Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Tuşetiya
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Bulbophyllum dusenii
Bulbophyllum dusenii (lat. Bulbophyllum dusenii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dusenii növü Braziliya üçün endemik növdür.
Busənik (Qəzvin)
Busənik - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyadabad qəsəbəsindən 42 km. şimaldadır.
Dusenia patagonica
Duseniella (lat. Duseniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Duseniella patagonica (O.Hoffm.) K.Schum.SinonimDusenia patagonica O.Hoffm. Duseniella bicolor Suess.
Mikania dusenii
Mikania dusenii (lat. Mikania dusenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Yevgeni Tuşenko
Yevgeni Tuşenko (rus. Евге́ний Андре́евич Ти́щенкo; 15 iyul 1991, Kanevskaya[d], Krasnodar diyarı) — peşəkar rus bokçusu, İ, 2009-cu ildən etibarən Rusiya milli komandasında çıxış edir. Olimpiya çempionu (2016), Dünya çempionu (2015), Avropa çempionu (2015, 2017), Universial çempionu (2013) və Dünya Çempionatının gümüş mükafatı (2013), Bir çox milli və beynəlxalq turnir qalibi. Belqorod Regionunda əməkdar idman ustası. == Həyatı == Yevgeni Tişenko 1991-ci il iyulun 15-də Krasnodar ərazisində Kanevskaya kəndində anadan olub, lakin sonra Belqorod şəhərinə köçüb. Məktəbin beşinci sinfində oxuyarkən boksla fəal məşğul olur, məşqçi İvan Andreyeviç Leviçevin rəhbərliyi altında boks bölməsində təhsil alıb. Məktəb səviyyəsində heç bir əhəmiyyətli nəticə göstərmədən ən yüksək nəticəsi Cənubi Federal Çempionatında mükafatçılar sırasına düşmək oldu. Tişenko müsahibədə bu sözləri bildirib: "Bu idman ilə biz bir tərəfli sevgiyə sahibik: mən onu sevdim, amma o, məni yox! Amma bütün uğursuzluqlarımın olmasına baxmayaraq, mən çox məşq etdim. Mən heç bir məşqi qaçırmadım, hətta xəstə olsam da, hələ də gəlməyə çalışdım".
Aleksey süsəni
Aleksey süsəni (lat. Iris alexeenkoi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2b (iii,iv, v) c (ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir, kökümsovun yoğun, qısadır, gövdə bir təpə çiçəklidir, çox qısa, bəzən inkişaf etməyəndir, yarpaqlar yaşıl, bozumtul qalxanvari 4-7 (10) mm enindədir. Təpə yarpaqları yaşıl, göyümtül, təpə hissəsi pərdəli, çiçəkdən qısadır, çiçəkyanlığının borucuğu 5 dəfə yumurtalıqdan uzundur, çiçəkyanlığı bənövşəyi, xarici tərəfi (3,5) 4,5 -5,5 sm uzunluğundadır. Təpə hissəsi dairəvidir; çiçək yanlığının daxili tərəfi yumurtavari və ya uzunsovdur. Sütuncuğun kənarı çiçəkyanlığının xarici kənarından qısadır, ağımtıl, bənövşəyi, uzununa zolaqlıdır. Tozcuğu mavidir, qutucuq 5 sm uzunluğunda, uzunsov –yumurtavari, üçtillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir.Mezokserofit, işıqsevəndir.
Anna süsəni
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Arazbar tüməni
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Arran tüməni
Arran tüməni — XIV əsr. İnzibati ərazi.. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri 1496-cı ilin iyul-avqust aylarında (h. 901-ci ilin zilqədə ayında) Əhmədəddin Əfəndi ibn Şeyx Məhəmməd Bərdəi adlı qazının iştirakı ilə tərtib edilən və bir suvarma kanalının alqı-satqısından bəhs edən sənəddə Arran tüməni Azərbaycan ölkəsinin bir parçası kimi (“tuman-i Arran-i Azərbaycan”) göstərilmişdir . Məlumdur ki, bəzi əcnəbi müəlliflər tarixən Araz çayından şimalda yerləşən ərazilərin (Arran vilayətinin) Azərbaycana aid olmadığını və Azərbaycan adı altında yalnız Arazdan cənubdakı torpaqların başa düşüldüyünü iddia etmişlər. Daha öncə bu kimi mülahizələri ilkin qaynaqların materialları əsasında tənqid etmişdik . Bərdəli qazının imzaladığı bu mübayiənamə orta əsrlərdə Arran vilayətinin Azərbaycanın tərkib hissəsi sayıldığını bir daha bariz şəkildə nümayiş etdirir.
Auxer süsəni
Auxer süsəni (lat. Iris aucheri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Auxer süsəni(Iris aucheri) çoxillik ot bitkisidir. Boyu 10-20 sm olur. Kökümsov gövdəsi yumurtavaridir. 1,5-2,5 sm böyüklüyündədir. Çiçəkləri tək olub, zirvədə yerləşir. 4-5-ci aylarda çiçək açır. == Yayılması == Əsasən Samur-Şabran düzənliyində, Qobustanda, Qubanın quru yerlərində, Kür-Araz düzənliyindən başlamış orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə açıq sahələrdə çox az miqdarda bitir.
Florentina süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Grossheym süsəni
Gürcü süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
Kamille süsəni
Kamille süsəni - (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.Regional IUCN Status: VU D2 == Qısa morfoloji təsviri == Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10—25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3-4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli,lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4—6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Marağa tüməni
Marağa tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H.Qəzvininin "Nüzhət əl qülub" əsərində verilmiş məlumatların təhlili göstərir ki, Marağa Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Marağa tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Medvedyev süsəni
Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır.
Müsəlman süsəni
Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir.
Mərənd tüməni
Mərənd tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H. Qəzvininin "Nüzhət əl qülub" əsərində verilmiş məlumatların təhlili göstərir ki, Mərənd Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Təbriz tümənin da adı çəkilmişdir. Mərənd tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi. == Ərazisi == Mərənd (Mərənd, Dizmar) nahiyələrinə bölünürdü.
Naxçıvan tüməni
Naxçıvan tüməni — H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Naxçıvanın Eldənizlər dövründə mövcud olmuş vilayət statusu Hülakülərin idarəçiliyi dövründə ləğv edilmiş və Naxçıvan Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Naxçıvan tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi . Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi. == Ərazisi == Naxçıvan tüməni Araz çayının hər iki sahilində geniş ərazini əhatə edirdi. Onun hüdudları Makudan Qafan dağlarına, Qarabağa və Göyçə gölünə qədər uzanırdı. Maku, Dvin və Qafan əraziləri Naxçıvan tüməninə daxil idi. Naxçıvanın qərb hüdudlarına Dvin (Dəbil, Dəvil) şəhərinin də daxil olduğu o dövrün tarixi mənbələrində birmənalı şəkildə əks olunmuşdur.
Prilipko süsəni
Iris spuria subsp. demetrii (lat. Iris spuria subsp. demetrii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü.
Qarabağ tüməni
Qarabağ tüməni-Qarabağ xanlığı, Rusiya imperiyası, dövrlərində olmuş pul. Pənah xan Şuşada sikkəxana tikdirmiş və bu sikkəxanada «pənahabad» adı ilə bir misqal vəznində sikkə zərb olunmuşdu. Bu sikkələrin bir üzündə Pənahabad, o biri üzündə «La ilahə illəllah və Muhəmmədun rəsulullah» sözləri yazılmışdı. «Pənahabad»ın altısı bir manat, səkkizi isə bir Qarabağ tüməni adlanırdıPənah xanın buraxdığı pul Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdır. Xanlığın 6 manat 50 qəpik pulu 1 manat Rusiya pulu dəyərində idi.
Qatessi süsəni
Qatessi süsəni (lat. Iris gatesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Qatessi süsəni qısaboylu tək çiçək açan bitkidir. Çiçəklərinin gözəl görünüşü var. 0-1600 m-də bitir, 4-5-ci aylarda çiçək açır. Toxum (32%) və soğanaqları ilə çoxaldılır. Yaşıllaşdırmada geniş istifadə oluna bilər.
Qurdqulağı süsəni
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.