Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. == Dizaynı == Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi. Digər Rəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Treti adası
Treti adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Ada Şelixov körfəzində qərarlaşır. Uzunluğu 8 km, eni isə 3,7 km təşkil edir. Şimal-şərqində Melkovodnı körfəzi yerləşir. Ada şimal istiqamətdən materiklə 3,2 km məsafədə yerləşir. Onun 2,3 km yaxınlığında uzunluğu 700, eni isə 400 metr olan ada vardır.
Trevi fəvvarəsi
Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir. Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır. == Məzmunu == Poli sarayının (it. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat.
Rəfi (İran)
Rəfi — İranın Xuzistan ostanının Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,810 nəfər və 631 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Rəfi ibn Leys
Rəfi ibn Leys (VIII əsr – IX əsr) — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. == Həyatı == Rəfi ibn Leys Əməvilər dövlətinin Xorasan valisinin törəməsi idi. Böyük mülkədar idi və Soqdianada yaşayırdı. O, Abbasilərə qarşı üsyan başlatdı və bu qiyam 4 il sürdü. Orta Asiyanın böyük şəhərlərini, Səmərqəndi, Buxaranı, Şaşı və digər yaşayış məskənlərini əhatə etdi. Xəlifə Harun ər-Rəşid (786–808) Rəfi ibn Leysin Xorasandakı üsyanını yatırmaq üçün hazırladığı səfərdə Qəzvin xalqı ilə də görüşərək onların deyləmilərlə olan mübarizələrindən qaynaqlı dilə gətirdikləri sıxıntılar qarşısında şəhər üzərindəki vergi miqdarında endirim etdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar.
Sərdar Rəfi Yanehsari
Sərdar Rəfi Yanehsari (1856-1930) – Astrabadın, Qorqanın valisi. == Həyatı == Məhəmmədbağır xan ibn Lütfəli xan bin Məhəmmədbağır xan bin Mehdi xan bin Məhəmmədtağı xan bin Kərbalayı Məhəmmədqulu xan bin Sadıq sultan Qorqanın, Həzarcəribin maliklərindən, sahibmənsəblərindən idi. Əsliyyəti Firuzkuhdan Həzarcəribə gəlmədirlər. Məhəmmədbağır xan Sərdar Rəfi Yanehsari kimi tanınırdı. Siyasətçi idi. Orduda xidmət etmişdi. O, Məhəmmədəli şah Qacarın dövründə Qorqanın, Şahrudun və Bəstamın hakimi, iki dəfə isə Asrtabadın hakiminin müavini olmuşdu. Sərdar Rəfi ulu babası Sadıq sultan Ağaməhəmməd şah Qovanlı-Qacarın müasiri idi. Sərdar Rəfi Yanehsari 1930-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Gecə yarısının özgə tərəfi
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — Sidni Şeldonun 1973-cü ildə yazdığı romandır.
Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. == Metodu == Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.
Gecə yarısının özgə tərəfi (film, 1977)
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — 1977-ci ildə çəkilmiş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Gecə yarısının özgə tərəfi — Internet Movie Database saytında.
Transformerlər 3: Ayın qaranlıq tərəfi (film, 2011)
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. == Məzmun == 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Creşi
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Preri
Preri (fr. prairie "çəmən" "çəmənlik") — Şimali Amerikada çöl zonası, Orta Qərbdə, Amerika Birləşmiş Ştatlarında və Kanadada vegetasiya zonası. Cənubi Amerikada pampas, Avrasiyada çöl olduğu kimi preri də mülayim çöl bölgələrinə aiddir. Böyük Düzənliklərin şərq hissəsini əhatə edir. Ağacların və kolların qıtlığı burada olan məhdud vegetasiyanın göstəricisidir. Bunun səbəbi qitə daxili yerləşmə və qərbdən yağıntıların qabağını kəsən Qayalı dağlardır. Hal-hazırda preri böyük, süni şəkildə az sulanmış bir ərazidi, hansıki kənd təsərrüfatının məqsədləri üçün istifadə olunur. Bu torpağlarda buğda, qarğıdalı və digər aqrar mədəniyyətlər becərilir. Preri ABŞ-nin Şimali Dakota, Cənubi Dakota, Nebraska, Kanzas, Oklahoma, Montana, Vayominq, Nyu Meksiko, Texas, Missuri, Ayova, İllinoys, Ohayo, İndiana, Viskonsin, Minnesota ştatlarında daha çox yayılıb. Kaliforniyada olan Mərkəzi Vadi həmçinin preri sayılır.
Qremi
Kaxetiya çarlığı — Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Tayfı
Tayfı — Azərbaycanda xalq seleksiyası yolu ilə alınmış şərab üzümü sortu. Azərbaycanda, xüsusilə Naxçıvanda ağ və çəhrayı tayfı sortları becərilir. Tənəyi güçlü boy atır, çiçəyi ikicinsiyyətlidir. Vegetasiya dövrü 167 gündür. Tam yetişmiş gilələri ağ və çəhrayı rəngdə olur. Şirəsində 18,1% şəkər, 6,6 q/l turşu var. Hər hektardan 150—200 sentinerədək məhsul yığılır. Oktyabrın əvvəllərində yetişir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Timfi
Timfi (yun. Τύμφη) — Yunanıstanda dağ. Dağ ölkənin şimal-qərbində yerləşir. Yanina prefekturasında yerləşən dağ Yunanıstanın hündürlüyünə görə altıncı dağıdır. Dağ üç pikdən ibarətdir: ən yüksək olan Qamila (Γκαμήλα). Hündürlüyü 2497 metrdir. İkinci zirvə Quradır (Γκούρα) - 2467 metr. Üçüncü zirvə isə Astrakadır (Αστράκα)- 2432 metr. Timfi dağı şərqdən qərbə doğru 20-25 km məsafədə uzanır. Eni isə 15 km-dir.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Ərəşi
Ərəşi — təxəllüs.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Anna Qreki
Anna Qreki (14 mart 1931, Batna (şəhər) – 6 yanvar 1966, Əlcəzair) — Əlcəzair yazıçısı. == Həyatı == Əlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.
Bavariya kremi
Bavariya kremi — un və qarğıdalı nişastası ilə birlikdə jelatindən və ya balıq yapışqanından istifadə olunmaqla və çox vaxt likör əlavə edilən desert. == Haqqında == Bavariya kremi xörəklər siyahısına daxildir, məşhur fransız aşpaz və kulinarı Mari Antuan Karem hazırlamışdır ki, buna görə də bəzən xörəyin yaradıcısının adı ilə adlanır. İlk dəfə Bavariyada ali mətbəxin bir hissəsi kimi meydana çıxmışdır. XIX əsrin sonlarında Amerikada geniş yayılmışdır. Bavariya kremi çox vaxt meyvə sousu, moruq və ya ərik püresi ilə bir yerdə, qaymaq və Ponçik üçün içlikdən istifadə olunmaqla təqdim edilir. == İstinadlar == == Həmçinin bax == Krem bryule Katalon kremi == Xarici keçidlər == Bayrisch Creme mit Kirschragout (PDF; 90 kB) www.swr.de.
Bredi Ellison
Bredi Ellison (27 oktyabr 1988, Qlendeyl, Arizona, Amerika Birləşmiş Ştatları) — Amerika Birləşmiş Ştatlarını təmsil edən oxatan. Bredi Ellison 2012-ci ildə London Olimpiadasında bir gümüş, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında isə bir gümüş və bir bürünc medal qazanıb. Bredi Ellison həmçinin 2013-cü ildə Dünya çempionu olub. == Karyerası == Bredi Ellison karyerasında birinci ciddi uğurunu 2007-ci ildə Pan Amerikan Oyunlarında qazandı. O, Braziliyada keçirilən yarışlarda qızıl medal qazandı. Bredi Ellison karyerasında birinci dəfə Olimpiya Oyunlarına isə 2008-ci ildə qatıldı. Fərdi yarışlarda o, 1/16 final mərhələsində Kanada idmançısa məğlub olaraq mübarizəni medalsız başa vurdu. Bredi Ellison birinci ciddi zəfərini isə 2011-ci ildə Dünya Çempionatında qazandı. İtaliyanın Turin şəhərində baş tutan yarışlarda Bredi Ellison bürünc medal qazandı. Növbəti, 2012-ci il isə Bredi Ellison daha uğurlu oldu.
Chelaseius freni
Chelaseius freni (lat. Chelaseius freni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.