Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davar
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Tağar
Tağar — çəki ölçü vahidi. Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV–XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240–600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi. Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Ersin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Gavar (Kəleybər)
Gavar (fars. گوار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (92 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Havar Məmmədov
Havar Əmir oğlu Məmmədov (9 oktyabr 1945, Qızılkənd, İmişli rayonu) — Bakı Mühəndislik Universitetinin rektoru (2017–2023), İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü (2001), Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2001), Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvü. Xəzəryanı dövlətlərin Universitetləri Assosiasiyasının prezidenti (2003–2004). Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru, Gürcüstan Texniki Universitetinin fəxri doktoru. Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və "Avtomatika və telemexanika" ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür. 1968–1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika" kafedrasında assistent vəzifəsində çalışmış, 1970–1974-cü illərdə həmin institutun əyani şöbəsinin aspirantı olmuşdur. 1970–1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir. 1974–1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır. H. Ə. Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973–1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980–1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983–1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Tatar (Qubadlı)
Tatar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqində köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğal Ian zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ile 14 toponim qeyd edir.
Tatar (Zəngilan)
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Tatar ağcaqayını
Tatar ağcaqayını (lat. Acer tataricum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Rusiyanın Avrоpa hissəsinin mеşə-çöl zоnasında, Qafqazda, Qərbi Avrоpanın cənub-şərqində, Balkanda, İranda, Türkiyədə yayılmışdır. Hündürlüyü 9 m-ə qədər оlan, gеniş оvalşəkilli çətirə malik iri kоl və ya kiçik ağacdır. Gövdəsinin qabığı hamar, tünd bоz və ya qara rəngdə оlub, qırmızımtıl və ya qəhvəyi rəngli cavan budaqlara malikdir. Tumurcuqları yumurtaşəkilli və ya yumru, uzunluğu 4 mm-ə qədərdir, tumurcuq pulcuğu qırmızı-qоnur, kənarları ağ tüklüdür. Yarpaqları yumurtavari, еnli yumurtavari və dairəvi оlub, 6-10 sm uzunluqda, 3-7 sm еnindədir. Yarpaq ayasının üst səthi tünd-yaşıl, alt səthi bir qədər açıqdır, damar bоyu tükcüklərlə örtülüdür, qaidəsi ürəkvari və ya dairəvi, üçdilimlidir. Çiçəkləri ağ və ətirlidir, salхım çiçək qrupuna yığılmışdır. Çiçək qrupu 5-7 sm uzunluğunda, vəziciklərlə örtülü saplaqlı başcıqlardır.
Tatar boğazı
Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) kimi tanınır. Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
Tatar damotu
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tatar dili
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatar doqquzdonu
Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir. Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur. Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir. Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.