Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tansen (Fransa)
Tansen (fr. Tencin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38501. Kommunanın 2012-ci il üçün əhalisi 1622 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Fransua-Deni Tronşe
Fransua-Deni Tronşe (fr. François-Denis Tronchet; 23 mart 1726, Paris – 10 mart 1806, Paris) — fransız hüquqşünası.
Fransua
Fransua — ad. Fransua Araqo — fransız astronom və fizik, siyasi xadim. Fransua Fiyon — fransız dövlət və siyasi xadimi. Fransua de Larderel — fransız mühəndisi və sahibkar.
Franşes
Franşes (fr. Franchesse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03117. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 284 nəfər arasında (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,4%, 1999-cu ildə 63,6%). Fəal olan 197 nəfərdən 173 nəfər (100 kişi və 73 qadın), 24 nəfər işsiz (10 kişi və 14 qadın) idi. Aktiv olmayan 87 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Grangea
Grangea (lat. Grangea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Grangea anthemoides O.Hoffm. Grangea ceruanoides Cass. Grangea gossypina (Baker) Fayed Grangea jeffreyana Fayed Grangea lyrata (DC.) Fayed Grangea madagascariensis Vatke Grangea maderaspatana (L.) Desf.
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Transept
Transept bazilikanın planını şaquli olaraq kəsərək, kilsə ərazisini xaç şəklində vurğulayan çarpaz nefdir
Transgaz
Transgaz (rum. Societatea Națională de Transport de Gaze Naturale Transgaz S.A. Mediaș) — Rumıniyada təbii qazın istehsalı, emalı və nəqli üzrə dövlət şirkəti. 334 saylı qeydiyyat şəhadətnaməsi Rumıniya Hökuməti tərəfindən 28 aprel 2000-ci ildə verilmişdir. Romgaz şirkətinin törəməsidir. Şirkət tərəfindən nəql olunan təbii qazın həcmi 30 milyard m³, boru kəmərlərinin ümumi uzunluğu 13 min km təşkil edir. Transgaz Nabukko qaz kəməri layihəsində tərəfdaşdır. Şirkətin əsas fəaliyyəti qaz nəqliyyatı, təbii qaz istehsalı sahəsində tədqiqat və hasilat: xüsusilə xüsusi tranzit boru kəmərlərinin və əlaqəli texnoloji qurğuların monitorinqi, istismarı və texniki xidmətləri özündə birləşdirir. Bu borular Rusiya və Rumıniyadan təbii qazın Dobruca vasitəsilə Balkan yarımadasına tranzitlə nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Gücü ildə 30 milyard kubmetr qaz təşkil edir və beynəlxalq tranzit (54 bar) istisna olmaqla, diametri 50 ilə 1200 mm, təzyiqi 6 ilə 35 bar olan ümumi uzunluğu 13 min km olan boru kəmərləri ilə təmin edilir. Transgazın səhmdarları Rumıniya İqtisadiyyat Nazirliyi (58.51%), hüquqi şəxslər (30.73% - məsələn, Fondul Proprietatea) və fərdi şəxslərdir (10.76%).
Bransa
Bransa (fr. Bransat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03038. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 513 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə 343 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.5%). Fəal olan 253 nəfərdən 223 nəfəri (114 kişi və 109 qadın), 30 nəfəri işsiz (21 kişi və 9 qadın) idi.
Fransa
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Fransua Araqo
Fransua Dominik Araqo (26 fevral 1786[…], Estajel[d] – 2 oktyabr 1853[…], Paris) — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U.Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830-1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. == Həyatı == Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Fransua Delsart
Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi. == Həyatı == 1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar. == Fəaliyyəti == İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyor və rejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır. Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir.
Fransua Dyuvalye
Fransua Dyuvalye (ləqəbi Papa Doc, 14 aprel 1907[…], Port-o-Prins – 21 aprel 1971[…], Port-o-Prins) — Haiti Respublikasının 1957–1971-ci illərdə idarə edən Prezident == Həyatı == Fransua Dyuvalye 1907-ci ildə Haitidə, Portau Prins şəhərində anadan olub.1934-cü ildə Haiti Ali Tibb məktəbini bitirib. 1943-ci ildə kənd orta məktəbində həkim işləyib.
Fransua Enqler
Fransua Baron Enqler (6 noyabr, 1932, Brüssel) Nobel mükafatı (2013-cü ildə Piter Hiqqs ilə birlikdə) almış fizikdir. Enqler, Kaliforniyadakı "Çepmen Universiteti"ndə "Kvant İşləri İnstitu"nun da üzvüdür. Statistika fizikası sahəsində bir çox əməkləri vardır. Fransua Enqlerə 2013-cü ildə "Hiqqs Mexanizmi" kəşfinə görə Piter Hiqqslə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Fransua Fenelon
Fransua Fenelon (6 avqust 1651[…] – 7 yanvar 1715[…], Kambre)— fransız yazıçısı, filosofu. == Həyatı == XVII əsrin sonlarının mühüm sənətkarlarından biri Fransua de Salinyak de Lamot Fenelondur /1651–1715/. Yoxsullaşmış zadəgan ailəsində anadan olan Fenelon XIV Lüdovikin nəvəsi və taxtın varisinin tərbiyəçisi olmuşdur. "Qızların tərbiyəsi haqqında" adlı ilk traktatında Fenelon pedaqogikanın incəliklərini anlayan azad fikirli bir ziyalı kimi çıxış edir. Madam de Mentenon tərəfindən açılan Sen-Sir pansionunun tərbiyə sistemi bu traktat əsasında qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir pansionu nümunə götürülmüşdür. 1689-cu ildən Bossüenin vasitəçiliyi ilə kralın varisinin tərbiyəçisi olur, altı il bu vəzifədə çalışaraq pedaqoji məqsədlər izləyən əsərlər yaradır, ləyaqətli kral yetişdirməyə çalışır, dövləti idarə işinin ideal prinsiplərini irəli sürür. Təmsillərində Fenelon ehtiyatla davranır. "Ölülərin dialoqları" əsərində isə dövləti idarə prinsipləri haqqında düşüncələrini əks etdirir. Fenelon maraqlı və incə formada krallara siyasət dərsi öyrədir. Yazıçının fikrincə, "Kim ki, hökmdarlıq edir, dövlətin qanunlarına hamıdan daha artıq tabe olmalıdır, qanunların xaricində onun şəxsiyyətinin heç bir qiyməti yoxdur… Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən özüməm" fikrinin büsbütün əksi idi.
Fransua Fiyon
Fransua Şarl Arman Fiyon (fr. François Charles Armand Fillon); d. 4 mart 1954-cü il, Le-Man, Sarta) — fransız dövlət və siyasi xadimi. Respublikaçılar partiyasının üzvüdür. 17 may 2007-ci ildən 10 may 2012-ci ilədək Fransanın Baş Naziri olub (prezident Nikolya Sarkozinin dövründə). Hal-hazırda Fransa Milli Məclisinin deputatıdır (17 iyun 2012-ci ildə ikinci Paris seçki dairəsindən seçilib).
Fransua Gizo
Fransua Pyer Giyom Gizo (fr. François Pierre Guillaume Guizot, 4 oktyabr 1787[…], Nim[d] – 12 sentyabr 1874[…]) — fransız tarixçisi, tənqidçi, siyasi və dövlət xadimi. == Siyasi fəaliyyəti == === 1848-ci inqilabı ərəfəsindəki fəaliyyəti === 1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. 1840-cı ildən 1848-ci ilədək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. 1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı. Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi.
Fransua Kene
Fransua Kene (fr. François Quesnay; 4 iyun 1694[…] – 16 dekabr 1774[…], Versal, Fransa krallığı) — Fransız iqtisadçı və fiziokratiya məktəbinin fiziki. == Həyatı == Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində anadan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci illərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarifçilər ciddi tənqid edirdilər.
Fransua Kuperen
Fransua Kuperen (fr. François Couperin; 10 noyabr 1668[…], Paris – 11 sentyabr 1733[…], Paris) — Fransalı bəstakar.
Fransua Meninski
Fransua Menien (fr. François Mesgnien; 1620, 1623[…] və ya 1632, Lotaringiya hersoqluğu[d] – 1698[…], Vyana) — Fransız şərqşünası. == Həyatı == Fransua Menien 1623-ci ildə Lotaringiyada anadan olmuş, 1698-ci ildə Vyanada vəfat etmişdir. Mesnien ilk əvvəl təhsilini Romada almış və 1652-ci ildə Polşanın İstanbuldaki səfirliyinə qoşulmuşdur. Burada o özünü türk dilinin öyrənilməsinə həsr etmişdir. O, öncədən ali tərcüməçi, sonra isə Konstantinopolda Polşanın səfiri olmuşdur və ona zadəganlıq bəxş ediləndən sonra Meninski (fransız Mesgnien adının polyaklaşdırılmış şəkli) adını qəbul etdi. Daha sonra Avstriya xidmətinə keçdi. 1669-cu ildəki Qüdsə gedişindən sonra, 1671-ci ildə Vyanaya yola düşüb, orada Şərq dillərin baş dilmanc vəzifəsinə təyin olunmuşdur. Bu vəzifəni ölümünədək tutmuşdur. Əsas əsəri Tesaurus linguarum orientalium, turcicea, arabic, persicæ (latınca: Türk, ərəb, fars və s.
Fransua Mitteran
Fransua Mitteran (fr. François Mitterrand; 26 oktyabr 1916[…] – 8 yanvar 1996[…], VII arondisman və ya Paris) — 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti. == Həyatı == Fransua Mitteran zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant rütbəsində İkinci dünya müharibəsində döyüşlərdə yaralanaraq almanlara əsir düşmüşdür. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışmış, yalnız üçüncü dəfədən həbsdən uğurla qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli Milli hərəkatına rəhbərlik etmişdi. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olmuşdu. Dördüncü republika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981–1995-ci illərdə Fransa prezidenti olmuşdur.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Grangea lanceolata