Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleks Törner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərə musiqiçisi. Rok qrupu Arctic Monkeys-in mahnı yazarı və frontmanıdır. Onun hər bir albomu Böyük Britaniyada hit olmuşdur. Yeddi "Brit", bir "Ivor Novello" və bir "Mercury Prize" laureatıdır. Aleksin həmçinin klassik üslublu pop mahnıları buraxdığı The Last Shadow Puppets adlı başqa bir qrupu da var. Aleks Törner Şeffildin High Green məhəlləsində böyüyüb. 2002-ci ildə 15 yaşıda olarkən üç dostu ilə birlikdə Arctic Monkeys qrupunu formalaşdırıb. Onların ilk studiya albomu olan "Whatever People Say I Am, That's What I'm Not" 2006-cı ildə buraxılmışdır. Bu albom Britaniya tarixində ən sürətli satılan debüt albomu kimi yadda qalıb.
Con Törner
Con Törner (ing. John Turner; d. məlum deyil – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted" və "Qravesend Yunayted" komandalarında çıxış edib. == Karyerası == 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Robert Törner
Robert Törner (ing. Robert Turner; d. 1873, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Red Rok", "Qravesend Yunayted" və "Brayton Yunayted" komandalarında çıxış edib. Robert Törner 1877-ci ildə İngiltərənin Mançester şəhərində anadan olmuşdur. 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 2 oyunda meydana çıxmışdır.
Ted Törner
Ted Törner (ing. Ted Turner; 19 noyabr 1938[…], Sinsinnati, Ohayo) — amerikalı sahibkar, CNN xəbər kanalının təsisçisi, aktrisa Ceyn Fondanın keçmiş əri. Ted Törnerin şərəfinə "Atlanta Breyvs" beysbol klubunun stadionu "Törner Fild" adlandırılıb. 2011-ci ildə Ted Törner Mixail Qorbaçov Fondunun təsis etdiyi illik "Dünyanı dəyişən insan" mükafatının "Aşkarlıq" nominasiyası üzrə ilk qalibi olmuşdur.
Tina Törner
Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[…], Braunsvill[d], Tennessi[…] – 24 may 2023, Küsnaxt[d]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır. Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır. İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır.
Daniel Tozser
Dániel Tőzsér (d. 12 may 1985, Szolnok ) — Macarıstanın keçmiş milli futbolçusudur. O, yarımmüdafiə mövqeyində çıxış edib. == Klub karyerası == === Debrecen === Dániel Tőzsér futbolçu karyerasına Debrecen gəncliyində başlayıb. Gənc futbolçu bir dəfə rəsmi matçda Debrecen komandasının formasını geyinib. === Qalatasaray === Tőzsér 2003-cü ildə 17 yaşında Qalatasaray infrastrukturuna transfer olunub. Lakin o, burada qaldığı il ərzində A komandası ilə heç bir rəsmi oyun keçirməyib. 2003-2004 mövsümünün sonunda Tőzsér Macarıstanın Ferencváros klubu ilə peşəkar müqavilə imzaladı. === Ferencvaros === Tőzsér Ferencváros klubunda uğurlu 2 mövsüm keçirdi və burada ilk dəfə peşəkar müqaviləsini imzaladı. Komandanın baş məşqçisi Bobbi Davison Tőzsér haqqında fikirlərini "Macarıstanlı Frenk Lempard" sözü ilə ifadə edir.
Vilyam Törner Donat
Vilyam Törner Donat - (1953-cü il 9 iyul — 1929 - cu il 12 mart ) Amerikalı rəssam. == Həyatı == Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib. Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib. Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib. == Yaradıcılığı == O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib. Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib. Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub. Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb.
Forster
İohan Reynhold Forster (alm. Johann Reinhold Forster‎, 22 oktyabr 1729[…], Tçev[d], Tçev povyatı[d] – 9 dekabr 1798[…], Halle) — İngilis mənşəli alman orintoloqu, botaniki, zooloqu və səyyahı. == Çap olunmuş əsərləri == ing. A catalogue of the animals of North America etc. (London, 1771) lat. Descriptiones animalium in itinere ad maris australis terras per annos 1772—1774 suscepto observatorum (Berlin, 1844) ing. Observations made during a voyage round the world etc. (London, 1778) lat. Liber singularis de bysso antiquorum etc. (London, 1776) alm.
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir. Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. == İnkişaf == 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur. Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
Norşen
Norşen — Şirak mərzində kənd.
Orsyer
Orsyer (fr. Orcières, oks. Orsiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05096. 2008-ci ildə əhalinin sayı 700 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 481 nəfər (15-64 yaş) arasında 394 nəfər iqtisadi cəhətdən fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.9%, 1999-cu ildə 76.1%). 394 fəal 383 nəfər (207 kişi və 176 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın).
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır. Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar.
Torilər
Torilər — öncə İngiltərə və Böyük Britaniya Krallığı,sonralar isə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığında var olmuş iki partiyanın üzvlərinə verilmiş ad idi. 1678-1681-ci illər Kənarlaşdırma krizisi vaxtı İngilis parlamentinin üzvləri iki partiyada toplaşmışdılar: Viqlər (Britaniyada siyasi partiya) və Torilər. Tori sözü kral ailəsi dəstəkçilərini bildirmək üçün işlədilirdi.Onlar monarxist və mühafizəkar idilər. On səkkizinci əsrdə Viqlər Britaniya siyasətində aparıcı qüvvəyə çevrildilər və Torilər,dövr siyasətində qismən kiçik rola sahib oldular.
Torsyo
Torsyo (fr. Torcieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01421. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 50 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 698 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 473 nəfər (15-64 yaş) arasında 349 nəfər iqtisadi cəhətdən fəal, 124 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 72.6%). 349 fəal sakindən 337 nəfər (181 kişi və 156 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın).
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Börsen
Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar. Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi. Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı. 16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Börsen ilə əlaqəli mediafayllar var.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Eleanor Porter
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
G.Forster
Johann Georg Adam Forster (alm. Johann Georg Adam Forster‎; 27 noyabr 1754[…] – 10 yanvar 1794[…], Paris, Birinci Fransa Respublikası) — Alman publisisti, yazıçısı, səyyahı, təbiətşünas-alimi etnoqrafı, ictimai-siyasi xadimi. == Əsərləri == A Voyage round the World in His Britannic Majesty's Sloop Resolution, Commanded by Capt. James Cook, during the Years, 1772, 3, 4, and 5 (1777) (preview) Journal of travels in Poland (August–November, 1784), The Warsaw Voice, 1990 31 8–9 De Plantis Esculentis Insularum Oceani Australis Commentatio Botanica (1786) available online at Project Gutenberg Florulae Insularum Australium Prodromus (1786) available online at Project Gutenberg Essays on the moral and natural geography, natural history and philosophy (1789–1797) Views of the Lower Rhine, Brabant, Flanders (three volumes, 1791–1794) "Neuholland und die brittische Colonie in Botany-Bay", Allgemeines historisches Taschenbuch: oder Abriss der merkwürdigsten neuen Welt-Begebenheiten für 1787, enthaltend Zusätze zu der für das Jahr 1786 herausgegebenen Geschichte der wichtigsten Staats- und Handelsveränderungen von Ostindien, von M. C. Sprengel, Professor der Geschichte auf der Universität zu Halle, Berlin, bei Haude und Spener, Dezember 1786, Zusatz 7, S.xxxiii-liv; supplement to: Historisch-genealogischer Calender oder Jahrbuch der merkwürdigsten neuen Weltbegebenheiten für 1787. Re-published in Georg Forster’s Kleine Schriften: Ein Beytrag zur Völker- und Länderkunde, Naturgeschichte und Philosophie des Lebens, gesammlet von Georg Forster, Erster Theil, Leipzig, Kummer, 1789, S.233–74.(English translation at: web.mala.bc.ca/Black/AMRC/index.htm?home.htm&2) Letters (posthumous compilation of his correspondence, 1828) Werke in vier Bänden, Gerhard Steiner (editor). Leipzig 1971 Ansichten vom Niederrhein, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1989. ISBN 3–458–32836-X Reise um die Welt, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1983. ISBN 3-458-32457-7 Über die Beziehung der Staatskunst auf das Glück der Menschheit und andere Schriften, Wolfgang Rödel (editor).
Gəlinqaya (Kövsər)
Gəlinqaya (fars. قالين قيه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (30 ailə).
Hacallı (Tərtər)
Hacallı — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Soyulan kəndi Qarabağ düzündədir.