Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Sərtan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. == Həyatı == 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.
Kreyser tankı
Kreyser tankı (və ya digər adları ilə süvari tankı və ya sürətli tank) Böyük Britaniya tərəfindən Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi dövrü arasında hazırlanmış olan yeni bir tank sinfi olmuşdur. Kreyser sinfində olan gəmilər kimi, kreyser tankları da daha sürətli və daha mobil olmaları ilə seçilirdilər. Onlar bu xüsusiyyətləri ilə digər ağır və yavaş hərəkat qabiliyyətinə sahib olan piyada tanklarından fərqlənirdilər. Hobart və Liddell-Hart tərəfindən yaradılmış və inkişaf etdirilmiş olan bu nəzəriyyəyə görə, əvvəlcə ağır piyada tankları tərəfindən cəbhədə bir yol, cığır açılmalı və bundan sonra da onlardan daha sürətli olan kreyser tankları sürətlə irəliləyərək düşmənin arxa tərəfinə sızmalı idilər. Düşmənin arxa cəbhəsinə sızan bu tanklar düşmənin rabitə və maddi-texniki təminat xətlərini kəsməli idilər. Əsas diqqət sürətə verildiyinə görə ilk istehsal olunan kreyser tanklarının çox incə zirehləri və eyni zamanda da yüngül silahları var idi. Lakin sürətə bu qədər əhəmiyyət verildiyinə görə ilk kreyser tanklarının zirehləri o dövrün şərtlərinə görə çox qeyri-adekvat idi. O dövrdəki zamanın şərtlərində yüngül zirehli texnikaların ön cəbhələrdə sağ qalmayacağı başa düşülməmişdi. Bu tankıar üçün digər mühüm çatışmazlıq isə kreyser tanklarının çox kiçik çaplı silahlar daşıması idi. Bir çox tankda 40 mm-lik silahlar mövcud idi.
Piyada tankı
Piyada tankı ideyası Böyük Britaniya tərəfindən İkinci Dünya müharibəsi zamanı ortaya atılmış olan bir termindir. Bu tanklar süvari tanklarından daha qalın zirehlərlə örtülməsi ilə fərqlənirdilər. Bu formada da arxadan gələn piyada birliklərinin müdafiəsini təmin edərək, güclü müdafiə olunan düşmən xətlərini yarmaqda istifadə edilmək üçün nəzərdə tutulmuşdurlar. Piyada tankları cəbhədə cığır açandan sonra daha yüngül və sürətli süvari tankları sürətlə düşmənin arxasına düşməli, cəbhənin arxasındakı düşmənin rabitə və təchizat yollarını kəsməli idi. Ənənəvi hərbi terminologiyada piyada tankları mahiyyətcə ağır tanklar, süvari tankları isə orta tanklar, yüngül tanklar və yaxud da zirehli maşınlar hesab olunurlar. Piyada və süvari tankları arasındakı parçalanma Birinci Dünya müharibəsi zamanı Britaniyanın ağır tankları ilə sürətli Whippet Medium Mark A və onun varisləri, Medium Mark B (tank) və Medium Mark C (tank) arasında baş vermişdir. Bu, xüsusilə müharibələrarası dövrdə Percy Hobart və Basil Liddell Hart tərəfindən irəli sürülən bir düşüncə tərzidir. Piyada tanklarından əvvəl hazırlanmış olan piyada birliklərinə dəstək verməsi lazım olan tankların yüngül zirehlərinə görə sürətləri də çox idi və bu da öz növbəsində bu tankların düşmən atəşindən qaçmaq üçün sürətlə hərəkət etmələrinə və beləliklə də arxada qalan piyada birliklərinin üzə çıxmasına səbəb olurdu. Hazırlanmış ilk ümumi təyinatlı piyada tank dizaynları Mark I "Matilda" və Mark II "Matilda" tankları idilər. U tanklarında isə pulemyotlar və 2 pounder tank əleyhinə silahlar mövcud idi.
Tanki Online
Tanki Online (rus. Танки Онлайн) ― 2009-cu ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu brauzer oyunudur. == Tarixi == === İlk dövrlər === Tanki Online oyununun tarixi 20-ci əsrin 90-cı illərinin sonlarında başlamışdır. Həmin dövrdə disketlər üçün "Tanks for Two" adlı prototip hazırlanmışdı. Lakin texnologiyanın inkişafı nəticəsində disketlərin CD-lərlə əvəz olunmağı və tərtibatçılar oyunun mənbə kodunu itirməyinə görə ilk versiya itirildi. 2008-ci ildə tərtibatçılar "Tanks" adlı bir demo üzərində yenidən birlikdə işləməyə başladılar. Bunun əsasında isə "Tanki Online" hazırlanaraq 2009-cu ilin 4 iyununda təqdim olundu. 2013 və 2014-cü illərdə layihə "Runet mükafatı"nın qalibi olub. === Sonrakı inkişaf === 2009-cu ilin sonunda oyunun yeni versiyası — "Tanki 2.0" üzərində iş başladı, lakin sonradan layihə ləğv edilərək planlanılan yeniliklər oyunun ilk versiyasına tətbiq edildi. 2014-cü ildə eyni tərtibatçılar tərəfindən Tanki Online-ın "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı.
Tanki X
Tanki X (rus. Танки Онлайн) ― 2017-ci ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu videooyundur. == Tarixi == "Tanki Online"-ın oyununun tərtibatçıları tərəfindən 2014-cü ildə oyunun "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı. 2016-ci ilin sentyabrında beta sınaqlarına başlanılan "Tanki X" 2017-ci ilin 20 aprelində Steam-də təqdim olunmuşdur. Tanki Online ilə paralel olaraq mövcud olan Tanki X-də tərtibatçıların özünkü əvəzinə Unity oyun mühərrikindən istifadə olunmuşdur. 2019-cu ilin sonunda Tanki X-in bağlandığı elan edildi. Oyun 2020-ci ilin əvvəlində bağlandı, lakin bəzi xüsusiyyətlər Tanki Online-a köçürüldü. == Geympley == "Tanki X" xüsusiyyətlərinə görə "Tanki Online" oyununa bənzəyirdi. Oyunçular öz tanklarını müxtəlif qüllə və gövdə birləşmələrdən istifadə edərək fərdiləşdirmə imkanına malik idilər. Oyunda onların yarışa biləcəyi müxtəlif xəritələr və 3 oyun rejimi mövcud idi.
Al-Khalid tankı
Al-Khalid tankı MBT 2000 ya da bilinən adı ilə Al-Khalid tankı Pakistan ordusunun istifadə etdiyi ən yeni əsas döyüş tankıdır. Çin Pakistana aid Heavy Industries və Ukraynadan KMDB və Malyshev Factory-nin ortaq şəkildə hazırladığı bir tankdır. Tank adını əfsanəvi İslam Orduları komandiri Xalid bin Vəlidin adına düzəldilibdir. Tank Çin istehsalı Type 90-IIM ana müharibə tankı əsasında hazırlanmışdır. Ukrayna istehsalı olan isti və soyuq hava şərtlərinə uyğun 1200 at gücü olan 6TD dizel mühərriki ilə təmin edilmişdir. 2014-cü ilə qədər təqribən 310 ədəd tank Pakistan ordusu üçün istehsal olunub. Tankın gecə döyüşmə xüsusiyyəti yanında avtomatik hədəf təqib sistemi də var. Tank digər ana müharibə tanklarına görə daha kiçikdir. Bunun səbəbi avtomatik güllə yükləmə sistemi sayəsində yükləyiciyə ehtiyac olmamasıdır. Son on ildə bu tankın dizaynı və istehsalı üçün 20 milyon ABŞ dolları xərclənmişdir.
Bob Semple tankı
Bob Semple tankı - Yeni Zelandiya Daxili İşlər naziri Bob Semple tərəfindən İkinci dünya müharibəsində yaradılmış Yeni Zelandiya tankıdır. Əldə olan materiallardan istifadə edilməklə hərbi texnikaya olan ehtiyacdan yaradılmış olan bu tank traktorun üzərinə polad parçaları birləşdirməklə yaradılmışdır. Yaponiyanın Yeni Zelandiyanı işğal etmək qorxusundan yaradılmış olan bu tank ölkənin müdafiə edilməsi ehtiyacından yaradılmışdır. Rəsmi konstruksiya və hazırlanma planına sahib olmayan bu tank yaradılmış, lakin çoxsaylı mexaniki qüsurları, istifadə edilməsinin praktiki cəhətdən olduqca çətin olması səbəbindən kütləvi istehsala və hərbi əməliyyat meydanlarına heç bir zaman buraxılmamışdır. == Konstruksiya və yaradılması == Yeni Zelandiyanın qonşusu Avstraliya kimi yerli zirehli müharibə maşını istehsal edəcəck sənayesi yox idi. Zirehli müharibə maşının Böyük Britaniyadan idxal ediləcəyi gözlənilirdi. Avstraliya və Yeni Zelandiya zireh və zirehli maşın istehsal edəcək ağır sənayeyə sahib olsa da çox az şey istehsal edilmişdi. Yeni Zelandiya Ordusunun mexanikləşdirilməsi fikri, müharibədən əvvəl irəli sürülsə də bu sahədə çox az uğurlara imza atılmışdı. Əfqanıstan və Çinə satılan Caterpillar Model 35 şassisi üzərində bir zirehli qutudan hazırlanmış 1937-ci il istehsalı olan ABŞ istehsalı olan Disston “Altı Ton Traxtor Tankı”nın istifadəsi məsləhət görülmüşdü. Yeni Zelandiya bəzi digər ölkələrin zirehli yük maşınlarına oxşayan zirehli yük maşınları istehsal etmişdi və Avstraliyadan Böyük Britaniya istehsalı olan Universal Daşıyıcı (Universal Carrier) almaq planları baş tutmamışdı.
İosif Stalin tankı
İosif Stalin Tankı (IS tank)- SSRİ dövründə buraxılan tank. İosif Stalin tankı (və ya IS olaraq da bilinən Joseph Stalin tankı), II Dünya müharibəsi dövründə SSRİ tərəfindən 1943-cü ilin sentyabr ayından istifadə edilmiş ağır sinifli tank olaraq yaradılmışdır və ilk dəfə olaraq Kursk müharibəsində istifadə edilmişdir. Ayrıca olaraq JS və ya ИС tankları kimi də tanınırlar. Almanların 88 mm-lik ağır toplarının atəşinə dözə biləcək və almanların Tiger və Panther tanklarını məhv edə biləcək şəkildə yaradılmışdır. Bu tanka ümumilikdə ən ön cəbhələrdə almanlar ilə mübarizə aparmaq və almanların möhkəmləndirilmiş səngərlərini yarmaq və almanların müdafiəsinin daxillərinə girmək vəzifəsi verilmişdir. 1944-cü ilin aprel ayından xidmətə qəbul edilmiş olan IS-2 tankları da, Qızıl Ordu tərəfindən Berlin müharibəsində qoçbaşı kimi (yəni ki, öndə) istifadə edilmişdir. Zirehi: 30–120 mm Əsas silahı:122 mm-lik çapa malik olan D25-T topları (IS-7 tanklarında: 130mm-lik çapa malik olan C-70 topları) Digər silahları: 2 x DT , 1x DShK pulemyotları Motor: 12-silindir dizel model V-2 600 hp (at gücü) (450 kW (kilowatt)) KV və IS-1 KV seriyalı tankların həddindən artıq çox ləng olması və T-34 tankları ilə eyni topa sahib olmalarına baxmayaraq T-34 tanklarına baxmayaraq daha zəif olmaları SSRİ rəhbərliyini narahat edirdi. 1942-ci ildə bu problemi həll etmək məqsədilə qismən daha yüngül və daha sürətli olan KV-1S tankları yaradıldı. KV seriyalı tanklar müharibə meydanlarında çox da böyük uğurlara nail ola bilmirdilər və T-34 tankları ilə müqayisədə daha bahalı tanklar idilər. Ağır tank proqramı 1943-cü ildə Stalin tərəfindən ləğv edilmişdir.
Əsas döyüş tankı
Əsas döyüş tankı və ya digər adı ilə döyüş tankı bir çox müasir ölkələrin silahlı qüvvələrində döyüş əməliyyatları zamanı birbaşa atəş və manevr rolunu yerinə yetirən, zirehlə müdafiə olunan tanklardır. 1960-cı illərdən etibarən bu cür döyüş maşınları silahlanmada olan bütün digər tank növlərini əvəz etməyə başlamışdır. Hazırda, əsas döyüş tankları müasir orduların hər birində vacib rol oynayır. Müasir ƏDT-lər döyüş ərzində düşmən qüvvələrinə maksimum zərər vurma, piyada qoşunların təhlükəsiz hərəkətini təmin etmə və onlara atəş dəstəyi vermə kimi bir çox mühüm funksiyaları yerinə yetirir. Döyüş zamanı ƏDT-lərin atəş dəstəyi ilə təmin olunmasında isə kəşfiyyat və hücum təyyarələri mühüm rol oynayır. Tank T-90 Leopard 2 Type 10 Type 99 Колёса или траки?
Miçiyo Taki
Miçiyo Taki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT 76-nın kopyasıdır. WZ211 olaraq da tanınır.
Tısbaga ağır hücum tankı
Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir. Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu. Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir. Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi. 1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi.
Tip 95 Ha-Qo yüngül tankı
Tip 95 Ha-Qo yüngül tankı (九五式軽戦車 ハ号, Kyuqo-şiki kei-senşa Ha-Qo) – 1930-cu illərin əvvəllərində Yaponiya ordusu üçün hazırlanmış yüngül tank modeli. Çinlə müharibədə və Sakit okean müharibəsi illərində Yaponiya ordusu üçün yararlı hərbi texnika olduğunu sübut etsə də, ABŞ tankları və antitank silahları ilə müqayisədə geridə qalmışdır. Modelin ilk 2 prototipi 1934-cü ildə Mitsubishi şirkəti tərəfindən tamamlanmışdır. 1936-cı ildə kütləvi istehsal olunmağa başlanmışdır. Çində və Yaponiyada sınaqdan keçirildikdən sonra Tip 95 adı ilə standartlaşdırılmışdır. Şirkət modelə Ha-Qo adını versə də, ordu modelə Ke-Qo adını vermişdi. 1943-cü ilə kimi bu tank modelinin 1100-dən çox nümunəsi istehsal olunmuşdur. Modelin gövdəsi və lüləsi pərçimlənmiş konstruksiyadan ibarət idi və qalınlığı 6–14 millimetr arasında dəyişirdi. Tankı idarə edən şəxs yuxarı hissənin sağında, pulemyotçu isə onun solunda dayanırdı. Pulemyotçu 6,5 millimetrlik və sağa-sola dönmə manevrası 35° olan Tip 91 silahdan istifadə etsə də, bu daha sonra 7,7 millimetrlik Tip 97 ilə əvəz olunmuşdur.
Tı kto takoy? Davay, do svidaniya!
"Tı kto takoy? Davay, do svidaniya!" (rus. Ты кто такой? Давай, до свидания!) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan, rus və talış dillərdə ifa edilən meyxana. Bu meyxana talış meyxanaçı qardaşlar Ehtiram və İntiqam Rüstəmov tərəfindən yazılmışdır. Video 2011-ci il noyabrın 5-də Astara rayonunun Təngərüd kəndində toy zamanı çəkilib və 2012-ci il yanvarın 25-də Talış Mədəniyyət Mərkəzinin direktoru Hilal Məmmədov bu meyxana ilə bağlı videoroliki hazırlayıb "YouTube"-ə yerləşdirmişdir.