Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceza
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. == Cəza hüququna görə tərif == Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. == Cəzanın məqsədləri == Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Qəza
Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kim azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi. Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.
Tela
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Temza
Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur. == Etimologiya == Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. == İstinadlar == == Mənbə == Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Andrea Meza
Andrea Meza (d. 13 avqust 1994, Çiuaua, Meksika) — Meksikalı model; 2017-ci ilin Dünya Gözəlik yarışmasının ikincisi == Həyatı == Andrea Meza 13 avqust 1994-cü ildə Meksikanın Çiuaua şəhərində anadan olmuşdur.
Avto qəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Ceza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cismani cəza
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Ekoloji qəza
Feza Günərgun
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi. == Həyatı == Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop və Turhan Baytopun qızıdır. Litsey təhsilini "Notre Dame de Sion" Fransız litseyində bitirdikdən sonra, 1980-ci ildə "İstanbul Universiteti"nin Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə "İstanbul Universiteti", Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji fakultəsində etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq işi ilə ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə "İstanbul Universiteti" Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir.
Feza Gürsey
Feza Gürsey (d. 7 aprel 1921, Konstantinopol – 13 aprel 1992[…], Nyu-Heyven[d], Konnektikut) — Türk fizik və riyaziyyatçı. == Həyatı == 7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır. Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Fəza astronomiyası
Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmçinin Müxtəlif koordinat sistemləri vasitəsi ilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır.
Geza Anda
Geza Anda (19 noyabr 1921[…], Budapeşt – 13 iyun 1976[…], Sürix) — İsveçrə pianoçusu, pedaqoq, dirijor == Fəaliyyəti == Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir.
Gözlənilməz qəza
Gözlənilməz qəza (ing. glitch, rus. неожиданная поломка) — kompüterin proqram təminatında, yaxud avadanlıqda yaranan anlaşılmaz və ya təsadüfi xəta. Bu gün kompüterlər istənilən evin əsas aksesuarları sırasında özünə yer tapıb. Amma bu heç də ondan istifadə edənlərin kompüterlə bağlı biliklərə yetərli qədər malik olmasından xəbər vermir. Xüsusən də ev şəraitində kompüterdə baş verən elementar problemlərin istənilən istifadəçi tərəfindən aradan qaldırılması və onun təmirə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək üçün zəruri biliklərə malik olması zəruridir. Kompüterlərdə meydana çıxan nasazlıqlar haqqında əsas anlayışları riyaziyyat-informatika müəllimi Vüqar Qənbərov "Rabitə dünyası" ilə paylaşıb. == Həssas və kompleks cihazlar == "Kompüterlər həssas və kompleks cihazlardır"- deyən V.Qənbərov da hesab edir ki, istifadəçi bu nasazlıqların bəzilərini servis xidmətlərinə müraciət etmədən aradan qaldırmağı bacarmalıdır: "Hər bir aktiv kompüter istifadəçisinin qarşısına kompüterlərin aparat və ya proqram təminatları ilə bağlı müəyyən problemlər çıxa bilər. Bəs günümüzün ayrılmaz bir hissəsi olan kompüterlərdə qarşımıza nə kimi problemlər çıxa bilər və səbəbləri nələrdir? Suala konkret cavab tapmaq üçün personal kompüterlərdə meydana gələ biləcək əsas problemləri müvafiq başlıqlar altında tədqiq edə bilər".
Kosmik fəza
Kosmos və ya kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Lijepa Tena
"Lijepa Tena" (Azərbaycan dilində:”Gözəl tena”) 2009 Avroviziya Mahnı Müsabiqəsində Xorvatiyanı təmsil edən İgor Cukrov və Andrea Susnjaranın oxuduğu mahnıdır. Mahnının sözləri Vjekoslava Huljića aiddir və xorvat dilindədir. Mahnının bəstəkarı isə Tonči Huljićdir. 2009-cu il mayın 14-ü keçirilmiş II yarımfinalda 33 xalla 13-cü oldu. Lakin münsiflərin seçimi ilə finala keçdi. Finalda 45 xal toplayaraq 18-ci oldu.
Qeza Qardoni
Qeza Qardoni (mac. Géza Gárdonyi, doğum adı: Géza Ziegler; 3 avqust 1863[…] – 30 oktyabr 1922[…], Eqer) — Macarıstan yazıçısı və jurnalisti. == Həyatı == Qeza Qardoni Macarıstan krallığının Aqard rayonunda anadan olmuşdur. Atası Macarıstanın qərbində yerləşən aristokrat malikanəsində maşinits idi. Müəllimlər üçün kolleci bitirərək bir neçə il müəllim və katolik kantoru kimi çalışdı. 1885-ci ildə Maria Molnar ilə ailə həyatı qurdu, lakin onların evliliyi uğurlu alınmadı və 1892-ci ildə ayrıldılar. 1880-ci illərin ortalarında jurnal və qəzetlər üçün yazılar yazmağa başladı. Yaradıcılığının ilk dövrlərində kənd həyatına həsr olunmuş "Qöre Qabor" (mac. Göre Gábor) adlı satirik məktublarını yazaraq müvəffəqiyyət qazandı, sonra isə məktubları yazmaqdan imtina etdi. Əsrin sonlarına doğru öz romanlarında tarixi motivlərə daha çox yer verdi.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Qəza Sektoru
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəza məktəbləri
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər. == Tarixi == Zaqafqaziyanın baş hakimi general A. P. Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı. Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı: Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd: Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü. Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Beta Tea
Beta Tea — çay brendi. 1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.