Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur. Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır. Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib. Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Senecio tonii
Senecio tonii (lat. Senecio tonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tonni Marinqqi
Tonni Marincci (10 iyun 1959 — 15 sentyabr 2019) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. Tonni Marincci İndoneziyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Toni Bennet
Toni Bennet (ing. Tony Bennett, doğum adı Entoni Dominik Benedetto, ing. Anthony Dominick Benedetto; 3 avqust 1926[…], Kuins, Nyu-York ştatı, ABŞ – 21 iyul 2023, Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ populyar musiqi və caz müğənnisi. Bennet Nyu-Yorkda böyümüş, gənc yaşlarından mahnı oxumağa başlamışdır. İkinci dünya müharibəsinin sonlarına yaxın Avropadakı döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra öz ifaçılıq texnikasını inkişaf etdirmiş, "Columbia Records" səsyazma studiyası ilə əməkdaşlığa başlamış və 1951-ci ildə özünün ilk bir nömrəli hiti olan "Because of You" mahnısını yazdırmışdır. "Rags to Riches" kimi bəzi məşhur mahnıları 1950-lərin əvvəllərinə təsadüf edir. Daha sonra o, caz stilində mahnıları da ifa etməyə başladı. 1950-lərin sonunda "The Beat of My Heart" və "Basie Swings, Bennett Sings" albomları ilə Toni Bennet öz sənət fəaliyyətinin zirvəsinə çatdı. 1962-ci ildə o, özünün ən məşhur mahnılarından olan "I Left My Heart in San Francisco" mahnısını yazdırdı.
Toni Bleyer
Entoni Çarlz Linton Bleyr (ing. Tony Blair, tam adı Entoni Çarlz Linton Bleyr, ing. Anthony Charles Lynton Blair; 6 may 1953-cü il, Edinburq, Böyük Britaniya — Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri, Böyük Britaniyanın (1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri. Britaniya leyboristləri tarixində ən çox partiya liderliyində qalmış şəxs. XX əsrdə ancaq Bler və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.
Toni Bleyr
Entoni Çarlz Linton Bleyr (ing. Tony Blair, tam adı Entoni Çarlz Linton Bleyr, ing. Anthony Charles Lynton Blair; 6 may 1953-cü il, Edinburq, Böyük Britaniya — Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri, Böyük Britaniyanın (1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri. Britaniya leyboristləri tarixində ən çox partiya liderliyində qalmış şəxs. XX əsrdə ancaq Bler və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.
Toni Brubeyker
Toni Brubeyker (ing. Tony Brubaker) - ABŞ aktyorudur. Toni Brubeukerin boyu 1.93 m-dir.
Toni Caa
Toni Caa (ingiliscə:Tony Jaa, 5 fevral 1976) — Tayland döyüş sənətləri ustası, aktyoru, rejissoru və kaskadyorudur. Toni Caa (əsl adı Panom Yeerum) 5 fevral 1976-cı ildə Taylandın Surin şəhərində doğulub. Kuy nəslindəndir və Tay, Şimali Xmer və Kuy dilində danışa bilir. 11–12 yaşı olanda atası evlərinə televizor alır, ancaq televizorda Brüs Li , Cet Li və Ceki Çanın filmlərinə baxır və bu aktyorlara olan simpatiyası ona döyüş üzrə aktyor olmağa həvəsləndirir. Onlar ona o qədər ilham vermişdi ki, ev işləri edərkən və ya dostları ilə oynayarkən, atasının düyü çəltikində məşq edərək gördüyü hərəkətləri təqlid edərdi. 2004-cü ildə verdiyi bir müsahibədə Caa belə demişdi: "Onların etdikləri (Ceki Çan, Brüs Li, Cet li) o qədər gözəl idi ki, mən belə etmək istədim. Gördüyüm hərəkətləri tam olaraq edənə qədər məşq etdim". 1986-cı ildə "Born to figh" (azərbaycanca:Döyüş üçün doğulmaq) filminə baxaraq daha da həvəslənir və öz qarşısına döyüş üzrə film kino ulduzu olmağı qoyur. Universitetdə oxuyarkən Taekvondo və Cüdo ilə məşğul olur. Bundan sonra Panom öz sənəti olan Muay Tay sənətini öyrənir.
Toni Fadel
Toni Fadel (ing. Anthony Michael "Tony" Fadell; d. 7 noyabr 1969, Detroyt, Miçiqan, ABŞ) — Livan əsilli amerikalı ixtiraçı; musiqi sənayesində inqilab kimi dəyərləndirilən əfsanəvi "iPod" pleyerinin yaradıcısı kimi məşhurlaşıb; həmçinin "ağıllı" termostatın istehsalçısı olaraq tanınır. Toni Fadel 7 noyabr 1969-cu ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində anadan olmuşdur. Toni Fadel kompüter elmlərinə xüsusi maraq göstərib. Yeniyetmə vaxtı proqramlaşdırma üzrə məktəb kursunu bitirir və "Apple II" ilk kompüterini alır. O, müsahibələrinin birində öz həyatından danışaraq deyir: "Mən 1987-ci ildə Miçiqan Universitetinin kompüter texnikası fakültəsinə daxil oldum. Amma bu məşğuliyyət mənim kompüterə olan marağımı təmin etmirdi. Buna görə də mən maarifləndirici proqram təminatı və "Apple IIgs" kompüteri üçün prosessorların hazırlanması ilə məşğul olan şirkətin əsasını qoydum". Fadel sonra əlavə edir: "1991-ci ildə universitetdən ayrıldım, öz xəyallarımı gerçəkləşdirmək üçün Silikon Vadisinə yola düşdüm.
Toni Kosta
Enton Çarlz “Toni” Kosta (ing. Antone Charles "Tony" Costa; 2 avqust 1944, ABŞ, Massaçusets, Uolpol – 12 may 1974, ABŞ, Massaçusets, Kembric) – 1969-cu ildə Truro şəhərində və ətrafında silsilə qətllər törətməklə məşhurlaşan amerikalı bir dülgər. Rayon prokuroru Edmund Dinisin mediaya verdiyi şərhdə “Hər qızın ürəkləri bədənlərindən çıxarılıb və qəbirlərində deyildi...” iddiası beynəlxalq diqqəti cəlb etdi. Dinis, həmçinin bədənlərdə diş izlərinin tapıldığını iddia etdi. Bu iddialar yerli və beynəlxalq KİV-lərin Massaçusets ştatı, yerli Provinstauna axın etməsinə səbəb oldu. Kosta yeddi qadını öldürməkdə şübhəli bilinirdi: Bonni Vilyams, Barbarı Spoldinq, Sidni Monson, Suzen Perri, Patrisiya Uolş və Meri Enn Vısotski. Lakin yalnız iki nəfəri öldürməkdə ittiham olundu: Uolş və Vısoski. 8 fevral 1969-cu ildə Patrisiya Uolş və Meri Enn Vısotskinin cəsədlərini axtararkən polis Suzan Perrini tapır. Perri əvvəlki əmək günündən bəri itkin düşmüşdü. Perrinin cəsədi səkkiz hissəyə bölünmüşdü.
Toni Ramos
Toni Ramos (port. Tony Ramos); 25 avqust 1948) — Braziliyalı aktyor. 1968 - O Pequeno Mundo de Marcos... Tony 1971 - Diabólicos Herdeiros 1976 - Ninguém Segura Essas Mulheres... Gugu 1984 - Noites do Sertão... Miguel 1987 - Leila Diniz... sr. Diniz 1989 - Minas-Texas 1997 - O Noviço Rebelde... Dr. Filipe 1997 - Pequeno Dicionário Amoroso...
Toni mükafatı
Toni mükafatı (ing. Tony Award) — Amerika teatrı, o cümlədən müzikl sahəsindəki nailiyyətlərə görə hər il verilən mükafatın məşhur adı (əsasən Nyu-Yorkda, Brodvey teatrında çoxsaylı tamaşalar). Mükafatın tam rəsmi adı “Antoinette Perry Award for Excellence in Theatre”. Mükafat öz adını amerikalı aktrisa və rejissor Antuanetta Perrinin (1888—1946) şərəfinə alıb. Mükafat əyləncə və jurnalistika sənayesində təxminən 700 nəfərdən ibarət icma tərəfindən təltif olunur. Toni mükafatı 1947-ci ildə təsis edilib və kinoda Oskar, musiqidə Qremmi və televiziyada Emmi mükafatlarının teatr ekvivalenti hesab olunur . Hazırda mükafat 26 əsas və 4 xüsusi kateqoriya üzrə təltof edilir. 73-cü Toni mükafatını 9 iyun 2019-cu ildə baş tutdu. 74-cü mükafatlandırma mərasiminin 7 iyun 2020-ci ildə keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası ilə əlaqədar karantin səbəbindən tədbir qeyri-müəyyən müddətə təxirə salındı. Namizədlər oktyabrın 15-də elan edilmişdi, baxmayaraq ki, elan əvvəlcə aprelin 28-nə təyin edilmişdi .
Toni Mur
Toni Mur (ing. Tony Moore; 20 dekabr 1978, Leksinqton, Kentukki) — amerikalı komiks rəssamı. O, qorxu və elmi fantastika kimi müxtəlif janrlarda gördüyü işləri ilə tanınır. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Fear Agent", "The Exterminators" və "Gəzən Ölülər"in ilk altı sayıdır. Toni Mur həm də "Invincible" komiksindəki Brit adlı personajın yaradılmasına kömək etmişdir. Toni komiks yazıçısı Robert Kirkman ilə uşaqlıqdan dostdur.