Telman Hacıyev (bəstəkar)
Hacıyev Telman Hacı oğlu (9 iyun 1930, Gəncə, Gəncə dairəsi – 5 yanvar 1991, Bakı) — [Azərbaycan bəstəkarı], [Azərbaycanın əməkdar incəsənət xadimi], Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor. O, 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib
== Ailəsi ==
14.03.1969-cu il tarixində ailə qurmuşdur. Atası — Hacıyev Hacı Vəli oğlu, 1903-cü il (Bakı Dövlət Universitetinin Coğrafiya Kafedrasının müdiri, dosent)
Anası — Hacıyeva Böyükxanım Ağa qızı, 1910-cu il (Gəncə şəhəri İcraiyyə Komitəsinin katibi)
Qardaşı — Hacıyev Tarik Hacı oğlu, 1928-ci il (Respublikanın baş geoloqu, Azərbaycan SSR Geologiya İnstitutunun direktoru)
Bacısı — Hacıyeva Fəridə Hacı qızı, 1940-cı il (Azərbaycan İqtisad Universitetinin Təbiət Elmləri Kafedrasının baş müəllimi)
Həyat yoldaşı — Hacıyeva (Abdullayeva) Sevda, 1943-cü il Qızı — Hacıyeva Lalə, 1970-ci il Oğlu — Hacıyev Anar, 1972-ci il
== ÜMUMİ MƏLUMAT ==
Anadan olduğu tarix — 09.06.1930, Gəncə şəhəri, Azərbaycan 05.01.1991-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Təhsili:
Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır — 1958–1964.
İş təcrübəsi:
1. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Komitəsi
Musiqilərin işlənməsi üzrə mütəxəssis — 04.04.1958
Musiqi verilişləri üzrə redaktor köməkçisi- 01.07.1958
Musiqi verilişlərinin redaktoru- 01.10.1958
Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru — 01.09.1961
Musiqi verilişləri şöbəsində baş redaktor müavini — 16.07.1963
Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor — 01.08.1971
Radioda musiqi redaksiyasının baş redaktoru — 01.01.1973 −10.02.1975 2. Azərbaycan SSR Bəstəkarlar İttifaqı
Məsləhətçi — 01.03.1975 −16.04.1975 3. Azərbaycan Dövlət Filarmoniyası
Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri — 21.04.1975 −05.04.1983 4. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Komitəsi.
Dövlət Komitəsinin musiqi kollektivlərinin bədii rəhbəri −15.08.1983 −03.12.1984 5.