Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GTunnel
GTunnel - internet senzuradan yayınmaq üçün istifadə olunan proqramdır. O yerli HTTP və ya SOCKS proksilərini yaradır və bu proksidən istifadə etməklə məlumatları istifadəçilərin kompüterindən GTunnel server fermasına, sonra isə ümumi internetə göndərir. Bu o deməkdir ki, GTunnel veb sessiyaları kodlaşdırır və onu istifadəçilərin ərazisində onlayn kontentin izlənməsinin qarşısını alan filtrasiyadan yayındırır.
Tuncəl Kurtiz
Tuncəl Tayanç Kurtiz (1 fevral 1936, Kocaeli, Türkiyə – 27 sentyabr 2013, İstanbul, Türkiyə) — Türk kino və teatr aktyoru, rejissor, prodüser və ssenarist. Tuncəl Kurtiz türk kino və teatr oyunçusu, rejissor, prodüser, ssenaristdir. Atası Selanik doğulan bir Türk bürokratı, anası Boşnakdır. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra isə filologiya, fəlsəfə, psixologiya və sənət tarixi hissələrində oxudu; ancaq heç birindən məzun olmadı. İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlamış olan sənətçi, kino filmlərində rol aldı. Sürü filmiylə zirvəyə çıxan sənətçinin, təbiətlə iç içə yaşamağı sevdiyi ifadə edilər. 1981 Antaliya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurəddin Sezər ilə birlikdə qələmə aldığı Gül Həsən filminin ssenarisiylə qazanmışdır. 2006-da Hacı, 2007-də Üsyankar adlı TV seriallarında oynadı. 2009-cu ilin başında viziona girən olan Payız Sancısı filmində Kamil Əfəndi xarakterini canlandırmışdır. Eyni il nəşrə başlayan Ezel adlı serialda Ramiz Karaeski obrazını canlandırmış və məşhurluğunu daha da artmışdır.
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır. 2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Tunel (film, 2005)
Film Vüqar Ercanın eyniadlı əsərinin motivləri əsasında çəkilmişdir. Filmin 5 seriyalı "Sevimli xəstə" adlı versiyası var.
Sünnət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Tunceli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tuncəli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tüntül
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir. Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır. Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır. Kənddə mülayim iqlim hakimdir. Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Günel
Günel — Qadın adı.
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir. Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb.
Kohrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kuhrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Lardal tuneli
Lardal tuneli (Norveçcə:Lærdalstunnelen) Norveçin qərbində yerləşir. Lardal tuneli hal-hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.
Luis Bunuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. == Həyatı == Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.
Murovdağ tuneli
Murovdağ tuneli — Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tuneli. Tunel Kəlbəcər rayonu ərazisində, Murovdağ silsiləsinin işərisindən keçir. Murovdağ tuneli strateji əhəmiyyət daşıyır və uzunluğu 11,6 kilometrdır. Tunelinin təməli Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Qotard tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Roki tuneli
Roki tuneli (oset. Ручъы тъунел) — Baş Qafqaz silsiləsində yerləşən Roki aşırınından çəkilmiş avtomobil tuneli. Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirən Transqafqaz avtomagistralınım 93-cü kilometrində yerləşir. Tunelin uzunluğu 3730 metrdir. İstifadəyəyə verildiyi dövrdə SSRİ məkanında ən uzun tunel olmuşdur. Tunel 2 km dəniz səviyyəsindən hündürlükdə yerləşir (şimal giriş — 2040 m, cənub giriş — 2112 m). Tunelin tikilməsini vacib edən şərtlərdən biri dəmir yolu, avtomobillə SSRİ məkanında Cənubi Qafqaza yük daşımaları əsasən Qara dəniz və Xəzər dənizi vastəsi ilə mümkün idi. Yolu qısaltmaq və sərnişin daşımada digər yolların üzərinə düşən yükləri azaltmaq məqsədilə inşa edilmişdir. Bu gün Roki tunelindən transqafqaz avtomagistralı keçir. hazırda Rusiyanı Cənubi Osetiyaya birləşirən əsas xətdir.
Salang tuneli
Salanq tuneli — Əfqanıstanda ölkənin şimal və mərkəz hissəsini birləşdirən tunel. 1964-cü ildə sovet mütəxəssislərinin hazırladığı 2.7 km uzunluqdakı Salanq tuneli coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi. Tarixdə Ginnesin Rekordlar Kitabına düşmüş ən dəhşətli avtomobil qəzası bu tuneldə olub. Tuneldə ilk qəza 23 fevral 1980-ci ildə baş verib. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 əsgərin həyatına son qoyub. 3 noyabr 1982-ci ildə tuneldə 2 hərbi qruplaşma arasında toqquşma baş verib. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak olub. Əfqan Milli Yanğından Mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilib. Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əbdül-Rəşid Dustumun əmri ilə partladılıb.
Salanq tuneli
Salanq tuneli — Əfqanıstanda ölkənin şimal və mərkəz hissəsini birləşdirən tunel. 1964-cü ildə sovet mütəxəssislərinin hazırladığı 2.7 km uzunluqdakı Salanq tuneli coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi. Tarixdə Ginnesin Rekordlar Kitabına düşmüş ən dəhşətli avtomobil qəzası bu tuneldə olub. Tuneldə ilk qəza 23 fevral 1980-ci ildə baş verib. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 əsgərin həyatına son qoyub. 3 noyabr 1982-ci ildə tuneldə 2 hərbi qruplaşma arasında toqquşma baş verib. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak olub. Əfqan Milli Yanğından Mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilib. Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əbdül-Rəşid Dustumun əmri ilə partladılıb.
Saləng tuneli
Salanq tuneli — Əfqanıstanda ölkənin şimal və mərkəz hissəsini birləşdirən tunel. 1964-cü ildə sovet mütəxəssislərinin hazırladığı 2.7 km uzunluqdakı Salanq tuneli coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi. Tarixdə Ginnesin Rekordlar Kitabına düşmüş ən dəhşətli avtomobil qəzası bu tuneldə olub. Tuneldə ilk qəza 23 fevral 1980-ci ildə baş verib. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 əsgərin həyatına son qoyub. 3 noyabr 1982-ci ildə tuneldə 2 hərbi qruplaşma arasında toqquşma baş verib. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak olub. Əfqan Milli Yanğından Mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilib. Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əbdül-Rəşid Dustumun əmri ilə partladılıb.
Seikan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.