdiyi kabellər və elektrik avadanlıqların izolyasiya hissələrinin köhnəlməsi nəticəsində və ya xətalı izolyasiyaya görə keçirici hissələrin açıqda qalan hissələrinə əllə və ya bədənin hər hansı üzvü ilə birbaşa və ya başqa keçirici cismlə təmasdan yaranır. Əgər sistemdə bir sızma yoxdursa, torodial ölçü transformatoru içərisindən keçirilən faz və nol keçiriciləri, bərabər miqdarlı və əks istiqamətli cərəyana malik olurlar. Ölçü transformatoru içərisindən keçən toplam cərəyan dəyəri sıfır olduğuna görə, ölçü transformatoru üzərində hər hansı bir maqnit seli yaranmaz. Əgər sistemdə bir sızma cərəyanı yaranarsa, faz üzərindən keçən cərəyan miqdarının hamısı nol üzərindən geri qayıtmadığı üçün faz və nol cərəyanlarının cəmi sıfır olmaz. Aradakı fərq cərəyanı ölçü transformatoru üzərində bir maqnit seli yaradır. Bu maqnit seli isə sarğı üzərində bir cərəyan yaradır. Yaranan bu cərəyan idarəetmə dövrəsinin elektromaqnit bobinini (makara) hərəkətə keçirir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√hs kvadratı+ dioq.ot.
Sihizm
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir. Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir.
Shazam
Shazam, səs və musiqi tanımağa imkan verən bir tətbiqdir və istifadəçilərə eşitdikləri səs və musiqini tanımağa, onun haqqında məlumat əldə etməyə və müxtəlif əyləncəli və funksional xüsusiyyətlərdən istifadə etməyə imkan verir. Baş qərargahı Londonda yerləşir. Shazam, mobil tətbiqlər, veb saytlar və brauzer əlavələri kimi müxtəlif platformalarda mövcuddur. Shazam, mobil telefon mikrofonunun vasitəsi ilə səsi qeyd edir və bu səsi analiz edib tanımaq üçün öz bazasından istifadə edir. Shazam tətbiqi bir çox funksiyaya malikdir. Şazam istifadəçilər musiqini tanıdan zaman, ifaçıların məlumatlarını və mahnının adı ilə birlikdə mahnını sözlərini də təqdim edir. Şazam Spotify, Apple Music və digər musiqi platformalarını da dəstəkləyir . Əlavə olaraq, Shazam-dan əldə edilən məlumatlar, istifadəçilərə ən çox dinlənən mahnılar, ifaçılar və trendlər kimi məlumatları da təqdim edir. 2018-ci ildə, Apple Şirkəti Shazamı satın alaraq tətbiqi öz ekosistemi ilə inteqrasiya etmişdi. Shazam play market platformasından 500 miliyyon dəfədən çox yüklənib.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Shilpa Shetty
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Sosial stiqma
Stiqmatizasiya (yun. στíγμα — "etiket, marka") — markalaşma, damğalama, stiqma tətbiq etmə. Brendləşmə sözündən fərqli olaraq, stiqmatizasiya sözü sosial etiketləşdirməyə aid edilə bilər. Bu mənada stiqmatizasiya bir keyfiyyətin (adətən neqativ) bir fərd və ya bir çox insanla əlaqələndirilməsidir, baxmayaraq ki, onunla əlaqəsi yoxdur və ya bu, sübut olunmayıb. Stiqma çoxsaylı stereotiplərin tərkib hissəsidir. İ. Hoffmanın fikrincə, stiqmatizasiya sosial mənada biabırçı sosial keyfiyyətlə stereotip arasında münasibət növü – ona qarşı gözlənilən münasibət deməkdir, ictimai tanınma hüququndan məhrum olması səbəbindən tam sosial həyat yaşaya bilməməyi müəyyən edir. Müsbət deviasiya ilə bağlı məsələlərdə stiqma nəzəriyyəsi bildirir ki, bu halda problem insanın davranışında deyil, ona qarşı sosial münasibətdədir. Hər hansı bir insanın müəyyən bir vəziyyətdə ümumi qəbul edilmiş normalardan kənara çıxması təbiidir və bu, patologiya deyil.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.
Qızma dövrü (biologiya)
Qızma dövrü — heyvanlar arasında cütləşmədən öncə erkəklərin dişilərə sahiblənmək uğrunda mübarizəsi ilə müşahidə olunan dövrdür. Hər bir bioloji növdə bu individualdır. Bu proses canlılardan asılı olaraq ildə bir neçə dəfə təkrarlana bilir. Bu dövr öncəsi dişilərin cinsi orqanlarında müəyyən proseslər baş verir. Bəzi canlıların bədənindən özünəməxsus qoxu gəlir. Sanki dişi erkəyi cütləşməyə təhrik edir. Bunun nəticəsi olaraq erkəklərdə aqresivlik meylləri artır. Erkəklərin (xüsusi ilə məməlilərdə) dişilərə sahib olma uğrunda şiddətli döyüşlər baş verir. Ozoga, John J.; Verme, Louis J. "Activity Patterns of White-Tailed Deer during Estrus". Journal of Wildlife Management.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı. Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.
Sima Sarikaya
Sıma Syan
Sıma Syan (Çin: 司马迁; d. Təqribən E.ə. 145 ya da E.ə. 135 [mənbə göstərin] – ö. E.ə. 86) — Xan sülaləsininnın böyük fəqih (太史 令)nin başçısı. Sarı İmperatordan Xan Vudiyə 2000 illik Çin tarixinin ümumi baxışını verən Shiji (史记) adlı çox təriflənmiş əsərindən ötəri Çin tarix yazımı nın atası olaraq sayılar. Bu tanıdan əsəri, daha sonrakı Çin tarix yazımına təməl atdı.
Sıma üsulları
Sıma üsulları (metodları) (çin. ənən. 司馬法, sadə. 司马法, pinyin: Sīmă Fă) — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun (çin. sadə. 司马穰苴, pinyin: Sīmǎ Rángjū) nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar (çin.
Yuriko Şima
Yuriko Şima (d. 12 iyul 1959) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Cucumis melo var. shimmam
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Şima ispan kəndi
Şima ispan kəndi (志摩スペイン村, Şima Supein Mura) və ya Park-İspana (isp. Parque España) – Yaponiyanın Mie prefekturasının Şima şəhərində yerləşən və ispan mədəniyyətinə həsr olunmuş əyləncə parkı. Şima ispan kəndi 22 aprel 1994-cü ildə açılmışdır. Park 2014-cü ildə 20 illiyini tədbirlərlə qeyd etmiş və burada əsaslı yenidənqurma işləri aparılmışdır. Parkda yerləşən attraksionlar və tikililər İspaniya mədəniyyətindən təsirlənərək təşkil olunmuşdur. Parkdakı "Dəmir öküz" adlı "buxar qatarı" attraksionu ispan öküz döyüşlərinə bir göndərmədir. Parkdakı "Puerta del Cambron" teatrı İspaniyanın Toledo şəhərində yerləşən eyniadlı tikili əsasında dizayn edilmişdir. Bu teatrda "İspaniyanın usta rəssamları" kimi ispan mədəniyyəti mövzusunda olan videolar nümayiş etdirilir. "Pireney" amerikan təpələri attraksionu Pireney dağlarından ilhamlanaraq dizayn olunmuşdur. "Böyük Monserrant" attraksionu İspaniyanın Barselona şəhəri yaxınlığında yerləşən Monserrant monastırının dağlıq mənzərəsini əks etdirir və 815 metrlik qatar gəzintisindən ibarətdir.
Məzəli sima (film, 1957)
"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi. "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir.