Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tonkin körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Tonkin stiraksı
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.
Tonkin körfəzi olayı
Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma. == Mənşə == Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib.1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi. Vyetkon (və ya Cənubi Vyetnamım Azadolma Milli Cəbhəsi) üzvlərinin sayı artırdı, korrupsiya problemləri olan Cənubi Vyetnam hərbi qüvvələri isə ona qarşı qeyri-effektiv idi.1964-cü ilin iyulunda Şimali Vyetnama kəşfiyyat qrupları daxil edən Cənubi Vyetnamın təxribatçı dəstələri ilə aviadesant və Şimali Vyetnamın buna cavablarına görə Şimali Vyetnamın məhəlli suların boyunca vəziyyət qaynar hala yaxın idi.
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Zonkey
Zebroid (ya da zedonk, zorse, zebr qatırı, zonkey, və zebmule) dişi zebr ilə erkək atın cütləşməsindən meydana gələn hibrid canlıya verilen addır. Qatırlar kimi zonkeylər də əksər hallarda qısırdır. == Fiziki xüsusiyyətləri == Zonkeylər daha çox zebr olmayan valideyninin xüsusiyyətlərini və zebrnın zolaqlarını daşıyır. Zolaqlar bütün bədəni əhatə etmir, boyun və ya ayaqlar kimi nayihələrlə sərhədlənə bilir. Zebr-eşşək hibridlərində zolaqlar qarın və bel nayihələri ilə məhdudlaşır.
Tokio
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən “Günəş sistemi” kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Con Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Tonvil (rayon)
Tonvil (fr. Thionville) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Tonvil. Rayon əhalisi 2006-cı ildə 264 200 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 941 km².
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Böyük Tokio
Böyük Tokio aqlomerasiya regionu (Yaponca. 首都 圏 Shuto Ken; 東京圏 Tokyo Ken, 東京都市圏 Tokyo Toshi Ken) Yaponiyada başda Tokio aqlomerasiya regionu ilə birlikdə Chiba, Kanagawa, Saitama prefekturaları ilə birlikdə bu prefekturaların böyük hissəsindən formalaşmış aqlomerasiya regionudur. Böyük Tokio anlayışı “yalnız Tokio” anlayışı ilə eyni deyil, Tokio ilə bitişik olub prefekturanın hüdudlarından kənara çıxan bütün şəhər ərazisini əhatə edir. Yaponiya hökuməti tərəfindən təyin olunmuş Milli Paytaxt Regionu Kantō bölgəsindən əlavə (首都圏 Shuto-ken) Yamanashi prefekturasını da əhatə edir. Böyük Tokio aqlomerasiya regionunun əhalisi 2014-cü ilə görə 37,832,892 nəfərdir və dünyanın ən sıx məskunlaşıldığı metropolisdir. Təxminən 13,500 km² ərazini əhatə etməsi əhalinin sıxlığının hər km²-ə 2617 nəfər olduğunu göstərir. Əhatə etdiyi xalis sahəsi 7.800 km² ilə dünyada ikinci yerdədir. Yalnız New York şəhərinin əhatə etdiyi şəhər sahəsi 8.700 km² olaraq Böyük Tokio aqlomerasiya regionundan daha çoxdur.
Senecio tonii
Senecio tonii (lat. Senecio tonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Tokay Hüseynov
Tokay Hüseynov (tam adı: Tokay Məhərrəm oğlu Hüseynov; d. 23 oktyabr 1945, Bakı,Azərbaycan SSR, SSRİ) — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor. == Həyatı == Hüseynov Tokay Məhərrəm oğlu 1945-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. == Təhsili == Tanınmış Gədəbəyli alim Məhərrəm Hüseyinovun övladı olan T. M. Hüseynov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1980-ci ildə Tiflis şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1971–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının fizika institutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1989–1998-ci illərdə isə Molekulyar biologiya və biotexnika institutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 2000-ci ildən AMEA-nın fizika institutunda elmi fəaliyyətdə olmuşdur. O, biologiya sahəsində tanınmış görkəmli alimlərdən biridir.
Tokay Məmmədov
Tokay Həbib oğlu Məmmədov (18 iyul 1927, Bakı – 2 may 2018, Bakı) — sovet və Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü. == Həyatı == Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar Sabsay qeyd edirdi ki, 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır.
Tokio (toponim)
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tokio Hotel
Tokyo Hotel (əvvəldən "Devilish") — 2001-ci ildə Maqdeburqda Bill Kaulitz və onun əkiz qardaşı Tom Kaulitz tərəfindən yaradılmış məşhur alman pop-rok qrupu. İlk albomu "Schrei" 2005-ci ildə çıxardı. İlk sinqlləri "Durch dan Monsoon" çıxdıqdan sonra sürətli bir şəkildə adını eşitdirdi. 20 avqustda alman musiqi siyahılarında 15-ci olaraq özünü göstərdi və 26 avqustda Avstriya musiqi siyahılarında 1-ci oldu. İkinci sinqlləri "Schrei", alman siyahılarında 5-ciliyə yüksəldi. 2006-cı ilin əvvəllərində, üçüncü sinqlləri "Rette Mich" çıxdı və siyahılarda 1-ci oldu. Yeni sinqlləri "Übers Endə der Welt" 26 fevral 2007-ci ildə çıxdı və o da siyahılarda 1-ci oldu. Yeni albomları "Zimmer 483" turunun mart ayında başladılması düşünülürdü, ancaq iki həftə gecikdirildi. Çünki qrup yeni bir səhnə istifadə etmək istəmişdi.
Tokio Universiteti
Tokio Universiteti (yap. 東京大学) — Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən və dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == 1877-ci ildə Meydzi hakimiyyəti hüquq, elm, ədəbiyyat və tibb departamentlərindən ibarət olan universitet yaradır və bu ali təhsil ocağına Tokio Daigaku, qısa olaraq Todai adı verilir. 1886-cı ildə ali məktəbin adı dəyişdirilərək İmperator, 1897-ci ildə isə Tokio Universiteti olur. 1890-cı ildə universitetin nəzdində Kənd Təsərrüfatı və Dendrologiya kolleci, 1916-cı ildə Added İnfeksion Xəstəliklər İnstitutu istifadəyə verilir. 1919-cu ildə imperatorun sərəncamı ilə təhsil müəssisəsində iqtisadiyyat fakültəsi açılır. 1921-ci ildə burada Aviasiya Elmi-Tədqiqat İnstitutu və Astronomiya rəsədxanası, 1942-ci ildə mühəndislik fakültəsi, 1946-cı ildə universitet xəstəxanaları, dəniz bioloji stansiyası, botanika bağı, universitet meşəsi, kənd təsərrüfatı mərkəzi, Balıqçılıq mühəndisliyi tədqiqatları laboratoriyası, İctimai Elmlər İnstitutu yaradılır. 1947-ci ildə Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətindən sonra universitetin ilkin adı özünə qaytarılır. 1949-cu ildə burada pedaqogika fakültəsinin nəzdində filologiya fakültəsi, Zəlzələ Elmi-Tədqiqat, Şərqşünaslıq Mədəniyyəti, Sənaye, Jurnalistika institutları açılır. 1953-cü ildə Tokio Universitetində Kosmik Rey tətbiqi mikrobiologiya laboratoriyası, 1955-ci ildə Nüvə Tədqiqatları, 1957-ci ildə Bərk Cisimlər Fizikası, 1962-ci ildə Okeanın Tədqiqatı, 1966-cı ildə kompüter və tibb mərkəzləri, 1967-ci ildə Kriogen Mərkəz yaradılır, İnfeksion Xəstəliklər İnstitutunun adı dəyişdirilərək Tibb Elmləri İnstitutu olur.
Tokio körfəzi
Tokio körfəzi (yap. 東京湾) — Sakit okeanın Yaponiya sahillərində erləşir. Körfəzin sahilində dünyanın ən böyük aqlomerasiyalarından biri yerləşir. Burada 33 milyon insan yaşayır. Şimaldan cənuba uzunluğa 60 km, şərqdən qərbə olan məsafə isə 40 km təşkil edir. Burada həmcinin Asiyanın ən böyük limanlarlnda biri yerləşir. Körfəzi okeandan Boso yarımadası ayırır. == Coğrafiyası == Körfəzin sahəsi 1 320 km² təşkil edir. Körfəzə Tama, Ara, Edo və Surumi çayları axır. Körfəzi okeanla birləşdirən boğazın darlığı və bura çixlu sayda çayların tökülməsi suyunu nisbətən şirin edir.
Tokio metrosu
Tokio metrosu (yap. 東京メトロ, Tōkyō Metoro) — Yaponiyanın Tokio şəhərində Tokyo Metro Co şirkəti tərəfindən idarə olunan əsas metro sistemidir. O, Tokioda fəaliyyət göstərən yeganə metro sistemi olmasa da, iki operator arasında daha çox sərnişinə malikdir: 2014-cü ildə Tokio Metrosunda orta gündəlik 6,84 milyon sərnişin, digər sistem olan Toei Metrosunda isə 2,85 milyon orta gündəlik gediş var idi. == Təşkilat == Tokio Metrosu Yaponiya Hökuməti və Tokio Böyükşəhər Hökumətinin birgə mülkiyyətində olan özəl səhmdar şirkəti olan Tokyo Metro Company, Ltd. (東京地下鉄株式会社, Tōkyō Chikatetsu Kabushiki-gaisha, Tokyo Metro Stock Company) tərəfindən idarə olunur.
Tokio məscidi
Tokio məscidi (東京ジャーミイ, Tōkyō-jāmii) – Yaponiyanın paytaxtı Tokio şəhərinin Şibuya rayonunda, Oyama məhəlləsində yerləşən türk məscidi. Yaponiyadakı ən böyük məsciddir. Məscidin əsası Oktyabr inqilabı nəticəsində Rusiyadan gəlmiş başqırd və tatar immiqrantlar tərəfindən 12 may 1938-ci ildə qoyulmuşdur. Əbdürrəşif İbrahimov (həm də məscidin ilk imamı) və Məhəmməd Qabdulxay Qurbanqaliyevin başçılığı altında tikilmişdir. == Tarixi == Məscid 12 may 1938-ci ildə istifadəyə verilib. Məscid türk müsəlmanların və yerli yaponların dəstəyi hesabına tikilib. Açılış mərasimində Yəmən şahzadəsi, Səudiyyə Ərəbistanın Londonda olan və kral tərəfindən göndərilən səfiri, Misir kralı tərəfindən göndərilmiş səfir, Mitsuru Toyama, general İvare Matsui, təhsil naziri, Tokioda yaşayan yüzlərlə tatar müsəlmanlar və yaponlar iştirak ediblər. Məscidin tikintisi üçün 120.000 yen toplanılıb və bu məbləğin 20 mini Mitsubishi Bank prezidenti Kiyoşi Seşino tərəfindən verilib. Karnesaburo Yamaşita məscidin ərazisi üçün 1,655 m2 torpaq bağışlayıb. Tikinti işləri 1937-ci ilin oktyabrında Ivlorota Construction şirkəti tərəfindən başladılıb.1986-cı ildə məscid ağır vəziyyətinə görə sökülmüşdür.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. == Kimyəvi xassələr == Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.