Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür. Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.
Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Dövlət siyasəti == Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir. Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur. Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosovoda turizm
Kosovo Respubliksında turizm — Avropanın cənub-şərqində, Balkan yarımadasında, tarixi Kosovo vilayətində yerləşən, qisməm tanınmış dövlət. Serbiya kostutsiyasına görə Kosovo Respublikası onun tərkibinə daxil olan Kosovo və Mestixiya adlı muxtar vilayətdir. Amma Serbiyanın Kososovada hec bir hakimiyyəti yoxdur. Kosovoya gedən beynəlxalq turistlərin əksəriyyəti Albaniya, Almaniya, İtaliya, ABŞ, Böyük Britaniya, Xorvatiya və Avstriyadan gələnlərdir. Turizm hər il ölkəyə gələnlər hesabına artan bir sektordur. Kosovoda turistik sahədə illiryalılar, dardanilər, romalılar, bizanslılar, serblər və osmanlılar dönəminə aid tarixi tikililər, alban mətbəxi, dini ənənələr, adətlər və təbiət mənzələrəri kimi üstünlüklərə sahibdir. Bölgənin bir çox tarixi tikililəri Kosovo müharibəsi zamanı dağıdılmışdır (1998–1999). "New York Times" 2011-ci ildə Kosovonu ziyarət ediləsi 34 ölkə siyahısına daxil etmişdir. Elə həmin ildəcə Kosovo Skyscanner sistemində dünya turizminin inkişafı ilə əlaqədar 40-cı yerə qədər qalXmışdır. == Statistika == Kosovo Respublikası statistika agentliyi ölkəni ziyatət etmiş turistlərin 2008-cildən siyahısını açıqlamışdır.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. == Budapeştdə turizm == Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Monteneqroda turizm
Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir. == Tarixi == 2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər: Budva (692.000 turist) Herseq Novi (229.000) Bar (156.000) Ulsin (125.000) Kotor (56.000) Podqoritsa (53.000) Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Çimərlikləri == Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var. === Ulsin === Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Ornitoloji turizm
Ornitoloji turizm — müxtəlif quş növlərini təbii mühitlərində müşahidə etmək məqsədiylə baş tutan turizm fəaliyyəti. Ekoloji turizmin növlərinə aid olan ornitoloji turizmin inkişafına quşlar haqqındakı sənədli filmlər, teleskop və dürbün kimi avadanlıqların çox baha olmaması, müxtəlif dövlətlərin həvəsləndirici proqramları müsbət təsir göstərir. Ornitoloji turizmdə müşahidə olunan quşlar qəfəsə salına, əhlilləşdirilə, yaxud gəlir əldə etmək məqsədilə quş fermalarında saxlanıla bilməz. Türkiyədə ən çox bu ərazilərdə ornitoloji turizm inkişaf etmişdir: Qızılırmak deltası, Marmara hövzəsi, Meriç hövzəsi, Konya qapalı hövzəsi, Dəclə hövzəsi, Antalya hövzəsi, Burdur qapalı hövzəsi, Yumurtalıq gölü, Manyas quş cənnəti, Şərqi və Qərbi Qaradəniz hövzəsi və s.
Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur. Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Qazaxıstanda turizm
Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 % artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elədə yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır. 2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan.
Qırğızıstanda turizm
Qırğızıstanda turizm — çox zəif inkişaf edir. 2000-ci illərin əvvəllərində orta hesabla hər il əsasən keçmiş Sovet İttifaqı ölkələrindən təxminən 450.000 turist ölkəyə gəlirdi. 2018-ci ildə İngilis beqpekinq cəmiyyəti, ölkənin macəranın sirri olan bir ölkə olduğunu bildirərək Qırğızıstanı dünyanın ən yaxşı beşinci macəra səyahət yeri olaraq təyin etdi. İssık-Kul və Tyan-Şan dağları nisbətən populyar turistik yerlərdir. == Mədəni tarixi == Qırğız mədəniyyəti Monqol ordularının dövründən qalma köçəri ənənələrə əsaslanır. Müasir qırğızlılar əsasən evlərdə və ya binalarda yaşasa da, yaz aylarında yerli insanların bir sürü qoyun, keçi, at və bəzən də yaklar ilə bir yurdda necə yaşadıqlarını müşahidə edə bilərsiniz. Hər ərazidə turistlərə xidmət göstərən bir neçə; daha görünən (və uzaq) olan bəziləri, Narin vilayətindəki, Narın şəhərindən kənarda "daş evi" olan Taş Rabat və İssık-Kul gölünün Karakol şəhəri yaxınlığında Yeddi-Oğuz bölgəsindəki Yeddi-Oğuz ("Yeddi Boğa") vadisində yurd düşərgələri var. == Ekoturizm == Hazırda Qırğızıstanda "ekoloji cəhətdən təmiz" turizmin inkişafı üçün bir sıra işlər görülür. İsveçrənin Helvetas mədəni inkişaf təşkilatı "Şepard həyatı" və "İcma əsalı Turizm" də daxil olmaqla bir neçə belə layihəyə sponsorluq etmişdir. Qırğızıstandakı bir çox turizm şirkəti "eko" nun ölkələrinə gələn bir çox turist üçün çox cəlbedici göründüyünü başa düşür, buna görə də "az təsirli" hadisələri təbliğ etmək üçün heç bir şey etməsələr də, bu sözləri təşkilatlarını izah etmək üçün istifadə edirlər.
Sinqapurda turizm
Sinqapurda turizm — Sinqapur iqtisadiyyatının əsas sahələrindən biridir. 2013-cü ildə Sinqapura 15,6 mil milyon turist gəlmiş. Bu ölkə əhalisinin 3 qatı deməkdir.. 2010-cu ildə turizm ölkə büdcəsinə 18,8 milyard dollar gəlir gətirmişdir. Ölkədə turizm üzrə məsəllərə Sinqapur turizm birliyi nəzarət edir. (STB; çin. 新加坡旅游局). Turizmin inkişafı məqsədilə 1980-ci illərdə ölkənin tarixi və mədəniyyət əhəmiyyətli bölgələrinin (Çaynataun, Kiçik Hindistan) qorunub saxlanılmasına və bərpasına qərar verildi. Sinqapur çayı zibil qalıqlarından təmizləndi, çay ətrafı ərazilər restoran və turistik tikililər üçün satıldı. Ümumən Sinqapur hökuməti 2017-ci il üçün turizmin inkişafına 905 milyon dollar ayrımış.
Tailandda turizm
Tailandin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. == Statistika == 2011-ci ilin statistikasına görə Tailand turizmdə 1-ci yeri tutub.: == Turizm mərkəzi == Tailandı həm də Asiyanın turizm paytaxtı adlandırırlar. Burada turistlərin istər göz yaşı kimi saf suları olan dəniz sahillərində, istərsə də təbiətin yaşıl qoynunda, çay kənarlarında, xüsusi mini-otellərdə (bir neçə nəfərlik, həmçinin ailəliklə) dincəlməsi üçün lazım olan bütün şərait yaradılıb. Ötən əsrin 60-cı illərində Tailandda turizm sürətlə inkişaf etməyə başladı. Ölkənin müxtəlif yerlərində bir-birinin ardınca yüzlərlə istirahət ocaqları, müasir mehmanxanalar inşa edildi. Tailandın ən məşhur kurort əraziləri isə bunlardır: Bankok, Çianq Mae, Pattayya, Pxukat şəhərləri, Samui və Xua-xin adaları. Tailandda istirahət edən turistlər mavi dəniz sahillərində, müalicəvi qum çimərliklərində özlərini olduqca rahat hiss edirlər.
Tibbi turizm
Tibbi turizm — yaşayış bölgəsindən kənarda planlaşdırılan tibbi xidmətlərin göstərilməsini, xaricdə tətilin yüksək ixtisaslı tibbi yardımla birləşdirilməsini ifadə edən bir termin. Tibbi turizm mütləq tibbi xidmətin başqa bir dövlətdə alınmasını nəzərdə tutmur. Məsələn, ABŞ-də xəstələr xərcləri azaltmaq üçün digər dövlətlərə müraciət edə bilər. Tibbi turizm üç qrupa bölünür: daxili, xarici və gələn. Daxili tibbi turizm adətən bir ölkənin vətəndaşlarının tibbi xidmətlər almaq üçün bölgələri arasında hərəkəti adlanır. Xarici tibbi turizm xəstənin öz tibbi ehtiyaclarını ödəmək üçün xaricə getməsi halında tibbi xidmətlərin idxalı hesab olunur. Gələn tibbi turizm tibbi xidmətlərin ixracı, yəni xarici xəstələrə tibbi xidmət göstərilməsi üçün cəlb edilməsidir. == İnkişaf etmiş tibbi turizm ölkələri == Tibbi turizm ABŞ, Kanada və Qərbi Avropa sakinləri arasında çox populyardır. ABŞ-də sığortası ciddi xroniki xəstəliklərin müalicəsini əhatə etməyən insanların sayı 110 milyona yaxınlaşır. Buna görə, bir çox amerikalı xaricdə müalicə almağa üstünlük verir, çünki kardioloji, ortopedik və digər bir çox xəstəliklərin müalicəsi, məsələn, Hindistanda və ya Taylandda, ABŞ-də bənzər müalicənin dəyərinin dörddə biri, bəzən isə onda biri olur.
Turizm bazarı
Bazar - tələbin və təklifin görüş yeridir. Müvafiq olaraq turizm bazarı elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə görüşür. == Turizm bazarı == "Turizm terminlərinin izahlı lüğətində" turizm bazarı anlayışının 3 variantı verilir. Bu gün və sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlakçılar toplumu Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi Dörd əsas elementin (turist tələbi, turizm məhsulunun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi. == Turizm biznesi == Turizm biznesi aşağıdakı qruplara bölünür: fərdi kiçik orta biznes == Turizmin prinsipləri == İstehlakçılar cəmiyyətinin əsas hissəsindəki prioritet Rəqabət mübarizə prinsipinin hökmran olması Turizm maddi bazası üzərində şəxsi əmlak hüququ Həm istehlakçı, həm də müştəri üçün azad seçim hüququ İnsanın gəlirlərinin, əməyin nəticəsindən və əmək bazarındakı vəziyyətdən asılılığı Dövlət tərəfindən fərdi sahibkarlığın, istehlakçıların hüquqlarının hüquqi-normativ qanunvericiliklə dəstəklənməsi və sosial xarakterli fəaliyyətin həyata keçirilməsi. == Turist tələbi == İnsanların mövcud olan qiymətlərlə ala biləcəkləri müəyyən turizm məhsulu və xidmətindən ibarət olan turizm tələbatının alıcılıq qabiliyyəti ilə təsdiq olunması. == Turizmdə təklif == İstirahət və səyahət zamanı turistə lazım olan turizm və onunla əlaqədar xidmətlərin çeşidli toplusudur.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. == Növləri == Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. == Xidmət tədarükçüləri == Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Turizm turları
Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur və turist marşrutları mövcuddur. Turizm formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara ayrılır. == İnklüziv turlar == Tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil edilən turlardır. == Sifarişli (fərdi) turlar == Müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin tərkibi birbaşa satış zamanı formalaşan turlardır. === Xidmətinə görə === Xidmətindən asılı olaraq turlar aşağıdakı turlara bölünür: Tematik (mövzulu) turlar - proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümülü məşğuluğun üstünlük təşkil edtiyi turlar; Kurort-sağlamlıq turları - sağlamlıı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun üstünlük təşkil etdiyi turlar; İdman turlar - idman tədbirlərinin və ya fəal hərəkat üsullarının üstünlük təşkil etdiyi turlar; Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort-sağlamlıq və idman - yürüş turlarının elementlərini birləşdirən turlar. === Mövsümünə görə turlar === İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün turlar aiddir. Mövsümü - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlar Turlar marşrut yolunun quruluşuna görə bölünür: Xətti - bir neçə xidmət məntəqələrinə baş çəkməklə və xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməməsi ilə fərqlənən turlar.
Turizm tələbatı
Məşhur amerika alimi marketoloqu Maslou hesab edir ki, müxtəlif vaxtlarda insanları müxtəlif tələbatlar hərəkətə gətirir. Bu tələbatlar iyerarxiya əhəmiyyətinə görə ən böyüyündən-ən kiçiyinə qədər sıralanır. Fizioloji tələbatlar və özünəqoruma tələbatı Sosial tələbatlar (görüşlər, dostluq) Özünə hörmət tələbatı Özünətəsdiq tələbatı == Turizm tələbatı == Bunlar eyn zamanda turizm tələbatına da aiddir və 5 qrupa bölünürlər6 Təbiət amilləri (istirahətin coğrafi məkanı, iqlim, flora və s.) İstirahət yerinin sosial-iqtisadi inkişaf səviyyəsi (ölkənin dili, iqtisadiyyat və mədəniyyət səviyyəsi) Turizm sənayesinin maddi bazası (nəqliyyat, mehmanxanalar, qidalanma müəssisələri) İstirahət yerinin infrastrukturu (kommunikasiya sistemi, yollar, işıqlandırma və s) Turizm təklifi (qonaqpərvərlik resursları, idman, əyləncə və s.) == Turizm xidmətinin marketinqi == Müştərilərin tələbatının aşkar edilməsi və ona uyğun müəyyən xidmətin göstərilməsi yolu ilə turizm məhsulunun satışının təmin olunması üzrə fəaliyyətdir.
Türkiyədə turizm
Türkiyədə turizm — Türkiyə ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Çimərlik turizmi == 2016-cı ildə Türkiyədə 444 "mavi bayraq" sertifikatına sahib çimərlik qeydə alınmışdır. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Turkey haqqında səyahət məlumatları var.
Türkmənistanda turizm
Türkmənistanda turizm — son illərdə sürətlə inkişaf edən Türkmənistan iqtisadiyyatının əsas sahələrindən biridir. Xaricdən gələn turistlərə viza tətbiq olunur. Yerli əhali ilə ünsiyyət qurmaq, bir sıra obyektlərin fotoşəkillərini çəkmək imkanları əhəmiyyətli dərəcədə məhduddur. == Viza == Hər bir turist Türkmənistana girməzdən əvvəl viza almalıdır. Turist vizası almaq üçün bütün əyalətlərin vətəndaşlarına ev sahibi turist təşkilatının yazılı ərizəsi və ya şəxsi müraciəti lazımdır. Almaniya, İran, ABŞ, Avstraliya, Böyük Britaniya, Belçika, Fransa və İtaliyadan olan turistlər Türkmənistana ən çox maraq göstərirlər. 2012-ci ildə Türkmənistana gələn turist istiqamətindəki üç lider dövlət aşağıdakılardır: İran — 3874 nəfər Almaniya — 1143 nəfər ABŞ — 531 nəfər == Gömrük qaydaları == Yerli valyutanın idxalı və ixracı qadağandır. Türkmənistana gəldikdən sonra xarici valyuta bəyan edilməlidir. Bəyannamədə göstərilən məbləği aşmayan məbləğ çıxara bilərsiniz. Şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların, habelə 200-ə qədər siqaret və ya 200 qrama qədər tütünün (16 yaşdan yuxarı olanlar üçün), 2 litrə qədər hər hansı spirtli içkilərin (21 yaşdan yuxarı insanlar üçün) gömrük idxalına icazə verilir.
Virtual turizm
Virtual turizm — turistlərin olduqları yeri tərk etmədən istənilən yerə (teatr, muzey, otel, kafe, milli park və s.) virtual olaraq səyahət edə bildikləri turizm növü. Texnoloji inkişafın gətirdiyi yeniliklər ilə daha da təkmilləşən virtual turizmin həcmi hər il artmaqdadır. Bu turizm növünün digər turizm növlərindən əsas fərqi ucuz olmasıdır. Belə ki, turistlər virtual səyahət zamanı yol, qida və yerləşmə xərclərindən, təhlükəsizlik qayğılarından və əlavə vaxt sərfindən azad olmuş olurlar. Müxtəlif saytlar və tətbiqlər müxtəlif qiymətlərə, yaxud ödənişsiz olaraq virtual səyahət təklif edir.
Xorvatiyada turizm
Xorvatiyada turizm — turizm Xorvatiya iqtisadiyyatının əsas aparıcı sahələrindən biri. == Ümumi məlumat == Ölkənin əsas turistik bölgərindən biri Adriatik dənizi sahilləridir. Burada Xorvatiyaya məxsus olan çoxlu adalar vardır. Bu adalar yumşaq iqlimi ilə seçilir. Üstəlik uzun qumlu çimərliklərə sahibdirlər. Sahil ərazisi Vindsörfinq, Dayvinq və Yelkənli idman həvəskarları arasında məşhurdur. Dənizdən kənarda isə əsasən Zaqreb, Varajdin kimi şəhərlər özünün borokko stilli tikililəri ilə turistləri özünə cəlb edir. Yeddi obyekt YUNESCO Ümumdünya irsi siyahısına daxildir. Üstəlik 15 obyekt siyahıya namizəddir. Ölkədə 8 milli park və 11 təbiət parkı vardır.
Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. == Çay kruizi == Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. == Tarixi == Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.