Tokay Məmmədov

Tokay Həbib oğlu Məmmədov (18 iyul 1927, Bakı2 may 2018, Bakı) — sovet və Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü.[2]

Tokay Məmmədov
1970 – 1972
ƏvvəlkiNadir Əbdürrəhmanov
SonrakıTahir Salahov
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyul 1927(1927-07-18)
Doğum yeri
Vəfat tarixi 2 may 2018(2018-05-02) (90 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti heykəltaraş
Anası Zivər Məmmədova
Həyat yoldaşı
Elmi fəaliyyəti
Elm sahəsi heykəltaraşlıq

Təltifləri "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1973 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı SSRİ Dövlət mükafatı — 1978 Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şöhrət" ordeni — 2002 "Şərəf nişanı" ordeni — 1959 "Xalqlar dostluğu" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar Sabsay qeyd edirdi ki,

" "Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı. Artıq onun yaradıcılığı bizə məlumdur". "

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır. O, 1951-ci ildə Repina adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. F. Əbdürrəhmanov öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.

1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedir və İ. E. Repin adına Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, rus sənətkarları V. Senayski, A. Matveyev və M. Kerezindən dərs alır, heykəltaraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

Heykəltaraşın erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Peşəkar sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülmüşdür.

Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır. Bu portretin yaradılması təsadüfi deyildi. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltaraş müstəqil şəkildə ilk dəfə alimin portretini canlandırır. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsər gənc heykəltaraşın ilk uğuru kimi qiymətləndirilir.

Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir. Bu portretdə heykəltaraş daxili psixoloji keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə etimişdirr. Bu xırda nüansları nəzərə almasaq, həqiqətən də heykəltaraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkir.

Tokay Məmmədov 2018-ci il mayın 2-də, 90 yaşında vəfat etmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı — 1962
  • Azərbaycan SSR xalq rəssamı fəxri adı — 1973
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 18 iyul 1977[5]
  • SSRİ Dövlət mükafatı — 1978[6]
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 17 iyul 2017[7]
  • Azərbaycan SSR dövlət mükafatı — 1982
  • "Şərəf nişanı" ordeni — 1959
  • "Xalqlar Dostluğu" ordeni
  • "Şöhrət" ordeni — 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[8]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə akademiyada təhsilini başa vuran Tokay Məmmədovun yaratdığı diplom işi "26 Bakı Komissarları"na həsr olunur. Leninqradda gənc heykəltaraşın diplom işinin müdafiəsində dərs deyən müəllimlərindən başqa, Azərbaycan sənətşünası Mürsəl Nəcəfov da iştirak edir. Dörd fiqurdan ibarət kompozisiyada Bakı bolşevik kommunasının rəhbərləri təsvir olunmuşdu. Kompozisiya sovet dövrü ideologiyasının tələblərinə cavab verirdi. Sənətkarlıq baxımdan kompozisiya düzgün yaradılmışdı. Bu cür də olmalı idi.

Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltaraş kimi işə başlayır və Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edilir. Heykəltaraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltaraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədir.

T. Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub. Hələ rəssamlıq məktəbində təhsil aldığı dövrdən başlayaraq Nizami Gəncəvinin obrazını canlandırmaq istəyirdi. Ona müəllimi heykəltaraş F. Əbdürrəhmanovun yaratdığı "Nizami" heykəlinin təsiri olub.

Heykəltaraşın yaratdığı "Nizami Gəncəvi" portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş olunur.

Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbilədən onun "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretlərini qeyd etmək olar.

Yaradıcılıq texnologiyası

[redaktə | mənbəni redaktə et]

Heykəltaraş Tokay Məmmədovun yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcudur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanda opera janrının əsasını qoymuş, musiqiçi alim Üzeyir Hacıbəyov, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssamımız Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Frederik Şopen və Avstriya bəstəkarı V. A. Motsart kimi dahilərin büst portretlərini qeyd etmək olar.

Həmçinin heykəltaraşın yaradıcılığı monumental heykəllərlə zəngindir. Şəhərsalmanın inkişafı nəticəsində sovet dövründən başlayaraq Azərbaycanın bir çox şəhərindəki park və meydanlarda şair və dövlət xadimlərinin monumental heykəlləri ucaldılırdı. Tokay Məmmədovun monumental sahədə canlandırdığı obrazlarda Azərbaycanın şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının surətləri durur. 1960-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlini Konservatoriya binası qarşısında qoyurlar.

Tokay Məmmədov sovet rejiminin simvollarından olan Məşədi Əzizbəyovun monumental heykəlini işləyib və o 1976-cı ildə Bakı şəhərində ucaldılıb. Hündür qranit özül üstünə qaldırılan abidədə heykəltaraş inqilabçını emosional, siluet ifadəliyi, bütün kompozisiyanın dinamikliyi və psixoloji keyfiyyətdə yaradıb. "Məşədi Əzizbəyov" abidəsinə görə 1978-ci ildə heykəltaraşa SSRİ dövlət mükafatı təqdim edilib.

Heykəltaraş monumental sahədə həmçinin Azərbaycan şairi İmadəddin NəsimiXI qızıl Ordu abidələrini yaradıb.

Tokay Məmmədov yaradıcılığının ilk günlərindən başlayaraq heykəltaraşlığın qabartma sahəsində bir çox insanın surətlərini canlandırıb. Bu qabartmalardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu qabartmada qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Bu əsər heykəltaraşın gənclik illərində yaratdığı və ona uğur qazandırdığı əsərlər sırasında durur. Əsər bir çox beynəlxalq sərgidə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T. Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltaraş Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

T. Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. Bir çox variantda yaradılan abidənin bir modeli Bakı şəhərində ucaldılmalı idi. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadır təsviri bağışlamalıdır.

Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub. Heykəltaraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yetişən gənc heykəltaraşlara dərs demişdir.

  1. 1 2 ЗАГАДКА СТАРОЙ ФОТОГРАФИИ. Таира Джафарова.
  2. "Görkəmli azərbaycanlılar" (PDF) (azərb. ‎). 23 may 2011 tarixində arxivləşdirilib (PDF).
  3. APA TV. "Azərbaycanın məşhur heykəltəraşı vəfat etdi" (az.). Youtube.com. 02.05.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  4. Lider TV. "Xalq rəssamı Tokay Məmmədov dəfn olundu" (az.). Youtube.com. 04.05.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-05.
  5. T. H. Məmmədov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1977-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  6. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il SSRİ Dövlət mükafatlarının verilməsi haqqında Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  7. "T.H.Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.
  8. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]