Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telekia
Telekiya (lat. Telekia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Telekia speciosa (Schreb.) Baumg.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.
Tərəkəmə
Tərəkəmə (rəqs) — Azərbaycanın ritmik xalq rəqsi. Tərəkəmə (film, 2003) — tərəkəmə haqqında film. Tərəkəmə (Maku) — kənd.
Terek
Terek (çay)
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Tərək
Tərək — yağda qovurulmuş şəkər və undan hazırlanan halva növü.
Telekia speciosissima
Telekia speciosissima (lat. Telekia speciosissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
Teressa adası
Teressa adası (ing. Teressa, hind तेरेस्सा) — Nikobar adaları arxipelaqının mərkəzi hissəsində yerləşən ada. Ada Avstriya herseginyası Mariya Terezanın şərəfinə adlandırılmışdır. Ada 20 km uzunluğa, 5 km enə malikdir. Sahəsi — 101,26 km². Maksimal hündürlüyü 250 metrdir. 2001-ci il siyahıya alınmasına görə adada 2043 nəfər yaşayır.
Tərəkəmə (Maku)
Tərəkəmə (fars. تركمه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (44 ailə).
Tərəkəmə (Rəqs)
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Tərəkəmə" rəqsi.
Tərəkəmə camaatı
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Tərəkəmə folkloru
Tərəkəmələr - Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. == Məşğuliyyəti == Tərəkəmələrin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. == Həyat tərzi == Köçəri həyat tərzi yaşayırlar. == Tərəkəmə musiqisinin tarix == "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər. == Tərəkəkəmənin etimologiyası == “Tərəkəmə” sözünün kökü “tər” sözüdür (tər-sifətdir təzəlik mənasını ifadə edir) yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır.Bələliklə “tərə” (yəni göy-göyərti, təzə otlaq, biçənək) sözü əmələ gəlir. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanduqda “tərəkəmə” sözü meydana çıxır.
Tərəkəmə rəqsi
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Tərəkəmə" rəqsi.
Ullu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Tərəkəmə (Dağıstan)
Tərəkəmələr və ya Tərəkəmə xalqı — Rusiyanın Dağıstan bölgəsində yaşayan Azərbaycan türklərinin etnik qruplarından biri. Onlar tez-tez uzun müddət Qafqazda yaşamış, hal-hazırda Cənubi Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistana yayılmış Qarapapaqların bir hissəsi hesab edilir. Dağıstan yaşayan tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar və onların böyük bir hissəsi köçəri həyat tərzi sürür. Tərəkəmələr Şiə Cəfəri məzhəbinə aiddirlər və Azərbaycan türkcəsinin Tərəkəmə dialektində danışmaqdadırlar. == Ad == Tərəkəmə termini türkmən etnonimi ilə əlaqəlidir. Əvvəlki dövrlərdə bu addan daha geniş anlamda istifadə edilirdi. Əvvəlki dövrlərdə bu ad etnik, tayfa adı kimi işlədilirdi. Azərbaycanda XIX və XX əsrlər boyunca əsasən köçərilərə bu ad deyilməyə başladı. Beləliklə, köçəri sözü tərəkəmə sözü ilə eyni məna ifadə etməyə başladı.Tarixçi və yazıçı A. D. Yeritsov bildirir ki, əslində tərəkəmə termini yerli oturaq əhali tərəfindən ayrı etnos və ya ayrı xalq kimi işlədilməmişdir. Sadəcə yerli əhali köçəriliklə məşğul olan bütün Tatarları (Azərbaycan türklərini) bu adla adlandırmışdır.
Telekia speciosa
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.
Lizyölü Tereza
Lizyölü Tereza, anadan olub Marie Françoise-Thérèse Martin (d. 2 yanvar 1873, Alanson, Fransa - 30 sentyabr 1897, Lizyö, Fransa) — Fransız Diskalted Karmelit rahibəsi və mistiki. 1925-ci il mayın 17-də Papa XI. Pius tərəfindən müqəddəsləşdirildi. 1997-ci ildə Papa II İohan Pavel tərəfindən Kilsə Doktoru elan edilmişdir. Fransisk Xavier ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. Xatirə günü 3 oktyabrdadır. == Həyatı == Tereza dini həyata erkən çağırış aldı və müxtəlif maneələri dəf etdikdən sonra, 1888-ci ildə Normandiya bölgəsindəki bir kommuna olan Lizyödə rahibə olmaq üçün 15 yaşında Karmelit ordeninə qoşuldu. Monastırda sadə və adi bir həyat sürdü. İncillə yanaşı, o, Tomas Kempisin Məsihə Oxşamaq kitabını daim oxudu və bu kitab ona kamilliyə gedən yolda kömək etdi.
Mariya Tereza
Mariya Tereza (13 may 1717[…], Hofburq sarayı[d] – 29 noyabr 1780[…], Vyana) — 1740-cı ildən, 1780-ci ilə qədər Habsburqlar sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən şəxsdir. Avstriyalı Mariya Tereza (1816–1867) və İspaniyalı Mariya Tereza (1845–1927) ilə qarışdırılmamalıdır. 1740-cı ildən ölümünnə qədər Macarıstan və Bohemiya kralıçası, Avstriya Hersoqinyası idi. Bundan əlavə həyat yoldaşı I Fransisk Müqəddəs Roma İmperatoru seçiləndən sonra Müqəddəs Roma İmperatriçası oldu. Öz dövrünün ən güclü qadınlarından biri olmuş, Müqəddəs Roma İmperatoru II İosifin və Fransız Burjua İnqilabında edam edilən Fransız kraliçası Mariya Antuanettanın anasıdır. Mariya Tereza maliyyə və təhsil islahatları etmiş, ticarət və kənd təsərrüfatı onun dövründə özünün "qızıl əsrini" yaşamışdır. Prussiya ilə mübarizə davam etdirilir, Yeddiillik müharibə və Bavariya İrsi uğrunda müharibədə ölkəsini idarə etmişdir. Əri I Fransiskin ölümündən sonra oğlu II İosif 1765-ci ildə imperator oldu. Mariya Tereza oğlunun bir çox hərəkətlərini tənqid edirdi, lakin Polşanın birinci bölünməsini təqdir etmişdi (1722). XVIII əsr Avropa güc balansında açar rolunu oynayırdı.
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. == Həyatı == Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Tereza Franssinetti
Tereza Franssinetti (24 dekabr 1985, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Tereza Knorr
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr; 14 mart 1946, Sakramento) — amerika cinayətkarıdır, öz iki uşağına ölümünə qədər əzab vermişdir. 11 oktyabr 1993-cü ildə həbs edilmişdir və ömürlük həbsə məhkum edilmişdir. == Bioqrafiya == === Erkən illər === Tereza Knorr 14 mart 1946-cı ildə Sakramento şəhərində doğulmuşdur, Cimin və Svanni Qay Krosların ailəsində kiçik uşaq idi. Cim pendir istehsalçısı işləyirdi, Svanni — qələm istehsalçısı. 3 fevral 1961-ci ildə, nə vaxt ki, Terezanın 15 yaşı var idi, onun anası ürək tutmasından öldü, nəyə görə Tereza uzun müddətli depressiyaya düşdü. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edən bağlı uşaq idi. 29 sentyabr 1962-ci ildə Kliffard Klayd Sandersa ərə getdi. 16 iyul 1963-cü ildə onların oğlu Hovard Klayd doğuldu.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Tereza Mey
Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019) == Təhsili == Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib. == Siyasi karyerası == 1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış 1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir. 1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu. 2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur.