Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Petax-Tıkva
Petax-Tikva (ivr. ‏פתח תקווה‏‎) — İsraildə şəhər.Təl-Əvivdən 10.6 km uzaqlıqdadır.Pravoslav Yəhudiləri tərəfindən "Qədim Yişov" olaraq qurulmuş və 1883-cü ildə Baron Edmond de Rotşildin maliyyə köməyi ilə daimi yaşayış yeri olmuşdur.
Hapoel Petah-Tikva FK
Hapoel (Petax-Tikva) - İsrailin futbol klubu
Makkabi Petax-Tikva FK
Makkabi (Petax-Tikva) — İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Trikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Tikab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Tırva
Tırva (est. Tõrva: qatran) — Estoniyanın cənubundaki Valqamaa bölgəsinin şəhər. Tırva yaxınlığında Helm qəsrinin qalıqları saxlanılır. Əhali sayı 2736 nəfərdir (2012). 1950–1959-cu illərdə Tırva eyniadlı rayonun mərkəzi idi.
Tikale zirvəsi
Tikale zirvəsi (bolq. връх Тикале, ‘Vrah Tikale’ \'vr&h ti-'ka-le\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Poybrene yüksəkliyinə daxildir. Zirvə cənubi Bolqarıstanda yerləşən Tikale şəhərinin adını daşıyır. == Yerləşməsi == Tikale zirvəsi 65°11′44″ c. e. 61°47′03″ q. u. koordinatlarında yerləşmişdir. Foyn burnundan 9.85 km şimal-qərbdə, Kunino burnundan 5.5 km şimalda, Ravnoqor zirvəsindən 5.55 km cənub-şərqdə yerləşmişdir.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Nival iqlim
Nival iqlim lat. nivalis — qarlı, soyuq – Penkin (1910) iqlimlərin geomorfoloji təsnifatına görə, soyuq iqlim olub, ilin isti fəsillərində əriyib buxarlana bilən hissəsindən daha artıq yağan yağıntıların (qar şəklində) miqdarının artıq olması ilə səciyyələnir. İlin soyuq vaxtlarında yağan qarın əriyib, buxarlanmayan hissəsi ildən-ilə toplanıb, firn və buza çevrilir. Qütb en dairələrinin arktik qurşağı və dağların qar sərhədindən yuxarı zonaları üçün səciyyəvidir. == Geomorfoloji termin == Nival qurşaq - ing. nival belt rus. нивальный пояс dağların ən yüksək təbii qurşağı, iqlim qar sərhədindən yuxarıda yerləşir. Qar yığını, buzlaqlar və intensiv fiziki aşınma səciyyəvidir. Üzvi aləmi çox kasıb, bitki örtüyü zəifdir. Aşağı sərhədi qütb dairəsində dəniz səviyyəsinə qədər enir.
Nival qurşaq
Aleksis de Tokvil
Aleksis de Tokvil (fr. Alexis de Tocqueville; 29 iyul 1805[…], Paris – 16 aprel 1859[…], Kann) — Fransa diplomatı, tarixçisi və politoloqu. O, ən əsas "Amerikada demokratiya" (2 cilddə, 1835 və 1840-cı il) və "Köhnə rejim və inqilab" (1856) əsərlərinə görə məşhurdur. Tokvil hər iki əsərində fərdlərin yaxşılaşdırılmış həyat standartlarını və sosial vəziyyətlərini, eləcə də onların qərb cəmiyyətlərindəki dövlət və bazarla münasibətini araşdırmışdır. Tokvilin Amerikaya səyahətlərindən sonra nəşr olunan "Amerikada demokratiya" əsəri bu gün sosiologiya və siyasi elmin ilkin əsəri hesab olunur. Tokvil əvvəlcə İyul monarxiyası, daha sonra İkinci Respublika dövründə siyasi aktivist olmuşdur. Napoleon Bonapartın 2 dekabr 1851-ci ildə dövlət çevrilişi etməsindən sonra siyasi həyatından uzaqlaşmış, "Köhnə rejim və inqilab" əsəri üzərində işləməyə başlamışdır. O iddia edirdi ki, Fransa inqilabının əhəmiyyəti kral XIV Lüdovikin hakimiyyəti zamanı başlamış "Fransa dövlətini müasirləşdirmək və mərkəzləşdirmək" prosesini davam etdirmək idi. Onun fikrincə, inqilabın uğursuzluğu abstrakt maarifçilik ideallarına həddən artıq bağlı olan deputatların təcrübəsizliyindən irəli gəlirdi. == Erkən həyatı == Aleksis de Tokvil 1805-ci ildə norman aristokrat ailəsində dünyaya gəlmişdir.
Məhəmməd Marmaduk Piktal
Məhəmməd Marmaduk Piktal (ing. Marmaduke William Pickthall; 7 aprel 1875, London – 19 may 1936, Sent-Ayvs[d], Kornuoll[d]) — Qərbli İslam yazıçısı. Qurani-Kərimi orijinal şəkliylə ərəbcədən ingiliscəyə tərcümə etmişdir.Xristianlıqdan İslama sonradan girən Piktal bir roman yazıçısı idi.Deyvid Herbert Larens, Herbert Uells, və Eduard Morqan Forsterə görə eyni zamanda jurnalist, məktəb müdiri və siyasi və dini bir lider idi.O, İslamı qəbul etməyin Londonun qərbində yerləşən Nottinq Hilldə və Müsəlman Ədəbi Cəmiyyətində "İslam və Tərəqqi" haqqında danışmaqdan sonra təsiredici surətdə elan etdi.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. == Ərazisi == Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. == Relyefi == Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tıva Respublikası
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tıva akşası
Tıva akşası (tıva akşa) — 1934-1944-cü illərdə Tuva Xalq Respublikasının pul vahidi. 100 qəpikə bölünür (tıva kɵpejek). == Tarixi == 25 iyul 1925-ci ildə Tuva Xalq Respublikası Dövlət Bankı - Tıvanbank qurulur. Tuva Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı hökumətləri arasındakı razılaşma ilə 1925-1929-cu illərdə ölkə ərazisinə Sovet pullarını buraxılır. Əvvəlcə çarın zərb sikkələrini əvəz edən gümüş sikkələr, daha sonra kağız pullar və banknotları (rubl və çervonlar) dövriyəyə buraxılır. 1933-cü ilin dekabrında Tuva Xalq Respublikası hökuməti bir sərəncam qəbul edir. Sərəncama əsasən Tuva Xalq Respublikasının yeni gerbinin təsviri və "Yalnız TNR-də istifadədədir" mətn üzərində olan mavi boya ilə sovet əskinasları üzərinə daxil vurulur. Mübadilə 10 dekabr 1933-cü ildən may-iyun 1934-cü ilə qədər davam edir. 1933-1934-cü illərdə Sovet sikkələrinin ölçüsündə 1, 2, 3 və 5 qəpik nominasiyalarında hazırlanmış bürünc və 10, 15 və 20 qəpik nominallı nikel sikkələr istifadəyə buraxılır. Onlar 1945-ci il mayın 1-nə qədər dövriyyədə qalır.
Tıva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Gülşen-i İkbal Parkı
Gülşen-i İkbal Parkı, (Urdu dilində: گلشن-اقبال پارک) Pakistan'ın Pəncab əyalətinin Lahor şəhərində olan 67 hektarlıq böyük bir əyləncə və istirahət parkı. ‘İkbal'in Gül Bağçası’ mənasını verməkdədir. İçində süni göl, lunapark və kiçik bir zoopark vardır. === Hallar === Parka 27 Mart 2016'da axşam üzəri Cemaat'ül Əhrar adlı terror təşkilatı tərəfindən canlı bomba hücumu təşkil edildi. Eyni gün Pasxa Yortusu qeyd edilirdi Saldırıda Paskalya tatilini parkta geçiren Hristiyan aileler ve çocukların hedef alındığı açıklandı. Çoxu uşaq 69 adam öldü, 193 adam yaralandı.