Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tutum göstəricisi
Aviahorizont — əvvəllər gyro üfüqi və ya süni,üfüqi olaraq bilinən münasibət göstəricisi (AI), təyyarənin Yerin üfüqünə nisbətən istiqamətini izah edən və ən kiçik oriyentasiya dəyişikliyini dərhal göstərən bir uçuş vasitəsi idi. Miniatür təyyarə və üfüq çubuğu təyyarənin həqiqi üfüqə nisbətini təqlid edir. Bu, meteoroloji şəraitdə uçuş üçün əsas vasitədir. AI-nin zəruri komponentləri, üfüqə nisbətən uçduğu görünən şəkildə quraşdırılmış simvolik bir miniatür təyyarəni əhatə edir. Pilotun görmə xəttini nəzərə almaq üçün bir tənzimləmə sapı, təyyarəni üfüq çubuğuna uyğunlaşdırmaq üçün yuxarı və aşağı hərəkət edir. Alətin üst yarısı göyü təmsil etmək üçün mavi, alt yarısı isə yeri bildirən qəhvəyi rəngdədir. Yuxarıdakı bank indeksi bankın təyyarə bucağını göstərir. Ortadakı istinad sətirləri üfüqə nisbətən yuxarı və ya aşağı səviyyədədir. Rusiya istehsalı təyyarələrin əksəriyyəti bir qədər fərqli dizayna malikdir. Arxa plan displeyi Qərb alətində olduğu kimi rənglidir, ancaq meydançanı göstərmək üçün yuxarı və aşağı hərəkət edir.
Ruhum qarabağlıdır
Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir. Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır. Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır. Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq.
Ruhum qarabağlıdır (film, 2012)
Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir. Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır. Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır. Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq.
Üçbucaqda dörd mühüm nöqtə
Üçbucaq — müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini (üçbucağın təpələri) cüt-cüt birləşdirən 3 parçası (üçbucağın tərəfləri) ilə hüdüdlanmış hissəsinə deyilir. Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur. Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə var: 1) Medianların kəsişmə nöqtəsi; 2) Tənbölənlərin kəsişmə nöqtəsi; 3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi; 4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Güyüm
Güyüm — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Güyüm kəndi Diyallı kəndinin yaxınlığında yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. == Əhalisi == Əhalisi 173 nəfərdir ki onunda 85 nəfəri kişi, 88 nəfəri qadındır.
Hücum
Hücüm - irəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat və ya həmlə. == Digər mənaları == 1 - İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə; 2 - Şahmat, hokkey, futbol və s. oyunlarda xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Nücum
Astrologiya (yun. ἄστρον - "ulduz", "bürc" və yun. λογία - "elm" sözündən) və ya nücum elmi — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır. Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə "ilmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Suxum
Suxumi (abx. Аҟәа, gürc. სოხუმი) və ya Suxum — Gürcüstanın Abxaziya bölgəsinin paytaxtı.
Tauqum
Tauqum (yəni Dağqum)(qaz. Тауқұм / Tauqum) — Mərkəzi Asiyada, Qazaxıstanda yerləşən səhra. Balxaş-Alagöl dərəsində, Balxaş gölü və İli çayının cənubunda qərarlaşır. Səhranın sahəsi 10 000 km² təşkil edir. Uzunluğu 240 km, eni isə 40–60 km arasında dəyişir. Qum dyunlarının hündürlüyü 10—15 metrdir. Səhrada cuzqun, ayrıqotu, saksaul, yovşan və s. bitkilər bitir. Taukumun cənub sərhədlərindən kol-ağac tipli bitkilərə rast gəlinir. Tuqay meşələri məhz bu bölgədə yerləşir.
Thium
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Tubus
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulium
Tulium (Tm) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 69-cu element. Yeni element holmium kəşf edilən ildə isveçli Kleve tərəfindən kəşf olunmuş və qeyri-adi olaraq öz vətəninin şərəfinə adlandırmışdır. Qeyri adilik odur ki, Tule adında ölkə mövcud deyil. Qədim yunan səyyahı Pifey "Okean haqqında" əsərində Tule (Thule) adasını təsvir etmişdir. Guya bu ada "Britaniyadan dənizlə altı günlük məsafədə, donmuş dənizin yaxınlığında yerləşir". Amma artıq qədim zamanlarda bu təsvir şübhələr yaratmışdı. Antik coğrafiyaçılar sadəcə dünyanın ən şimal həddini belə adlandırırdılar, orta əsrlərdə isə Avropanın şimal hissəsini: İslandiyanın və ya müasir Norveçin şimali-qərb hissəsini. 1942-ci ildə İsveçdə avtomobillər üçün avadanlıqlar istehsal edən Thule şirkəti yarandı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tulus
Tulus — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tulus Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Şuhua
Ye Şuhua (çin. 葉舒華; 6 yanvar 2000, Yanmey[d]) və ya tanınan səhnə adı ilə Şuhua (kor. 슈화) – Cənubi Koreyada fəaliyyət göstərən Tayvan müğənnisi. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Ye Şuhua 6 yanvar 2000-ci ildə Tayvanın Taoyuan şəhərinin Yanmey rayonunda doğulmuşdur. Kiçik və böyük bacısı var. Atası hakka, anası isə tayaldır. Şuhuanın ana dili Tayvan mandarincəsidir və hakka tayvancasında səlis danışa bilmir. Koreya dilində səlis bilməklə yanaşı, ingilis və yapon dili bacarıqları da yaxşıdır. O, teatrla məşğul olmaq üçün Hva Kan İncəsənət Məktəbində təhsil almışdır.