Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rotem Cohen
Rotem Cohen (ivr. ‏רותם כהן‏‎; 30 aprel 1980, Lod, Mərkəz dairəsi) — Latın dilindən ilham alaraq musiqi və ritmlər yaradan İsrail müğənnisi, mahnı müəllifi və bəstəkardır.Cohen, tanınmış sənətçilər üçün bir çox hit yazıb və bəstələyib, 2012-ci ildə Eyal Golanın bəstələdiyi "Zaman başqa" mahnısı ilə "ACUM" mükafatını qazandı. 2015-ci ildə bir sənətçi olaraq bu dəfə "İlin Müğənnisi" mükafatını qazanıb.
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Göyəm
Göyəm (ağac) — Göyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Hotel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Modem
Modem (ing. modem (modulator/demodulator), ru. модем) — informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. Kompüter diskret elektrik siqnalları (yəni ikilik 1 və 0) ilə işlədiyindən, telefon xətləri ilə isə analoq informasiya (gərginlik səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə, rəqəm-analoq və əksinə çevirmələri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir), qəbuletmədə isə informasiyanı daşıyıcıdan "çıxardır" (demodulyasiya edir) və onu rəqəmsal formada kompüterə ötürür. Modemlər verilənləri adi telefon kanalları ilə 300 bod’dan 56000 bod’adək sürətlə, ayrılmış kanallarda isə 19200 bod sürətilə ötürür. Daha yüksək sürətli verilişlər də mümkündür, ancaq bu telefon xətlərinin xarakteristikası ilə məhdudlaşır. Mürəkkəb modemlərin veriliş və qəbuletmədən əlavə funksiyaları da olur, məsələn, avtomatik nömrə yığımı, cavab və təkrar yığım; lakin uyğun kommunikasiya proqram təminatı olmadan modemlər hər hansı faydalı iş görə bilmir. Modem (Modulator Demodulator sözlərindən əmələ gəlib) yaxud çevirgə, kabel və ya telefon xətti vasitəsilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər.
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.
Tatev
Tatev — Ermənistanın Sünik mərzinin Tatev bələdiyyəsində kənd. Tarixən Çar Rusiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, sovet dövründə isə Ermənistan SSR-in Gorus rayonunun tərkibində olub.
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Törəmə
Törəmə — funksiyanın hər hansı verilmiş bir nöqtədə dəyişmə sürətini göstərir. y=f(x) funksiyası hər hansı a nöqtəsində kəsilməzdirsə, arqumentin sonsuz kiçilən artımına funksiyanın da sonsuz kiçilən artımı uyğun olur ki, bu təklifin əksi də doğrudur. Yəni arqumentin a nöqtəsindəki sonsuz kiçilən artımına funksiyanın da bu nöqtədə sonsuz kiçilən artımı uyğundursa, funksiya bu nöqtədə kəsilməzdir. Arqument artımı sifra yaxınlaşdıqda funksiya artımının arqument artımına nisbətinin limiti varsa, bu limitə f(x) funksiyasının a nöqtəsində törəməsi deyilir. Əgər Δ x {\displaystyle \Delta x} →0 şərtində Δ y Δ x = f ( x + Δ x ) − f ( x ) ( Δ x ) {\displaystyle {\frac {\Delta y}{\Delta x}}={\frac {f(x+\Delta x)-f(x)}{(\Delta x)}}} nisbətinin sonlu limiti varsa, onda həmin limitə y=f(x) funksiyasının x nöqtəsində törəməsi deyilir. Verilmiş x nöqtəsində törəməsi olan funksiyaya həmin nöqtədə diferensiallanan funksiya deyilir. (a, b) intervalının hər bir nöqtəsində törəməsi olan funksiya həmin intervalda diferensiallanan funksiya adlanır. Funksiyanın törəməsini tapmaq əməlinə həmin funksiyanın diferensiallanması deyilir. Eksponensial və alqoritmik funksiyalar: d d x e x = e x . {\displaystyle {\frac {d}{dx}}e^{x}=e^{x}.} d d x a x = ln ⁡ ( a ) a x .
Təteş
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
Dönəm
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Tomex
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Tatea
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Epaltes tatei
Haegiela (lat. Haegiela) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Haegiela tatei (F.Muell.) P.S.Short & Paul G.Wilson Sinonim Epaltes tatei F.Muell.
Erigerodes tatei
Haegiela (lat. Haegiela) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Haegiela tatei (F.Muell.) P.S.Short & Paul G.Wilson Sinonim Epaltes tatei F.Muell.
Hotel Castelar
Hotel Castelar — Argentinanın Buenos-Ayres mərkəzinin Montserrat bölgəsinin May prospektinin şimal-qərbi ilə 9 de Julio prospektinin kəsişməsində yerləşən hoteldir. Exselsior Mehmanxanası kimi 1928-ci ildə açılmışdır. Bina İtalyan memarı Mario Palanti tərəfindən hazırlanıb və yerli mühəndis Yos Pinzone tərəfindən tikilib. İspan şairi və dramaturqu Federiko Qarsa Lorka 1933-cü ilin oktyabrından 1934-cü ilin martına qədər burada qalmışdır. Onun əsəri Bodas de Sangre prospektin yaxınlığındakı Avenida Teatrında nümayiş olunmuşdur;Onun keçmiş otağı muzey kimi qorunub saxlanılıb. Bu yaxınlarda — 6 oktybar 2000-ci ildə hotelin vitse-prezidenti Karlos Alvarez istefa verdikdən sonra Argentinanın prezidenti Fernando de la Rua tərəfindən hotelə yardım mərhələsi başlanmışdır.
Hotel Dili
Hotel Dili — 1933-cü ildə yaradılmış, Şərqi Timorun Dili şəhərində yerləşən sahil mehmanxanasıdır. Otel 1971-ci ildə avstraliyalı Frank Favaro (1935–2000) satın alınmışdır. 1975-cı ildə Favaro döyüş zamanı oteldə altı avstraliyalı ilə birlikdə gizlənmişdilər. Hərçənd onlar ardıcıl olaraq evakuasiya etmək təklifindən imtina etmişdilər. Mehmanxana hücum ilə əlaqədar olaraq mühasirəyə düşmüşdür. Ceym Nikols oteli "axmaq" adlandırmış və Şərqi Timorun "Fawlty Towers"-ni ucaltmışdır.
Hugo Hotel
Hugo Hotel — San-Fransiskonun South of Market bölgəsində yerləşən və 26 ildir ki, möhtəkirlər tərəfindən vakant kimi verilən, Brayn Qoqqin tərəfindən Defenestration of Furniture incəsənət qurğusunun yerləşdiyi, 1997-ci ildə inşa edilən hoteldir. Otel Teo V. Lenzen tərəfindən hazırlanmışdır və 200–214 Altıncı Küçədə yerləşir. 2009-cu ildə bina ekspropriasiya vasitəsilə San-Fransisko Şəhər və Qraflıq tərəfindən satın alınmışdır. Otel təmir məqsədilə 2015-ci ildə dağıdıldı. Tikintinin 2017-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulub.
Koit Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur. == Musiqi karyerası == Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Köhnə Kotam
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. == Tarixi == Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.