Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tufan
Tufan (və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Həsən Tufan
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). == Həyatı == Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Tufan (dəqiqləşdirmə)
Tufan
Tufan (mifologiya)
Tufan və ya daşqın anlayışı dünyadakı bir çox mədəniyyətdə iştirak edər. Bənzərlikləri və fərqlilikləri mövcuddur. Şumerlərdə (Gilqameş dastanında) ilk dəfə bəhsi keçər. Xristianlıq, Yəhudilik və İslam ilə birlikdə bütün dünyanın ortaq bir inancı halına çevrilmiş və onsuz da bir çox cəmiyyətdə var olan tufan inanclarıyla də birləşmişdir. Türk mədəniyyətindəki əhəmiyyəti yer üzünün yenidən ilk başlanğıcdakı sularla qablı halına fırlanmasıdır. Yenilənmək simvoludur lakin yenilənmə bir növ inqilab ilə ortaya çıxır. Çünki tufan ilə köhnəlmiş olan hər şeyin sonu gəlir ancaq dönülən yer isə başlanğıc yəni özdür. Bu məzmunda həyatın bir çevrə olduğu inancını mənimsəyən primitiv cəmiyyətlərin düşüncə sisteminin ən gözəl nümunəsidir. Pislik üzündən xaos ortaya çıxar ancaq sonradan yenidən dinginleşir. Nuh peyğəmbər (Türklərdə Nama) bir gəmi edər və bütün canlılardan bir cüt alaraq daşqından qorunur.
Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir. 1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu.
Tufan Div
Tufan Div — Azərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir. Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir. Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər. Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı. Uçma və qeyri-insani sürət.
Tufan FK
Tufan Futbol Klubu — 2015-ci ildə ictimai birlik olaraq yaradılmış, Xırdalan şəhərini təmsil edən futbol klubu. Tufan Futbol Klubunun təşkilati-hüquqi forması ictimai birlikdir. Klubun bütün fəaliyyəti onun üzvlərinin iradəsinə tabedir. Nizamnaməsində də təsbit edildiyi kimi klubda idarəetmə funksiyasını 2018-ci ildən etibarən səkkiz nəfərdən ibarət İdarə Heyəti daşıyır. İdarə heyətinin fəaliyyəti üç nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası tərəfindən təftiş olunur və nəticəsi klub üzvlərinin ümumi müzakirəsinə (Ümumi Yığıncaq) təqdim olunur. İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası iki ildə bir dəfə klub üzvlərinin Ümumi Yığıncağı tərəfindən seçilir. Tufan Futbol Klubunda futbolçu istehsalı konsepsiyası altı illik araşdırmaların nəticəsində formalaşdırılmışdır. İstehsal prosesinin planlaşdırılması sözügedən konsepsiyaya uyğun hazırlanır lakin, elmi-texniki araşdırma və inkişaf fəaliyyətinin nəticəsində plana müvafiq dəyişikliklər edilir. Klubun əsas məqsədi yerli futbolçu bazarındakı boşluğu idman elminin köməyilə dünya səviyyəli futbolçular yetişdirməklə doldurmaqdır. Klub daxilində TufanLAB fəaliyyət göstərir və müasir data əldə etmə alətlərindən atletlərin inkişafı üçün istifadə edilir.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə) — tarixçi, Hacettepe Universitetinin professoru. Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Tufan Kərim
Tufan Kərim (2 avqust 1957, Balakən) — Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurd Partiyası) sədri, hüquqşünas, vəkil, "Millətçilik" qəzetinin təsisçisi. Tufan Kərim 1957-ci il avqustun 2-də Azərbaycan Respublikasının Balakən rayonunda dunyaya gəlib. Orta təhsilini orada bitirdikdən sonra bir il tikintidə fəhlə kimi çalışıb. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Buna qədər isə musiqi, hərbi və siyasi təhsil alıb. 1983-cü ildən 1991-ci ilədək hüquq məsləhətçisi işləyib. Bir neçə il Hərbi Tribunalda çalışıb. 1995-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının uzvü kimi vəkillik fəaliyyəti ilə məşgul olur. 1975–1977-ci illərdə sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1977-ci ildə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb.
Tufan Minnullin
Tufan Minnullin (tam adı: Tufan Abdulla oğlu Minnullin, rus. Туфа́н Абдуллович Минну́ллин, tatar. Туфа́н Габдулла́ улы Миңну́ллин; 25 avqust 1935, Olı Mərətxuca[d] – 2 may 2012, Kazan) — tatar əsilli SSRİ və Rusiya dramaturqu, nasiri, publisisti və ictimai xadimi, Kazan şəhərinin fəxri sakini. Tufan Abdulla oğlu Minnullin 25 avqust 1935-ci ildə SSRİ-nin RSFSR-nın Tatarıstan MSSR-nin Kama Tamağı rayonunun ərazisinə daxil olan Olı Mərətxuca kəndində anadan olmuşdur. 1952-ci ildə o, orta məktəbdən məzun olmuş, 1956–1961-ci illərdə M. S. Şepkin adına Moskva Ali Teatr Məktəbində təhsil almışdır. Tufan Minnullin 1961–1964-cü illərdə Menzelinski Akademik Teatrında işləmişdir. Eyni zamanda o, dram ilə peşəkarcasına maraqlanmağa başlamışdır. 1962-ci ildə Menzelinski Akademik Teatrı onun komediya janrında yazdığı «Kəndimizin əhalisi» (rus. «Люди нашего села») əsərini tamaşaya qoymuşdur. Həmin il onun «Azat» (tatar.
Tupak (Əbyəlil)
Tupak kəndi (başq. Тупаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tupak kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. Məsafələr: rayon mərkəzindən (Askar): 26 km., kənd sovetliyindən (Mixaylovka): 3 km., Совет муниципальных образований Республики Башкортостан.
Tupak Amaru
Tupak Amaru və ya Túpac Amaru (Keçua: Thupaq Amaru; 1545 – 24 sentyabr 1572, Kusko[d]) — 1545–1572-ci illərdə hakimiyyətdə olmuş son İnk hökmdarı və Sapa İnka.
Tupak Sakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Tupak Shakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
TUPAK (film)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. Film Komediya janrındadır.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Ərhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
TUPAK (film,2022)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. Film Komediya janrındadır.
TUPAK (film, 2022)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. Film Komediya janrındadır.
Tufan (film, 1989)
Tufan (Rom: Toofan) — 1989-cu ildə Ketan Desai tərəfindən çəkilmiş, Amitabh Baççanın əkiz qardaş rolunda ikili rolda oynadığı hind dilində çəkilmiş superqəhrəman filmidir. Filmin baş qəhrəmanlarından biri arbaletini silah kimi istifadə edən super qəhrəman Tufan, digəri isə Şyam adlı sehrbazdır. Filmin prodüseri Ketan Desainin atası Manmohan Desai idi. Filmin stoku və saundtreki Anu Məlikə məxsusdur. Film kassada “Orta” müvəffəqiyyət nümayiş etdirmişdir. Filmin hekayəsi iki qardaşın ətrafında cərəyan edir, onlardan biri super güclərə malikdir və Lord Hanumanın həvəsli davamçısıdır. Digər personaj isə, atasının həyatına son qoymuş qaçış hiyləsini yerinə yetirməyə can atan həlim bir küçə sehrbazıdır.
Tufan zirehli maşını
Tufan zirehli maşını- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən dizayn və istehsal edilən zirehli döyüş maşını. Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Zirehli maşını yalnız aqreqat və şassi hissələrində donor detallardan istifə olunmuşdur. Tufan zirehli maşını 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreat fikirləri və təcrübəsi ilə istehsal olmuşdur. Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir. Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur. Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir. Tufanın dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir. Zirehli maşının yerində dönmə radiusu 20 metrə çatır və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. Tufanın gövdəsi universal formatda layihələndirilib ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar tətbiq oluna bilər.
II Tupak Amaru
II Tupak Amaru, əsl adı Xose Qabriel Kondorkanki Nogera (isp. Túpac Amaru II, José Gabriel Condorcanqui Noguera; 10 mart 1738, Tinta[d] – 18 may 1781, Kusko[d]) – Latın Amerikası inqilabçısı, Peruda ispan müstəmləkəçi hakimiyyətlərinə qarşı yerli xalqların üsyanının təşkilatçısı və rəhbəri. Bu ad İnk İmperiyasının son hökmdarı Tupak Amarunun şərəfinə götürülüb. Üsyan uğursuz olsa da, II Tupak Amaru Perunun ispan hökmranlığından azad edilməsinin simvoluna çevrildi. == Həyatı == II Tupak Amaru Kusko şəhəri yaxınlığında, Tinta əyalətindəki (korreximyento) Surimana kəndində anadan olub. Doğulanda ona ispan adı olan Xose Qabriel Kondorkanki adı qoyulub. Onun ata tərəfdən ulu babası sonuncu sapa-ink Tupak Amarunun qızının oğlu idi. Surimana kəndi digər iki yaşayış məntəqəsi (Pampamarka və Tunqasuka) ilə birlikdə Tupak Amaru ailəsinə miras qalmış əmlakın (kasikazqo) bir hissəsi idi. O, təhsilini hindi zadəganları və kasiklərin uşaqları üçün xüsusi Yezuit kollecində almışdır. Kolleci bitirəndə o, ispan və latın dillərini bilirdi.
Ufak Tefek Cinayetler (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
TÜDİFAK