Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır. Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Takion
Takion (yunanca Ταχύς takhus, sürəyli mənasındadır) və ya Bradion - işıq sürətindən daha sürətlə hərəkət etdiyi iddia olunan hipotetik zərrəcik. Tam spinə malikdir, bosondur. Onun zamanın hər yerində olduğu iddia edilir. Həmçinin onun ən kiçik sürətinin işıq sürəti olduğu da, deyilir (v2/c2 = c2/c2 = 1). ilk dəfə S.Arnold tərəfindən iddia edilməsinə baxmayaraq, ondan əvvəl də, S.Corc və F.Gerald tərəfindən yazılmışdır. Bir çox fiziklər üçün takyon nəzəriyyəsi tutarlı deyil, çünki fotondan sürətli hissəciyin olmaması iddia edilir. Takionlar Albert Eynşteynin genel görellik qaydasındakı v.v/c.c ifadəsindki cismin sürəti işıq sürətini aşarsa nə olar sualının cavabıdırlar. Bu səbəbdən də takionların kütləsini kompleks ədədlə ifadə edirlər: mtakion = 2.i. Eyni zamanda v daim c-dən böyük olacağından takionun ən aşağı sürəti c olar. Ancaq tam c sürətində ola bilməzlər.
Takson
Tuson (ing.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Tarkan
Tarkan Tevetoğlu — Türk müğənni. 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olmuşdur. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başladı. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını aldı. 1991-1999-cu illər ərzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış oldu. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarıldı. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalındı. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılınca, Tarkan ölkə diametrində tanındı. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirdi. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verdi.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Tayvan
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman[…] – 9 sentyabr 1981[…], VI arondisman) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir.
Ege Tanman
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. == Yaradıcılığı == === Poemaları === "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) == Həmçinin bax == Şair Dramaturq == İstinadlar == == Xarici keçidlər == Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Jakman ağəsməsi
Jakman ağəsməsi (lat. Clematis jackmanii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3–5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10–14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda — sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.