Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DMA
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də, Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
MMA
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
TBA
To Be Announced (TBA) (azərb.
TMS
TMS və ya Transfer Matching System — bütün futbolçuların bir klubdan digərinə keçidi sistemi TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb. 2010-cu il oktyabrın 1-dən etibarən bütün futbolçuların bir klubdan digərinə keçidi Transfer Matching System (TMS) adlanan yeni sistem vasitəsilə qeydiyyata alınacaq. TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq. Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində yardımçı olacaq.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. == Xüsusiyyətləri == Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Tsa
Ծ, ծ (Adı: tsa, erm. ծա) - erməni əlifbasının 14-cü hərfi. Transkripsiya "s". Tələffüzü "ts". Rəqəm işarəsi "50".Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
TİA
Turan İnformasiya Agentliyi və ya qısaca TİA — 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. == Haqqında == Turan İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılıb. Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevdir.Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.
Ama Xanım
Amma Xanım - türk və altay mifologiyalarında Yaradıcı Tanrıça. Amma Xanım olaraq da deyilir. İskitlerdeki Apa (Abay) adlı Tanrıça ilə arasında bir bağ ola bilər. Umay ilə eyni Tanrıça olduğu irəli sürülür. Şumerlərdə də Ama adlı bir Tanrıça mövcuddur. Anadoluda ama, eme, apa, ebe kimi sözlər həmişə qadın qohumları izah edir. Bəzən evi qoruyan bir Tanrıça olaraq adı keçir. == Etimologiya == (Am/Em) kökündən törəmişdir. Bu kök türkçe və monqolcada qadınlıq, dərman, eşq kimi anlayışlarla əlaqəlidir. Amı sözcüyü monqolcada həyat deməkdir.
Beta Tea
Beta Tea — çay brendi.1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.
Ema Ramusoviç
Ema Ramusoviç (28 noyabr 1996, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ema Ramusoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
GMA Network
GMA Network, Inc. (ümumi olaraq GMA olaraq bilinir) — Quezon City mərkəzli bir Filipin media şirkətidir. Əsasən radio və televiziya yayımında iştirak edir, müxtəlif media ilə əlaqəli müəssisələrdə iştirak edən törəmə şirkətlərlə. Mənfəətinin əksəriyyəti televiziya paylanması ilə əlaqəli tanıtım və marketinq gəlirlərindən əldə edilir. GMA, bazar kapitallaşması, şəbəkə əhatə dairəsi, reklam gəlirləri, auditoriya payı və işçi sayı baxımından Filippinlərin ən böyük media şirkətidir. 14 iyun 1950-ci ildə qurulmuş, hazırda iki milli televiziya şəbəkəsinə (GMA Network və GMA News TV), iki milli radio stansiyasına (Super Radyo DZBB 594 kHz və Barangay LS 97.1), iki regional radio şəbəkəsinə (Super Radyo və Barangay FM), ayrıca film istehsalı və paylanması (GMA Pictures), musiqi istehsalı və nəşri (GMA Music), istedadın inkişafı və rəhbərliyi (GMA Artist Center) və Filippinlərdə bir sıra internet və rəqəmsal yaxınlaşma texnologiyası (GMA New Media). Şirkət Filippin Fond Birjasında xalqa satılan bir şirkətdir.
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri - (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares - armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Svetlana Toma
Svetlana Toma — Aktrisa.
TMB TV
TMB TV Naim Burak Elçi tərəfindən 2009-cu ilin dekabrında qurulan, türk ölkələrinin musiqilərini yayımlayan telekanaldır. 2011-ci ildə bağlansada, təkrar 15 sentyabr 2011-ci il tarixində açıldı. "TMB RU" adlı qardaş kanalı var. 2012-ci ilin yanvar ayında Bakıda nümayəndəliyi açılıb.
TPMA metodu
Səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodunun alqoritmi şəkildə verilmişdirMarkerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır. Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır. Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır.
Tam məxfi
Tam məxfi (serial, 2004)
Tam ədəd
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam ədədlər
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tea LaFond
Tea LaFond (5 aprel 1994) — Dominikalı üçtəkanla tullanan atlet. Tea LaFond Dominikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tea LaFond birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar üçtəkanla tullanma yarışlarında təsnifat mərhələsində 12.82 m məsafəyə tullanaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tea Leoni
Tea Leoni (ing. Elizabeth Téa Pantaleoni) - ABŞ aktrisası və prodüseridir. == Həyatı == Tea Leoni 8 fevral 1966-cı ildə ABŞ-nin Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlmişdir. Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirmişdir. Nyu-York şəhərinin Brirli (ing. Brearley School) və Vermont ştatının Patni (ing. The Putney School) məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens Kolleci"nə (ing. Sarah Lawrence College) daxil olmuşdur. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır.
Tia Karrere
Tia Karrere (ing. Cloris Leachman; 2 yanvar 1967) — ABŞ aktrisası, model və ifaçıdır. 2011-ci ildə "Ən yaxı Havay Albomu" olan "Huana Ke Aloha" albomuna görə "Qremmi mükafatı"na layiq görülür. Asia Karreraya bənzərliyi vardır. == Həyatı == Tia Karrere 2 yanvar 1967-ci il tarixində ABŞ-nin Havay adasının paytaxtı Honolulu şəhərində Filippin, İspan və Çin əsilli ailədə anadan olmuşdur. 1986-cı ildən etibarən film və televiziya seriallarında iştirak etməyə başlayır. 1986-cı ildə "Zombi qarabasması" filmində Emi rolunu ifa etmişdir. 1990-cı ildə Dolf Lundqren və Brendon Li ilə birgə Kiçik Tokioda mübahisə filminə çəkilir. 1992-ci ildə Elia Samaha ilə evlənmiş və 2000-ci ildə ayrılmışdır.1994-cü ildə Arnold Şvartseneqqer ilə "Yalan doğru" filmində çəkilmişdir. 2002-ci ildə Simon Ualkelin ilə ailə həaytı qurur.
Toma Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. == Həyatı == Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Toma pendiri
Toma (İtalyan Toma) və ya Toma Piemontese (it. Toma Piemontese) — Pyemont və Valle d'Aosta bölgəsində istehsal olunan inək südündən hazırlanmış yumşaq və ya yarı bərk pendirdir. Toma Piemontese DOP adı Piedmont bölgəsinin ərazilərində — Novara, Vercelli, Biella, Turin, Kuneo, Verbano və Verbano Kuzio Ossola və Alessandriya Asti əyalətinin digər şəhərlərində istehsal olunan pendirlərə verilir.. == Tarixi == Toma pendirinin uzun bir tarixi var, onun Pyemontda istehsalı ən azı XI əsr əsrdən bəri məlumdur. Çox ədviyyatlı və duzlu olduğuna görə kəndlilərin yeməyi hesab olunurdu. Pendir 1993-cü ildə DOP, 1996-cı ildə isə Avropa Birliyinin PDO statusunu aldı.. == Hazırlanma qaydası == Pendir süddən iki üsulla hazırlanır, südün yağı yıgılırsa az yağlı 20% azaldılmış yağlı pendir, tam süddən istifadə edilərsə, 40% yağlı pendir hazırlanır. Pendirin dadı, rəngi, aromatı onun tərkibindəki südün yağlılığından fərqlənir. DOP kateqoriyalı pendirlərin yetişmə müddəti 20–45 gündür. Hazırlanma zamanı pendirlər müntəzəm olaraq şoran suda yuyulur və çevrilir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.