Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Termal
Termal (türk. Termal) — Yalova ilinin ilçəsi.
Versal
Versal (şəhər) —
Şərşal
Şərşal (ərəb. شرشال‎) — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir. == Tarixi == Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir. == Qalereya == == Ədəbiyyat == Кесария // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Persival Louell
Persival Louell (ing. Percival Lowell; 13 mart 1855[…], Boston – 12 noyabr 1916[…]) – ABŞ astronomu, yazıçısı və biznesmeni. Şairə Emi Louellin qardaşıdır. == Həyatı == Persival Louell 1855-ci ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. 1876-cı ildə Harvard Kollecindən məzun olduqdan sonra biznes sahəsinə daxil olmuşdur.Louell 1883–93-cü illərdə Asiyaya səyahətlər etmiş və yaşadığı təcrübələri kitab seriyaları şəklində yayımlamışdır. Onun 1888-ci ildə yazdığı "Uzaq Şərqin ruhu" kitabı Lefkadio Hern tərəfindən bəyənilmişdir. 1895-ci ildə yazdığı "Okkult Yaponiya" əsərində isə Yaponiyada müqəddəs dağ olan Ontake dağına etdiyi səyahətdən sonra şintoizmlə maraqlanmasından və şintoizmdəki praktikalardan bəhs etmişdir.Louell daha sonra astronomiyaya maraq göstərmiş və 1894-cü ildə Arizona ştatının Flaqstaff şəhərində Louell rəsədxanasını qurmuşdur. O, Marsı tədqiq etməyə başlamış və Marsın şüurlu varlıqlar tərəfindən məskunlaşıldığı qənaətinə gəlmişdir. 1902-ci ildə Massaçusets Texnologiya İnstitutunun qeyri-daimi professoru olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Termal printer
Termal printer – thermal printer ~ термографический принтер ~ termal yazıcı ~ təmassız səssiz printer. Termik çap başcığına malikdir və xüsusi emal olunmuş kağıza çap edir. Belə kağızda çoxlu sayda tez qızan kiçicik noqtələr olur və çap həmin nöqtələrin qızdırılması ilə həyata keçirilir. Termal printerlər az baha printerlərdəndir və onlardan çox zaman kalkulyatorlarda və ucuz faks maşınlarında istifadə olunur. Bu printerlərdə çap olunmuş kağızlar zaman keçdikcə solur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termal su
Termal su — yüksək temperaturlu yeraltı və bulaq suyu. Termal su temperaturu müvafiq ərazidə havanın orta illik temperaturundan yüksək olan — nisbi (temperaturu 20° C-dən az olan soyuq sular da bu növ suları təşkil edə bilər) və temperaturu 20–37° C (Yer kürəsində havanın orta maksimal temperaturundan çox və insan bədəninin normal temperaturundan yüksək) olan — mütləq növlərə ayrılır. Yeraltı suların temperatur rejimi Yerin daxili — endogen və müvafiq ərazinin iqlim xüsusiyyətindən asılı olan ekzogen istiliklə əlaqədardır. Müasir vulkanizm əyalətlərində bu sular buxar və ya qaynar bulaq — geyzer şəklində yer səthinə çıxır. Belə suların minerallaşma dərəcəsi az, qələviliyi isə yüksək olur. İon tərkibində Na üstünlük təşkil edir. Termal su bəzi növləri akroterm (akratoterm) adlanır; qaz tərkibinə görə əsasən azotlu olur. Lakin karbon qazlı, metanlı və hidrogen-sulfidli termlərə də rast gəlinir. Azotlu termlər üç əsas növə ayrılır: 1. Qranit massivlərinin çatlarında yayılmış, minerallaşma dərəcəsi adətən 0,3 q/l-dən az olan silisiumlu, yüksək miqdarda radon və bəzi mikroelementlərin iştirakı ilə səciyyələnən term; 2.
Tervel xan
Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı. == Həyatı == Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır. Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı. Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi. Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır. == Bizansla münasibət == 25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı.
Versal (rayon)
Versal (fr. Versailles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — İvelin. Suprefektura — Versal. Rayonun əhalisi 2006-cı ildə 356 980 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 2164 nəf / km² . Rayon ərazisi — 165 km².
Versal (şəhər)
Versal- Fransanın şəhərlərindən biridir.İvelin departamentinin inzibati və mühüm turizm mərkəzidir.Əhalisi 104 min nəfərdir(1978).Əsası 1624-cü ildə qoyulmuşdur.Fransız dilində "kotan şırımı","yamac döşü" mənasındadır.
Versal sarayı
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir. Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır.
Cerard de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Paris – 26 yanvar 1855[…], Paris) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Jerar de Nerval

Versal Ali Şurası
Versal Ali Şurası — Paris Sülh Konfransına (1919–1920) rəhbərlik etmiş ali orqan. Şuranın tərkibinə beş böyük dövlətin (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) nümayəndə heyətlərinin başçıları və xarici işlər nazirləri daxil idi. == Rusiya məsələsi == 1919-cu ilin mayından Ali şuranın iclaslarında "rus məsələsi" — Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. İyunun 12-də Antanta Ali şurası admiral Aleksandr Kolçakın başçılıq etdiyi Osmanlı hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Müttəfiqlərin Kolçak hökumətini Ümumrusiya hökuməti kimi tanımalarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq Azərbaycan nümayəndələri etiraz etdilər. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov hələ mayın 31-də verdiyi bəyanatda Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyünü Qafqaz Azərbaycanının həyati mənafeyinə qarşı zərərli hesab etmişdi. Azərbaycan nümayəndə heyəti iyunun 5-də bununla bağlı sülh konfransının sədrinə və Müttəfiq dövlətlərin baş nazirlərinin adına etiraz notası göndərdi. Azərbaycanın da daxil olduğu yeni yaranmış yeddi respublikanın nümayəndə heyətlərinin başçıları tərəfındən iyunun 17-də etiraz bəyannaməsi, habelə iyunun 23-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz respublikaları adından 7 maddədən ibarət etiraz notası imzalandı. Notada Kolçakla bərabər, Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı da etiraz edilirdi. Azərbaycan, Gürcüstan və Dağlı Respublikası nümayəndələri Versal Ali şurasının üzvlərini inandırmağa çalışırdılar ki, Denikin Könüllü ordusunun Cənubi Qafqaza yolunu bağlamaq lazımdır.
Versal Sülh Konfransı
Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920)— Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı. == Faəliyyəti == Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həmdə 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi.
Versal müqaviləsi 1715
Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi == Müqavilə və onun şərtləri == 1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı. Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi.
Versal sülh müqaviləsi
Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqavilələrindən biri. == Tarixi == Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir. Almaniya məğlub dövlət olduğundan müqavilənin tərtib olunmasında iştiraka buraxılmamışdı. Müqavilə layihəsinin Paris Sülh Konfransında (1919-1920) Beşlər şurası (ABŞ, İngiltərə, İtaliya, Fransa, Yaponiya) tərəfindən tərtib olunmasına baxmayaraq, həlledici müqavilə imzalandıqdan sonra ABŞ senatı iki dəfə - 1919-cu ilin noyabrında və 1920-ci ilin martında müzakirələr keçirsə də, onu ratifikasiya etmədi. Buna səbəb isə V.Vilsonun təşəbbüsü ilə yaradılmış və ABŞ-nin dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər Cəmiyyətində İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi. Çin isə Şandunun Yaponiyaya verilməsinə etiraz edərək, müqaviləni imzalamadı. 1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağladı. Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər Cəmiyyəti barəsində maddələr yox idi. Versal sülh müqaviləsi 440 maddədən ibarət olub, 15 hissəyə bölünmüşdü. Millətlər Cəmiyyətinin Nizamnaməsi(1-ci hissə) və Beynəlxalq əmək bürosunun nizamnaməsi (13-cü hissə) də müqavilənin tərkibinə daxil idi.
Versal müqaviləsi (1715)
Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi == Müqavilə və onun şərtləri == 1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı. Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi.
Arman Pyer Kossen de Perseval
Arman Pyer Kossen de Perseval (fr. Armand-Pierre Caussin de Perceval; 11 yanvar 1795, Paris – 15 yanvar 1871, Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Arman Pyer Kossen de Perseval 13 yanvar 1795-ci ildə Parisdə doğulmuşdu. Şərqşünas olan atası Jan-Jak Antuan Kossen de Persevalın təsiri ilə Şərq dillərinə yaxın maraq duydu. 1817-ci ildə Türkiyəyə gəldi. Bir müddət sonra Livana getdi və orada üç il qaldı. Ərəb ölkələrindəki Fransız səfarət və konsulluqlarında tərcüman olaraq çalışdı. Dönüşündə Parisdəki "École des Langues Orientales Vivantesa" məktəbinə Ərəb dili müəllimi təyin edildi (1822). 1833-cü ildə "Collège də FrancEt" məktəbində Ərəb dili və ədəbiyatı profesoru vəzifəsinə yiyələndi. Arman Pyer Kossen de Perseval 15 yanvar 1871-ci ildə Paris şəhərində vəfat etdi.
Armand Pyer Kossen de Perseval

Qafqaz Yengicə Termal Hotel və SPA
"Qafqaz Yengicə Termal Hotel və SPA" — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yengicə kəndinin ərazisində yerləşən müalicə-istirahət kompleksi. == Ərazisi == Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. == Otel kompleksi == Müxtəlif çeşidli yüksək xidmətlərin göstərildiyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb."Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində daimi iş yeri 100 nəfərlikdir. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldəki müxtəlif kateqoriyalı nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir.