Tərəkəmə folkloru
Tərəkəmələr - Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər.
Tərəkəmələrin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur.
Köçəri həyat tərzi yaşayırlar.
"Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər.
“Tərəkəmə” sözünün kökü “tər” sözüdür (tər-sifətdir təzəlik mənasını ifadə edir) yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır.Bələliklə “tərə” (yəni göy-göyərti, təzə otlaq, biçənək) sözü əmələ gəlir. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanduqda “tərəkəmə” sözü meydana çıxır.