Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tolman-Openhaymer-Volkov tənliyi
Kolmar
Kolmar (fr. Colmar) – Fransanın şimal-şərqində yerləşən şəhər. Yuxarı Reyn departamentinin mərkəzidir.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
Tolimak
Alfa Sentavr (α Sentavr, qısaldılmış Alfa Sen, α Sen) — Günəş Sisteminə ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 işıq ili (1.34 pr) məsafəsindədir. Alfa Sentavr (həmçinin Rigil Kentaurus adlanır) α Sentavr, α Sentavr A, α Sentavr B və kiçik qırmızı cırtdan α Sentavr C ( bu ulduz həmçinin Proksima Sentavr adlandırılır) -dən ibarət üçlü ulduz sistemidir. Adi gözlə, bu üç komponent vizual ulduz ölçüsü -0.27 olan bir ulduz kimi görünür. α Sentavr gecə göyündə Sirius və Kanopusdan sonra üçüncü parlaq ulduz kimi müşahidə olunur. Proksima Sentavr (α Sen C) günəşdən 4.24 işıq ili (1.30 pr) məsafəsindədir və günəşə ən yaxın ulduzdur, buna baxmayaraq o, adi gözlə görünmür. α Sentavr A kütləsi 1,1 Günəş kütləsi və parlaqlığı 1,519 Günəş parlaqlığı tərtibindədir, α Sentavr B isə daha kiçik və soyuqdur kütləsi 0,907 Günəş kütləsi, parlaqlığı 0,445 Günəş parlaqlığı tərtibində. 79,91 illik period ərzində ortaq mərkəz ətrafındakı məsafə Günəş ilə Pluton arasındakı məsafə (35,6) tərtibindən Günəş İlə Saturn arasındakı məsafə tərtibinə (11,2) azalmışdır. α Sentavr adi gözdə tək ulduz hesab edilir və Erboğanın cənub bürcündə parlaq ulduza verilir. -0,27 Sirius və Canopusdan daha həddindən artıq olan vizual ölçülü (A və B ölçülərindən hesablanır) görünür. Gecə göyün ən parlaq ulduzu Arcturusdur.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Kolmar-Riboville
Kolmar-Riboville (fr. Colmar-Ribeauvillé) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn . Prefektura — Kolmar. Rayon əhalisi 2012-cı ildə 198 449 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 176 nəf / km². Rayon ərazisi — 1128 km².
Kolmar (dəqiqləşdirmə)
Kolmar Fransanın şimal-şərqində yerləşən şəhərdir.
Metyu Holman
Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb. Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur. Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır. 1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.
Riçard Stolman
Riçard Mettyu Stallman (ing. Richard Matthew Stallman, 16 mart 1953, Manhetten, Nyu-York ştatı) — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Mettyu Stollman (Richard Matthew Stallman) 16 mart 1953-cü ildə Amerika Birləşmiş Ştatları, Nyu-York şəhərində anadan olmuşdur. Amerikalı proqramçı, azad proqram təminatı hərəkatının banisi, haker, müəllif hüququnun əksi olan "Copyleft" nəzəriyyəsinin banisi Riçard Mettyu Stollman 1985-ci ilin oktyabr ayında Azad Proqram Təminatı Fondunun (Free Software Foundation) əsasını qoymuşdur. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Solmaz (dəqiqləşdirmə)
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Solmaz Eliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Hətəmova
Solmaz Hətəmova (1950, Bakı) — aktrisa. Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. 13 yaşında məşhur "Sehrli xalat" filmində pioner Zərifə obrazını yaradıb. Sonradan Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib və ixtisası üzrə çalışıb. Hazırda təqaüddədir. Ailəlidir, 2 oğlu, 3 nəvəsi vardır.
Solmaz Kosayeva
Kosayeva Solmaz Qorçu qızı (Aşıq Solmaz; 3 mart 1955, Qazax rayonu) — Azərbaycan aşığı, şairi, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2016). Solmaz Kosayeva 1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb. Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb. 1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.
Solmaz Mirzəyeva
Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir. 1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır. Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur. İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır.
Solmaz Musayeva
Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı – 21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007). Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir. 1965–1981-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır. 1981–1987-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan "Malçiş-Kibalçiş" (A.Qaydar), "Bu ev kimin evidir?" (S.Marşak), "Məşədi İbad" (Ü.Hacıbəyli), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Ə.Abbasov), "Cunquş" (X.Əlibəyli), "Qaravəlli" (Anar), "Meşə nağılı" (T.Mütəllibov), "Yumaq top" (F.Sadıq), "Şən ayılar" (V.Rabadan), H.X.Andersenin "Ole Lukoye və yaxud Sehrli çətirlər" (H.X.Andersen), "Cırtdan", "Sehrli nar" (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
Solmaz Mustafayeva
•Elmi əsərlərinin sayı- 680 •Xaricdə dərc olunan əsərlərinin sayı- 525 •Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 150 •Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 35 •Elmi-pedaqoji fəaliyyəti = 2 il pedaqojı stajı - Bakı Ali Hərbi Məktəbində •Dil bilikləri = azərbaycan, rus və ingilis dilləri Mürəkkəb tərkibli xalkogenid AIIIBVI və TlBIIIC2VI yarımkeçiricilərdə relaksasiya electron proseslərinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamış və xüsusi xassələrə malik olan interkalyasiya olunmuş laylı və zəncirvari strukturaları dünyada ilk dəfə alıb və tədqiq etmişdir. Xarici amillərin (sabit və dəyişən elektrik sahəsi, elektromaqnit şüalanması, temperatur, təzyiq, rentgen şüalanması və s.) alınmış yarımkeçirici nazik təbəqə və kristallarına təsirinin fiziki qanunauyğunluqları tədqiq edilmiş və bu əsasda yeni tipli yarımkeçirici çevricilər və cihazlar ixtira edilmişdir. 1. Mustafaeva S.N., Asadov M.M. Currents of Isothermal Relaxation in GaS (Yb) Single Crystals // Solid State Communications. 1983. V. 45. № 6. P. 491 - 494. 2. Mustafaeva S.N., Abdullaev G.B. Photostimulated polarization and depolarization in metal- GaSe -metal thin film structures // Thin Solid Films.
Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı (1949, Laçın) — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru. Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir. 1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür. Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.