Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamba Salçak
Tamba Salçak (tuvaca: Тамба Өдекеевич Салчак, d. 25 oktyabr 1938 – ö. 16 mart 1983) – tuvalı şair, yazıçı və jurnalist. Tuva Yazıçılar Birliyinin və SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur. Tamba Ödekeyoğlu 15 mart 1918-ci ildə Tandı-Tıvanın Salçak bölgəsinin Kaa-Hemin Oştan kəndində anadan olmuşdur. Yayla ibtidai məktəbinin ilk sinfini oxuduqdan sonra SSRİ Altay krayının Oyrto-Turada kənd təsərrüfatı məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Qızıl şəhərindəki partiya məktəbindən də məzun olmuşdur. Yeni Tuva yazısını öyrənmiş, partiya da katib kimi önəmli yazışmaları idarə etmişdir. 1951-ci ildən başlayıb, “Şın” qəzetində ədəbi əsərlərə nəzarət edilməsi işinə qəbul edilmiş və burada ümumilikdə 28 il çalışmışdır. İlk əsəri “Dongada kadık” 1955-ci ildə nəşr edilmişdir.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Taba və Nuveybəyə dron hücumları
Taba və Nuveybəyə dron hücumları — 27 oktyabr 2023-cü ildə "husilər"in İsrailə qarşı PUA-larla həyata keçirdiyi, lakin Misiri hədəf almış hücumlar. 2023-cü ildə Qəzzədə müharibənin başlamasından sonra Yəməndə "husilər" də daxil olmaqla, Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplar fələstinliləri dəstəklədiyini bildirmiş və İsraili hücumla hədələmişdir. "Husilər"in nəzarətində olan Yəmənin Səna şəhərində nümayişçilər Fələstin və Yəmən bayraqlarını dalğalandırmışdılar. "Husi" hərəkatının şüarı "Allah uludur, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, islama qələbə" olmuşdur. "Husilər"in lideri Əbdülmalik əl-Husi ABŞ-yə müdaxilə etməmək barədə xəbərdarlıq etmiş, pilotsuz təyyarələr və raketlərlə qisas almaqla hədələmişdir. 27 oktyabr 2023-cü ildə Qırmızı dənizin cənubundan şimala doğru iki pilotsuz təyyarə uçuşa keçmişdir. İsrail Silahlı Qüvvələri rəsmilərinin sözlərinə görə, onların hədəfi İsrail olmuşdur, lakin onlar Misirdən sərhədi keçə bilməmişdilər. İki pilotsuz təyyarədən biri Misirin Taba şəhərində xəstəxanaya bitişik binaya dəymiş, altı nəfər yaralanmışdır. Dronlardan digəri Misirin Nuveybə şəhəri yaxınlığındakı səhra regionunda elektrik stansiyasının yaxınlığında vurulmuşdur. "Husi" rəsmisi daha sonra "Twitter"də pilotsuz təyyarənin Tabada qəzaya uğramasından sonra İsrailin yaxınlıqdakı "Eylat" şəhərini xatırladan bir söz yazmışdır.
Balba
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Tacca
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talsa
Talsa (ing. Tulsa) - ABŞ-nin Oklahoma ştatında yerləşən şəhərdir. Tulsa'nın indi mövcud olduğu ərazi, Lochapoka tərəfindən ilk rəsmi olaraq məskunlaşmadan əvvəl, Kiikaapoi (Kickapoo), Wahzhazhe Ma zha (Osage), Muscogee (Creek) və Caddo tayfaları ölkəsində Hindu ərazisi sayılır. 1836-cı ildə Creek tayfaları. İndiki Cheyenne prospekti ilə 18-ci küçənin kəsişməsində Creek Council Oak Tree altında kiçik bir qəsəbə qurdular. Bu sahə və bu ağac, Baş Tukabahchi və onun kiçik qrupuna, Tallassee, Alabama bölgəsindəki çayın əyilməsini və əvvəlki Creek Council Meşə Ağacının sağ qalanlarını gözyaşlarının izi ilə xatırlatdı. Yeni yaşayış məntəqələrinə Tallasi adını verdilər, bu da Creek dilində "köhnə şəhər" deməkdir və sonradan "Tulsa" oldu. Tulsa ətrafı, ABŞ-nin cənubundan Oklahomaya köçürülən "Beş Sivil Qəbilə" nin üzvləri tərəfindən də yerləşdi. Müasir Tulsa -nın əksəriyyəti, hissələri Cherokee və Osage Nations -da yerləşən Creek Nation -da yerləşir. Vətəndaş Müharibəsi dövründə Oklahoma hələ bir əyalət olmasa da, Tulsa bölgəsi döyüşdən öz payını aldı.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Tasoba
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Tatea
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.