Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tako
Tako (isp. Taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
I Yakov
I Ceyms (ing. I James of England) (d. 19 iyun 1566 – ö. 27 mart 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi. I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi.
Oleq Atkov
Oleq Atkov (rus. Олег Юрьевич Атьков; 9 may 1949) — sovet və rus kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı (1984). == Həyatı == Nizamlı hərbi qulluqçu və rus dili və ədəbiyyatı müəlliminin ailəsində anadan olmuşdur. 5-ci sinifdən sonra atasının göndərildiyi ADR-də oxudu. 1966-cı ildə Xerson şəhərinin 20 saylı orta məktəbinin 10 sinifini bitirmişdir (xatırladıb ki, "Mənim valideynlərim Almaniyada yaşayıblar və artıq Sovet İttifaqına qayıtmaq məcburiyyətində oldum, çünki 9-cu və 10-cu siniflərdə xaricdə məktəb yox idi. O, həkimin yoluna ayağa qalxmağı onun böyük xala, nevropatoloqun nümunəsi və Y. P. Germanın "Mənim əziz adamım" kitabının trilogiyası ilə də asanlaşdırdığını xatırladı. Təcrübəli tibb məktəbində oxumuş, həm də Xerson pambıq kombinatı tibb məntəqəsində çalışır. 1967-ci ildə Krım Tibb İnstitutuna (Simferopol) daxil oldu. Valideynlər ADR-dən döndükdən sonra Kiyevə köçdü və orada təhsilini tibb müəssisəsində davam etdirdi. Bir şagird ilə evləndi və həyat yoldaşı ilə birlikdə Moskvaya köçdü, burada 1973-cü ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirdi.
Tazov yarımadası
Tazov yarımadası - Qərbi Sibir düzənliyinin şimalında yerləşir. Qərbində Ob estuarisi (körfəz), şərqdə isə Tazov körfəzi ilə əhatələnir. Uzunluğu 200 km, eni ortalama olaraq 100 km, hündürlüyü 100 m təşkil edir. Ərazidəki hündürlük düzəndir, şərqə (Tazov körfəzinə) doğru alçalır. Qərbi nisbədən parçalıdır (Ob estuarisi). Ərazisi Tundra iqliminə xas Mamır və Şibyə kimi bitkilərlə zəngindir. Burada çoxlu göl və bataqlıqlar vardır. Təbii qaz yataqları mövcuddur.
Yakov Abramov
Yakov Vasilyeviç Abramov (rus. Яков Васильевич Абрамов; 21 oktyabr (2 noyabr) 1858, Stavropol – 18 sentyabr (1 oktyabr) 1906, Stavropol) — Rusiya publisisti, ədəbiyyatşünası və jurnalisti, ictimai xadim, xalq həyatının tədqiqatçısı. O, islahatdan sonrakı kənddə kəndlilərin taleyi və şəhər kənarında yaşayanların həyatı haqqında hekayə və esselərin müəllifi olmuşdur. Abramov liberal populist olmuşdur. O, 1880-ci illərin əvvəllərində. "Oteçestvennıye zapiski", "Ustoy", "Slovo", "Delo" jurnallarında məqalələr yazmışdır. 1880-ci illərin ortalarında. "Nedelya" qəzetində "kiçik əməllər nəzəriyyəsi"ni təbliğ etmişdir. O, 1890-cı ildən "Severnıy Kavkaz" qəzetinin redaktoru olmuşdur. == Əsərləri == Абрамов В. Я. Женские врачебные курсы.
Yakov Aqarunov
Yakov Mixayloviç Aqarunov (25 aprel 1907, Qırmızı Qəsəbə, Quba qəzası – 31 may 1992, Bakı) — Azərbaycan siyasi-ictimai xadimi, şair və dramaturq, Dağ yəhudilərinin yeni əlifbasının yaradıcısı. == Bioqrafiya == Bağban ailəsində anadan olub. 1915–1919-cu illərdə yəhudi məktəbində tədris alıb, eyni zamanda rus məktəbində oxuyub. 1920-ci illərdə komsomolçu olmuş, həvəskar dram klublarında iştirak etmişdir. 1924–1925-ci illərdə Üzeyir Hacıbəyovun Arşın mal alan pyesini cuhuri dilinə tərcümə etmişdir. 1925–1928-ci illərdə Moskva və Bakıda fəhlə institutlarında təhsil almış, Bakı Pedaqoji institutunun tarix fakültəsini və Sovet İttifaqı Kommunist Partiyası(b) Mərkəzi Komitəsinin Ali Partiya məktəbini bitirmişdir. 1932-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsinin aparatında olmuş, 1934–1938 illərdə edir. — Dağ-yəhudi ləri dilində çap olunan Kommunist qəzetinin redaktoru, eyni zamanda — Azərbaycan Dövlət Nəşriyyatının direktor müavini idi (Dağ-yəhudilərinin dilindəki kitabların nəşrinə nəzarət edirdi). 1937-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsi üzvlüyünə namizəd idi. 1938-ci ildə isə Orconikidze rayonu raykomunun birinci katibi olmuşdur.
Yakov Cuqaşvili
Yakov Cuqaşvili (gürc. იაკობ ჯუღაშვილი; rus. Яков Джугашвили; 18 mart 1907, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 14 aprel 1943, Zaksenhauzen həbs düşərgəsi, Üçüncü Reyx) — İosif Stalinin dörd övladından biri. Yakov Çuqaşvili, Stalinin ilk həyat yoldaşı Yekaterina Svanidzedən olan ilk övladıdır. Qızıl Orduda göstərdiyi xidmət nəticəsində Baş leytenant vəzifəsinə qədər yüksəlmişdir. İkinci dünya müharibəsinin başlamasından sonra döyüş bölgəsinə getmiş və burada topçu olaraq döyüşmüşdür. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk müharibəsi zamanı Yakov almanlara əsir düşür. Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilən Yakov Cuqaşvili düşərgədən qaçmaq istəyərkən elektirik tellərinə toxunaraq həlak olmuşdur. == Həyatı == Yakov Cuqaşvili 1907-ci ilin 18 mart tarixində Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Borji kəndində anadan olmuşdur. 14 yaşına qədər Tbilisidə xalasını himayəsində qalır.
Yakov Keylixis
Yakov Keylixis (Yakov İosifoviç Keylixis, 11 may 1872, Balta[d], Podolsk quberniyası[d] – 1950, Bakı) — heykəltaraş, Bakıda qoyulmuş ilk heykəlin müəllifi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1949). == Həyatı == 1872-ci ildə Odessa yaxınlığındakı Balta şəhərciyində yəhudi taciri İosif Keylixisin ailəsində anadan olmuşdur. Biznesini genişləndirən İosif Keylixis bir neçə ildən sonra Odessaya köçür. Odessada Yakov atasının xeyir-duası ilə əvvəlcə Odessa rəssamlıq məktəbinə, daha sonra Odessa Rəssamlı Texnikumuna daxil olur. Odessa Bədii məktəbində Yakov florensiyalı professor Luici Yorininin sinfində təhsil alır və elə burada Yakovun heykəltaraşlığa meyli hiss olunmağa başlayır. İmperator Karakallanın büstünə görə Odessa sərgisində bürünc medal qazanan Yakov Keylixis daha sonra Peterburq İmperator Rəssamlıq Akademiyasına qəbul olur. Təhsildə qazandığı uğurlara görə onu İtaliyaya, Florensiya Rəssamlıq Akademiyasına oxumağa göndərirlər. Burada o professor Montinin emalatxanasında əvvəlcə təcrübə qazanır, sonra isə işləməyə başlayır. Yakov Keylixisin ilk iri işi 1897-ci ildə Florensiyada bədii sərgidə nümayiş etdirilmişdi və dəniz sahilində yengəc (krab) tutmuş oğlanı təsvir edirdi.
Yakov Kostyukovski
Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 1921 – 11 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi. == Həyatı == Yakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır. Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır. O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl". Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir.
Yakov Kozin
Yakov Kozin (tam adı: Yakov Dmitriyeviç Kozin; d. 18.10.1896 - v. 18.02.1973) — Azərbaycan Universitetinin məzunu, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru, Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri doktoru (1946), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973). == Həyatı və elmi təşkilati-fəaliyyəti == Yakov Dmitriyeviç Kozin 1896-ci il 18 noyabr tarixində anadan olmuşdur. Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də Volqa və Xəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır. 1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır.
Yakov Nikoladze
Yakov İvanoviç Nikoladze (gürc. იაკობ ნიკოლაძე; 16 (28) may 1876, Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 mart 1951[…], Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı. Müasir gürcü heykəltəraşlığının banisi hesab edilir. == Həyatı == Yakov Nikoladze 16 mart 1876-cı ildə Rusiya imperiyasının tərkibində olan Qafqaz canişinliyinin Kutaisi şəhərində anadan olmuşdur. Nikoladze 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü olmuşdur. O, 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Moskva, Odessa və Parisdə olmuşdur. Nikoladze Tbilisi Rəssamlıq Akademiyasının yaradıcılarındandır (1922). O, 10 mart 1951-ci ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir. == Əsərləri == Yakov Nikoladzenin əsərləri arasında yazıçı İ. Çavçavadze (1937) Ş. Rustaveli (1905, 1937) və başqalarının portretləri, "Lenin İskra"nın yaranması dövründə (1947) kompozisiyalar, İ. Çavçavadzenin qəbirüstü abidəsi (tunc, daş, 1911; 1923-cü ildə qoyulmuşdur) A. Serveteli (daş, 1914; 1922-ci ildə qoyulmuşdur; hazırda Gürcüstan İncəsənət Muzeyindədir), və K. Lesenlidzenin (mərmər, 1947) abidələri, Kutaisi şəhərində A. Sulukidzenin abidəsi (mərmər, 1923) və s.
Yakov Polonski
Polonski Yakov Petroviç (18 dekabr 1819 və ya 19 dekabr 1819, Ryazan[…] – 30 oktyabr 1898[…], Sankt-Peterburq) — rus şairi, etnoqrafı, dövlət məmuru. == Həyatı == Polonskinin şeirləri Rusiyada çox məşhurlaşmış, onun sözlərinə romanslar bəstələnmişdir ("Qaraçı qızının mahnısı" bu günə kimi xalq mahnısı kimi ifa olunur). O, 1840-1850 illərdə Qafqazda İmperator dəftərxanasında çalışmış, rəsmi dövlət orqanı olan "Zaqafqazskiy vestnik" qəzetinin redaktor müavini olmuşdur. Tiflisdə yaşadığı illərdə Qafqaz xalqlarının tarixi və məişəti ilə maraqlanmış, bir çox gürcü və azərb. şairləri, musiqiçiləri ilə dostluq əlaqələri saxlamışdır. Bu illərdə Polonski folklor motivləri ilə zəngin olan şerlərini yazmış və "Sazandar" adlı şeirlər kitabını (1849) nəşr etdirmişdir. Y.Polonski azərb. xanəndə Səttara şeirlər həsr etmiş, onun təsirli səsini və ifasını öz şeirlərində tərənnüm etmişdir.
Yakov Premyakov
Yakov Premyakov (d. ? – ö. 1712) — Rus dənizçisi və tədqiqatçısı. 1710-cı ildə Y. Permyakov Lena çayı ilə şimala irəliləyir və Kolıma çayına çatır. O dövrə Rusiya dövlətinə məlum olmayan Böyük Lyaxovski və Medvejıy adalarını kəşf edir. 1712-ci ildə Boqdan Daniloviçin təşkil etdiyi ekspedisiyaya rəhbər olmuşdur. Kazak Vaqim Merkuriydə bu ekspedisiyada iştirak etmişdir. Onlar qışda itlərlə şimala Böyük Lyaxovski adasına gəlmiş Syatoy Nos burnuna çatmış və adanı tətqiq etmişlər. İkinci ekspedisiyada Yeni Sibir adalarına getməyi planlaşdırılırdı.
Yakov Sannikov
Yakov Sannikov (1780, Ust-Yansk — 1812) — Rus istehsalçısı (peseç xəzinin satışı ilə məşqul olurdu), Yeni Sibir adalarının araşdırmaçısı. == Həyatı == Stolbovoy (1800) və Fadddeevski (1805) adarını kəşf etmiş və onları araşdırmışdır. 1808—1810 ci illərdə Matvey Matveyeviç Qedenştromun təşkil etdiyi ekspedisiyada iştirak etmişdir. 1810-ci ildə Yeni Sibir adaların önünə və 1811-ci ildə Faddeevski adasının arxasına keçmişdir. Sannikov Yeni Sibir adalarında şimalda adalar olduğunu iddia etmiş və xəyali olaraq geniş ərazini Sannikov torpağı adlandırmışdır. Onun nəvəsi Yakov Federoviç Sannikov öz növbəsində mesenant kimi tanınır. O, Aleksandr Bunqe, Frityof Nansen və Eduard Toll kimi səyyahların ekspedisiyasılarını maliyyələşdirmişdir. == Xatirəsinə == Araşdımaçının şərəfinə : Moskva şəhərində onuun şərəfinə küçə; Kiçik Lyaxovski adası ilə Kotelnı adası arasında yerləşən boğaz onun adını daşıyır (Sannikov boğazı).
Yakov Sinyov
Yakov Mixayloviç Sinyov (d. 1912, Rusiya – ö. 17 aprel, 1943) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 1943). == Həyatı == Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir. 25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. == Həyatı == 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.
Yakov Uxsay
Yakov Qavriloviç Uxsay (çuvaş Ухсай Николаевич Яккăвĕ, 13 noyabr 1911 Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 7 iyul 1986, Çeboksarı, Çuvaşıstan ASSR, RSFSR) — SSRİ, Çuvaşıstan şairi və yazıçısı, dramaturq, tərcüməçi, publisisti. SSRİ Yazıçılar İttifaqının üzvü (1938), Çuvaşıstan ASSR-in xalq şairi (1950). 1943-cü ildən bəri Sov.İKP(b) üzvü. == Həyatı == 13 noyabr (26) 1911-ci ildə Slakbaş kəndində (indiki Başqırdıstan Respublikasının Bələbəy rayonu) kasıb kəndli ailəsində anadan olub. Uxsay klassik və çuvaş poeziyasının banisi məşhur "Narspi" poemasının müəllifi Konstantin İvanovun əmisi oğludur.. İlk təhsilini Bijbulyak kəndli gənclər məktəbində almışdır. Sonra 1930-1933-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Moskvada Çuvaş dilində nəşr olunan "Kommunar" qəzetində müxbir işləmişdir. == Yaradıcılığı == Yakov Uxsayın ədəbi debütü 1929-cu ildə "Suntal" jurnalının 7-ci sayında baş tutmuşdur. Burda onun "Doğma çölümə aşiq oldum ..." (çuvaş Juratrem ep tavan hire...
Yakov Yaroslavski
Yakov Qriqoryeviç Yaroslavski (Koqan) (rus. Яков Григорьевич Ярославский-Коган; 1896 – 11 mart 1957) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941). == Həyatı == Yakov Yaroslavski (əsl soyadı Koqan) 1896-cı ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə Odessada başlamış, sonralar Simbirsk, Samara, Moskva, Arxangelsk, Pyatiqorsk, Dnepropetrovsk şəhərlərindəki teatrlarda fəaliyyət göstərmişdir.1938–1957-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru olmuşdur.Yakov Yaroslavski 11 mart 1957-ci ildə vəfat etmişdir.
Yakov Zevin
Yakov Zevin (21 iyun 1888 – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında əmək üzrə xalq komissarı. Yakov Zevin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
İqor Talkov
İqor Vladimiroviç Talkov (rus. Тальков, Игорь Владимирович) (d. 4 noyabr 1956, Tula vilayəti, Şyokino rayonu - 6 oktyabr 1991, Sankt-Peterburq) — sovet rok musiqiçisi, müğənnisi, bəstəkarı, şairi, kino aktyoru. == Yaradıcılığı == Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Bu müddətdə bir sıra musiqilər yazmış, amma onları ifa etmək imkanı olmamışdır. Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" (rus. Песня Года) festivalında ifa etdiyi "Чистые пруды" mahnısından sonra tanınmışdır. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Спасательный круг" adlı qrupu yaratmış və tezliklə bir sıra qastrollarda iştirak etmişdir. == Ölümü == 1991-ci il 6 oktyabr tarixində Sankt-Peterburqda "Yubiley" idman sarayında silahla atəş açılaraq qətlə yetirilmişdir.
Yakov Sverdlov
Yakov Sverdlov (3 iyun 1885, Nijni Novqorod – 16 mart 1919[…], Moskva; rus. Яков Михайлович Свердлов) — rus inqilabçısı, sovet siyasətçisi və dövlət xadimi. Peşəkar inqilabçı bolşevik, ümumi 12 ildən çox sürgün və həbsxanalarda keçirdi. RSDLP (b) və RKP (b) Mərkəzi Komitəsinin üzvü. “ Pravda ” qəzetinin redaksiya heyətinin üzvü (1912). 1905-1907-ci illər inqilabı zamanı RSDLP (b) Yekaterinburq və Ural komitələrinin rəhbərliyinin üzvü idi. Oktyabr İnqilabının liderlərindən biri. 1917-ci ilin noyabrından 1919-cu ilin martında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri (RSFSR-in rəsmi rəhbəri). 1918-ci ildə RSFSR Konstitusiyasının hazırlanmasında iştirak edən komissiyanın sədri. RKP(b) MK Katibliyinin ilk və yeganə sədri.
Yakov Zeldoviç
Yakov Borisoviç Zeldoviç (rus. Я́ков Бори́сович Зельдо́вич; 23 fevral (8 mart) 1914, Minsk – 2 dekabr 1987, Moskva) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki. Lenin (1956) və üç Stalin mükafatı (1943, 1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1954, 1956). == Həyatı == Vəkil köməkçisi yəhudi Ber Noximoviç (Boris Naumoviç) Zeldoviç (1889-1943) və fransız dili tərcüməçi, yəhudi Anna Petrovna Kivelioviç (1890, Novogrudok - 1975) ailəsində anadan olub. Atam tərəfindən babası (Zeldoviç Noxim Berkoviç) və ana tərəfdən babası (Kivelioviç Peretz Movşeviç) ağac taciri idi.Yakov Zeldoviç bitirmədiyi Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində eksternat tələbə kimi oxuyub. O, sonra Leninqrad Politexnik İnstitutunun fizika-mexanika fakültəsinin mühazirələrində iştirak edib. 1934-cü ildə Leninqradda SSRİ Elmlər Akademiyasının Kimya Fizika İnstitutunun aspiranturasına qəbul olunub. Yakov Zeldoviç fizika-riyaziyyat elmləri namizədi (1936), fizika-riyaziyyat elmləri doktoru (1939) elmi dərəcələrinə malik olub. == Əmək fəaliyyəti == 1938-ci ildən SSRİ Elmlər Akademiyasının Kimya Fizika İnstitutunda laboratoriyaya rəhbərlik etməyə başlayıb.
Yakov Qinkulov
Yakov Qinkulov — moldav pedaqoqu, filoloq, maarifçi. 1821-ci ildə Kişinyovda dini seminariyanı bitirib. Qarşılıqlı təhsil nəzəriyyəsinin tərəfdarı idi. 1824-cü ildə Kişinyovda birinci lankaster məktəbinin direktoru olub. Bessarabiyada ilk ibtidai məktəblərin yaradılmasında iştirak edib. 1830–65-ci illərdə Sankt-Peterburqda Xarici işlər nazirliyində tərcüməçi işləmiş, eyni zamanda 1839–58-ci illərdə Sankt-Peterburq universitetində valax-moldav dili kafedrasına rəhbərlik etmişdir. "Valax-moldav qrammatikasının qaydaları" (1840), və "Valax-moldav dilini öyrənmək məqsədilə nəsr, mənzum əsər və tərcümələrin toplusu" (1840) kitablarının müəllifidir. Bessarbiyanın təhsil müəssisələrində ana dili 50 ildən artıq bu kitablar vasitəsilə tədris edilmişdir. Moldav-rus mədəni əlaqələrinin möhkəmləndirilməsində mühüm rolu olmuşdur.
Tako Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Rakov Şkoçyan dərəsi
Rakov Şkoçyan (sloven. 'Rakov Škocjan' ; tələffüzü [ˈɾaːkɔu̯ ˈʃkɔːtsjan]) — Sloveniyanın cənub-qərbindəki Daxili Karniola Regional Parkının bir hissəsi olan dərə və təbiət parkı. İnzibati olaraq Rakov Şkoçyan qəsəbəsinə aiddir. Bura 1949-cu ildən qorunur və Sloveniyadakı ən qədim təbiət parkıdır. == Coğrafiya == Rakov Şkoçyan dərəsi üzərində iki təbii körpü var: Kiçik təbii körpü (sloven. Mali naravni most) və axının təxminən 2.5 kilometr (1.6 mil) aşağısında Böyük təbbi körpü (sloven. Veliki naravni most). Vadinin üstündə, Böyük Təbii Körpünün yaxınlığında 17-ci əsrin əvvəllərində qotik üslubunda inşa edilmiş Müqəddəs Kantianus Kilsəsinin xarabalıqları yerləşir. Bu ərazi həmçinin Dəmir dövrünə aid arxeoloji məkandır.Vadi hər tərəfdən hündürülüyü 300 metr (980 ft)-ə qədər çata bilən qayalarla əhatə olunmuşdur. == Etimologiyası == Rakov Škocjan ifadəsi hərfi mənada "Rak dərəsindəki Škocjan" deməkdir.
Dankov
Dankov — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.