SARUXAN

baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).
SARRAC
SARVAN
OBASTAN VİKİ
Saruxan bəy
Saruxan bəy (XIII əsr – 1346) — Qərbi Anaodoluda mərkəzi Manisa olan Saruxanoğulları bəyliyinin qurucusu, xarəzmli türkman bəyidir. Atası Albaqu bəy, onun atası da Saruxandır. Bilinən qardaşları Çoğa bəy və Əli paşadır. Saruxan bəyin Səlcuqluların uc bəylərindən və ya tabeliyindəki şəxslərdən biri olduğu düşünülür. Manisanı 3 illik mühasirədən sonra Bizanslılardan almışdır. Manisadakı Saruxan Baba Türbəsi olaraq da bilinən Saruxan bəy türbəsində dəfn olunmuşdur. Dəqiq doğum tarixi bilinmir. 1300-cü ildə anadan olduğu təxmin edilir. 1345-1346-cı illərdə vəfat etmişdir. Bu proses barədə mənbələrdə yetəri qədər məlumat yoxdur.