Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teoremTeoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Toros
Toros – (rus. торос, ing. ice hummock) su höv­zələrinin / dəniz , çay, göl/ buz örtü­yündə, buz sahələrinin bir- birinə, eləcə də sahilə təzyiqi /sıxıl­ması/ və onların kənarlarının qırıl­ması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Vorep
Vorep (fr. Voreppe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38565. Kommunanın 2007-ci il üçün əhalisi 9 655 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 185 ilə 1 702 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Vorms
Vorms (alm. Worms‎[ˈvɔɐ̯ms], pfals. Woms, Woams, salnamələrdə köhnə adı "Vernitsa" alm. Verniza, Vernica ) — Almaniyanın cənub-qərbində, Reynland-Pfalz federal əyalətinin ərazisində, federal torpaq tabeliyində olan şəhər. Orta əsrlərdə bu şəhər Almaniyanın siyasi həyatının mühüm mərkəzi olmuşdur. Orada Reyxstaqlar toplaşmış və alman millətinin Müqəddəs Roma İmperiyasının imperatorları seçilmişdi. Vorms reformasiyanın başlanğıcı ilə bağlı burada baş verən tarixi hadisələrə, eləcə də hadisələrin çoxu Vormsda baş verən " Nibelunqenlilər " orta əsr qəhrəmanlıq eposuna görə xüsusi şöhrət qazanmışdır. == Coğrafiya == Şəhər Reyn çayının sol sahilində yerləşir. == Tarix == 2000 illik tarixə malik olan bu şəhər Almaniyanın ən qədim şəhərlərindən biridir və onun ilk sakinləri keltlər olmuşdur. 5-ci əsrin əvvəllərində bir Alman qəbiləsi Bornholm adasından Avropaya köç etdi, üzvləri orijinal yaşayış yerlərinin adından sonra Burqundiona və ya Burqundiya adlandırıldı.
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi == Həyatı == Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.
Fernando Torres
Fernando Torres (tam adı: Fernando Xose Torres Fərid Sans, isp. Fernando José Torres Farid Sanz; 20 mart 1984[…], Fuenlabrada[d], Madrid regionu[d]) — Yaponiya J1 Liqası klubu Saqan Tosu və İspaniya milli futbol komandasının şərəfini qoruyan hücumçu. Torres karyerasına Atletiko Madrid FK klubunun gənc komandasından yüksələrək başlayıb. Əsas komandada debütünü 2001-ci ildə edib. Burada oynayarkən La Liqada 75 oyuna 174 qolla yadda qalıb. Bundan əlavə Torres bu komandanın heyıtində 2 mövsüm Segunda Divisiónda mübarizə aparıb və 40 oyuna 7 dəfə fərqlənib. Torres 2007-ci ildə komanda tarixində ən bahalı transfer kimi Liverpula keçib. Enfilddəki ilk mövsümündə 20+ qol vuraraq 1995-96 mövsümündən bəri bunu edən ilk futbolçu olub. Bundan başqa, həmin dövrlərdə Liverpulun heyətində 50 qola ən tez çatan futbolçu adını qazanıb. 2008 və 2009-cu illərdə FİFA Dünya Komandasının heyətinə düşüb.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. == Coğrafiyası == Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Linda Torres
Linda Torres (1 yanvar 1954 - 1 aprel 2021) — ABŞ aktyor. == Həyatı == Torres 1 yanvar 1954-cü ildə New York, New York şəhərində anadan olub. VH1 real-time Big Ang və Mob Wives serialına çıxan aktrisa, televiziya şəxsiyyəti Angela "Big Ang" Raiolanın yaxın dostu idi. 2012-ci ildə Big Ang serialının doqquz bölümündə rol aldı. == Vəfatı == Torres, uzun müddətdir davam edən süd vəzi xərçənginin yanında COVID-19-un səbəb olduğu sağlamlıq problemləri səbəbiylə müalicə aldığı New Yorkdakı Staten Island Universitet Xəstəxanasında 67 yaşında öldü. Torres evli idi və geridə bir qızı və iki nəvəsi qaldı.
Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Luis Flores
Luis Flores (d. 9 mart 1994) — Puerto-Rikolu üzgüçü. Luis Flores Puerto-Rikonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Luis Flores birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.31 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. == Həyatı == Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir.
Tiko Torres
Tiko Torres (ing. Tico Torres; əsl adı Hector Samuel Juan "Tico" Torres) — ABŞ musiqiçisi, Bon Jovinin zərb alətləri ifaçısı olan kubalı — italiyalı Hektor və Emma Torreslərin ailəsində dünyaya gələn Tiko Torresin əsl adı Hektor Samuel Juan Torresdir. Nyu-Cersidə böyüyən Torres, JFK Memorial liseyini bitirmişdir. Caz musiqi dinlədiyi dövrlərdə Joe Morello ilə işləyən Tiko Torresin təsirləndiyi sənətçilər arasında John Coltrane, Elvin Cons, Led Zeppelin və The Beatles kimi musiqiçilər və musiqi qrupları var. Ləqəbi Hitman olan Tiko Torres, 1983-cü ildə Bon Joviyə qatılmadan əvvəl aralarında, Franke and the Knockouts, Pet Benatar, Çak Beri, Şer, Alice Cooper və Stevie Nicks kimi adların olduğu musiqiçilərlə həm studiya həm də canlı performanslarda işləmiş və cəmi 26 albomda yer almışdır. 1983-cü ildə Bon Jovi'nin qurulması ilə birlikdə ilk həyat yoldaşından ayrılan Tiko Torres, 1996-cı ildə Çex top model Eva Herzigova ilə evlənmişdir. Nyu Cersidə baş tutan toya cütlüyün ailələri, Donald Trump və Bon Jovi üzvləri kimi məşhurların da arlarında olduğu yaxın yoldaşları gəlmiş, cütlük məşhur toy rəqsini isə Bon Jovi'nin canlı Always mahnısının sədaları altında etmişdir. 1998-ci ildə Eva Herzigova'dan ayrılan Torres, 2001-ci ilin sentyabrında Maria Alejandra ilə evlənmişdir. Cütlük, 9 yanvar 2004-cü ildə doğan oğullarının adı Hector Aleksandr qoydu. Musiqidən əlavə rəssamlıq edən Tiko Torresin ilk sərgisi Nyu-Yorkdakı Ambassador Galleries'də reallaşdı.
Torres boğazı
Torres boğazı — Sakit okeanına daxil olan Mərcan dənizini Hind okeanına daxil olan Arafur dənizi ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Papua-Yeni Qvineya adalarından ayırır. Boğazın eni 150 km təşkil edir. Cənubda Avstraliyanın Kvislend ştatının ərazisi olan Keyp-York yarımadası, şimalda isə Papua Yeni Qvineyanın Qərb vilayyətinə daxildir. == Coğrafiyası == Boğaz şərqdə Mərcan dənizi ,qərbdə isə Arafur dənizi yerləşir. Boğaz çox kiçik riflər və adalar buradan naviqasiya üçün təhlükəlidir. Burada bir sıra adalar vardır ki, onlar da birlikdə Torres boğazı adaları adlanır. Burada 274 ada var ki, onunda 17 yaşayış üçün əlaməti vardır. Mərkəzi hissələrdə mərcan məşəlli ,şərqdə isə vulkan məşəllidir. Burada yerli əhali Maleneziyalılar əsas papuaslardır.
Trisiya Flores
Trisiya Flores (ing. Tricia Flores; 29 dekabr 1979) — qadınlar arasında uzunluğa tullanma və qaçış yarışlarında iştirak etmiş keçmiş belizli atlet. == Pekin 2008 == Flores 2008 Yay Olimpiya Oyunlarında Belizi uzunluğa tullanma yarışlarında təmsil edib. O, bu olimpiya oyunlarında Belizi təmsil edən yeganə qadın idmançı olmuşdur. Pekin olimpiadası idmançının qatıldığı ilk Olimpiya Oyunları idi. Flores avqustun 18-də aralarında braziliyalı Mauren Hiqa Maqqi, amerikalı Qreys Apşou və isveçli Karolina Klüftündə olduğu A qrupunda 21 idmançıya qarşı mübarizə aparıb. O, 5.25 metrlik dərəcəylə A qrupunu 19-cu sırada tamamlayıb və final mərhələsinə yüksələ bilməyib. Ümumi sıralamada isə dərəcə ala bilməyən dörd atleti keçərək 42 idmançı arasında 38-ci yeri tutub.
Venansio Flores
Venansio Flores (18 may 1808 Trinidad — 19 fevral 1868 Montevideo.) — Dövlət və siyasi xadim, ordu generalı, Uruqvay prezidenti olaraq 1854–1855 və 1865–1868-ci illərdə ölkənin müvvəqəti prezidenti. == İlk karyerası == 1839-cu ildə San-Xose departamentinə rəhbər təyin edir. Uruqvay Vətəndaş müharibəsində fəal iştirak etmişdir. O Manuel Oribe və onun argentinalı tərəfdarlarına qarşı fəaliyyət göstərmişdir. Müharibə bitdikdən sonra Uruqvay Kolorado Partiyasının əsas simasına çevrilir. 1853-cü ilin 26 sentyabrdan fəaliyyətdə olan üç müvvəqəti hökumətdən birinə rəhbərlik etmişdir. == Prezidentliyi == O Uruqvay prezidenti olaraq 1855-ci ilə qədər ölkəni idarə edir. Sonradan Argentinaya getməli olur. 1863-cü ildən Bernardo Berroya qarşı vətəndaş müharibəsi başlayır. Argentina və Braziliyanın dəstəyi ilə 1865-ci ildə hakimiyyətə gətirilir.
Tiqreş adası
Tiqreş adası (port. Ilha dos Tigres) — Anqolanın ən böyük adası. Namibe əyalətində yerləşir. Adanın sahəsi 98 km²-dir. == Tarix == Bir vaxtlar Tiqreşi materikdən ayıran eyniadlı boğazın yerində bərzəx olmuşdur. Bu ərazidə San Martin duş Tiqres adlı balıqçı kəndi var idi. 1962-ci il martın 14-də okean Tiqreş yarımadasını materikə birləşdirən bərzəxi yuyur və beləliklə Tiqreş yarımadası su təchizatı olmayan adaya çevrilir. Daha sonra Kunene çayının mənsəbindəki nasos stansiyası fəaliyyətini dayandırır və kənd yavaş-yavaş tərk edilən xəyal şəhərə çevrilir.
Tiqreş boğazı
Tiqreş boğazı (port. baía dos Tigres) — Anqolanın Namibe əyalətindəki boğaz. Tiqreş adasını Anqolanın qalan hissəsindən ayırır. == Coğrafiya == Boğazın şərq tərəfində əvvəllər kiçik bir yarımada var idi, onun cənubunda Sao Martin dus Tiqres adlı balıqçı kəndi ilə bərzəx vastəsi ilə ona birləşirdi. 1962-ci ildə okean yarımadanın bərzəxini yarır. Beləliklə Tiqreş adası meydana gəlir.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Humboldtia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Jores Alfyorov
Jores İvanoviç Alfyorov (15 mart 1930[…], Vitebsk – 1 mart 2019[…], Sankt-Peterburq) — Fizika üzrə Nobel mükafatı laureatı, Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis. == Həyatı == 15 mart 1930-cu ildə Vitebsk şəhərində anadan olmuşdur. 1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fiziki-texnika institutunda mühəndis kimi başlamışdır. 1953-cü ildən 1964-cü ilə kimi kiçik elmi işçi, 1964-1967-ci illərdə baş elmi işçi kimi çalışmışdır. 1967-1973-cü illər ərzində – sektor müdiri, 1973-1990-cı illər ərzində – laboratoriya müdiri, 1987-ci ildən həmin institutun direktoru olmuşdur. 1989-cu ildən 1991-ci ilədək SSRİ EA Leninqrad Elmi mərkəzinin RH-ın sədri, 1991-ci ildən indiyə qədər REA Sankt-Peterburq Elmi mərkəzinin RH-ın sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidentidir. 28 noyabr 1972-ci ildən ümumi fizika və astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 15 mart 1979-cu ildən ümumi fizika və astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdir. Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatına (1972) və SSRİ Dövlət mükafatına (1984) layiq görülmüşdür. 2000-ci ildə o, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsindəki nailiyyətlərinə görə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Ktheju tokës
Ktheju tokës (azərb. Vətəninə dön‎) — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.
Pleurothallis teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.