Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tako
Tako (isp. taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Taeko Kavasumi
Taeko Kavasumi (d. 30 oktyabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tayko Hirabayaşi
Tayko Hirabayaşi (yap. 平林 たい子; 3 oktyabr 1905, Suva[d], Naqano prefekturası – 17 fevral 1972) – Yaponiya hekayə yazarı. Həyatının böyük qismini Tokioda keçirib. Müharibədən öncə fəaliyyət göstərən proletarian yazıçılardan biri olan Hirabayaşi müharibə dövründə siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşsə də, müharibədən sonra tanınmış yazıçılardan birinə çevrilmişdir. 3 oktyabr 1905-ci ildə Naqano prefekturasının Suva şəhərində anadan olmuşdur. Mərkəzi Yaponiyada kiçik bir qəsəbədə böyüyən Hirabayaşi valideynləri tərəfindən dəstək görməsə də, Qərb ədəbiyyatına böyük maraq göstərib. Yaponiyada çox oxunan fransız və rus ədiblərin əsərlərini mütaliə edib. Xüsusilə, Dostoyevski onun yaradıcılığına böyük təsir göstərib. Digər tanınmış qadın yazıçı Fumiko Hayaşi ilə yaxın dost olub. 1972-ci ildə pnevmoniyadan vəfat edib.
Tako Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tefta Taşko-Koko
Tefta Taşko-Koko (alb. Tefta Tashko Koço) — Albaniya opera müğənnisi; Tefta Taşko 1910-cu il noyabrın 2-də Misirin Əl-Fəyyum şəhərində anadan olmuşdur. Onun valideynləri bura 19-cu əsrdə Albaniyadan köçüb gəlmişdilər. Atasının ölümündən sonra Tefta 11 yaşında olarkən ailəsi yenidən vətənə-Korça şəhərinə qayıdır. 1927-ci ildə ailə yenidən köçməli olur. Bu dəfə isə onlar Fransanın Monpelye şəhərində yaşamağa başlayırlar. Burada Tefta, musiqi məktəbini bitirir. Hələ təhsil aldığı müddətdə Tefta, artıq müəllimlərinin diqqətini çəkmişdi. Ailənin çətin vəziyyətdə olmasına baxmayaraq o, 1932-1935-ci illərdə təhsil aldığı Paris Milli Konservatoriyasında təqaüd alırdı. Burada o Jana Sere və Leo Bermandi kimi pedaqoqlardan təhsil almışdır.
Tako-no-yama
Tako-no-yama (タコの山, hərf. "səkkizayaqlı dağı") və ya səkkizayaqlı sürüşkəni – Yaponiyada geniş yayılmış, səkkizayaqlı görünüşündə olan uşaq sürüşkəni növü. 1960-cı illərdə "Maeda" şirkəti tərəfindən populyarlaşdırılmış tako-no-yamalar Tokiodan bütün Yaponiyaya yayılmış, hətta Kopenhagen şəhərində quraşdırılmışdır. İlk tako-no-yamanın hansı parkda quraşdırıldığı mübahisə mövzusu olsa da, ən populyar fikrə əsasən ilk tako-no-yama 1965-ci ildə Tokionun Adaçi rayonundakı Şin-Nişiaray parkında quraşdırılmışdır: park üzərində işləyən bir heykəltaraşın abstrakt oyun meydançası layihəsi şəhər şurası tərəfindən əvvəlcə rədd edilsə də, səkkizayaqlı mövzusunu əlavə etdikdən sonra qəbul edilmişdir. Şin-Nişiaray ölkədəki ən köhnə səkkizayaqlı sürüşkəni hesab olunur. Bu sürüşkən hazırda kosmos mövzusunda bəzədilmiş və bir dizayn müsabiqəsinin qalibi olmuşdur. Digər nəzəriyyəyə görə isə səkkizayaqlı sürüşkənləri Şin-Nişiaray parkında olan sürüşkən yox, Şinaqava rayonunda yerləşən Şinmey uşaq parkındakı sürüşkənlər sayəsində populyar olmuşdur. Bu sürüşkənlər də 1968-ci ildə "Maeda" tərəfindən quraşdırılmışdır. Bu parkdakı iki sürüşkəndən ancaq biri salamat qalmışdır və hazırda başqa parkda yerləşir. 2019-cu ildə "Maeda" şirkəti tako-no-yamaların müəllif hüquqlarının özlərinə aid olduğunu bildirirək iki tako-no-yama quraşdırmış "Ans" şirkətini məhkəməyə vermiş və 4,32 milyon yen məbləğində təzminat tələb etmişdir. 2022-ci ildə Ali Məhkəmə onların tələbini qəbul etməmişdir.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Naoko
Naoko — yapon adı. Naoko Takeuçi — yapon manqaka. Naoko Nişiqay — keçmiş Yaponiya qadın futbolçusu. Naoko Kavakami — keçmiş Yaponiya qadın futbolçusu.
Tadao
Tadao — ad. Tadao Ando — Dünya şöhrətli yapon memar-dizayner. Tadao Horie — keçmiş Yaponiya futbolçusu. Tadao Kobayaşi — keçmiş Yaponiya futbolçusu. Tadao Onişi — keçmiş Yaponiya futbolçusu. Tadao Takayama — keçmiş Yaponiya futbolçusu.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tanqo
Tanqo - XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqs. Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Başlanğıcda kreol tanqosu adlanan bu rəqs və musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar. Məşhur argentinalı müğənni və kinoaktyor Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı Buenos-Ayresdə hər il "Tanqo günü" kimi qeyd edilir.
Tanto
Tanto (yap. 短刀; Qısa qılınc) — Feodal Yaponiyada samuraylar tərəfindən işlənən yapon qılıncı (nihonto). Ümumiyyətlə tək, bəzən də cüt tərəfli tanto — 1 şaku (15–30 cm) uzunluğundadır.
Tablo
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Fırtına (tablo)
Fırtına (it. La Tampesta) italyan rəssam Corconenin 1506-1508 illərə aid intibah əsəri. Əslən Venesiyalı əsilzadə Gabriele Vendramin tərəfindən hazırlanan rəsm əsəri indi İtaliyada Venesiyada Gallerie dell'Accademia -da sərgilənir. İncəsənət tarixçilərinin müzakirələrinə baxmayaraq əsərin mənası hələ də müəmmalı olaraq qalır. Əsər rəssamın ilk rəsmi olaraq bilinir. == Təsvir və şərhlər == Əsərin sağ tərəfində bir qadın yanında körpəsi ilə oturub. Qadın 1530 -cu illərdən bəri olan “Çingənə” kimi təsvir olunub. İtaliyada rəsm “La Zingara e il Soldato”(“Qaraçı qadını və Əsgər”) və ya La “Zingarella e il Soldato” (“Qaraçı qızı və Əsgər”) olaraq tanınır. Uzun bir çubuq və ya nizə tutan adam, rəsmin sol tərəfində t, təsvir edilib. O gülümsəyərək sağ tərəfə baxsa da onun bu tərəfdə oturan qadına baxdığı görünmür.
Hayko Maas
Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın Xarici İşlər Naziri. == Həyatı == Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987-1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur. == Fəaliyyəti == Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013-2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu. Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998-1999), Saarlandın - İqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012-2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziridir. == Siyasi mövqeyi == Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.
Janko Leskovar
Janko Leskovar (12 dekabr 1861 – 4 fevral 1949) — xorvat novellaçı. == Haqqında == Leskovar Valentinovoda tanınmış ailədə doğulub. Onun babası dəmirçi idi. Atası İvan Leskovar, həyat yoldaş isə Tereziya Leskovar adlanırdı. Leskovar müəllim işləyirdi. O, Misao na vječnost (Əbədiyyət düşüncəsi) novellasını orta yaşlarda tamalayıb. Novella 1891-ci ildə Vijenac jurnalında çapdan çıxıb. Leskovar yazıçılıq fəaliyyəti dövründə hekayə personajlarının müxtəlif psixoloji təhlillərini verməyə çalışmışdır. Onun doğulduğu ev Valentinovoda qorunub saxlanılır.
Kanko erası
Kanko (寛弘) – Yaponiyada era. Çoho erasından sonra, Çova erasından isə əvvəl gəlir. Era 1004-cü ilin iyulundan 1012-ci ilin dekabrına kimi davam etmişdir. Bu erada hökmdarlıq etmiş imperatorlar İçico-tenno və Sanco-tenno idi. Murasaki Şikibu öz gündəliyini bu erada yazmışdır. == Era dəyişikliyi == 1004-cü ildə eranın adı bir sıra hadisələri vurğulamaq üçün dəyişdirilmişdir. Əvvəlki eranın başa çatmasından sonra 1004-cü ilin 7-ci ayının 20-ci günündə Kanko erası başlamışdır. == Hadisələr == 17 mart 1008 - Keçmiş imperator Kazan 41 yaşında vəfat etdi. 16 iyul 1011 - İmperator İçico hökmdarlığının 5-ci ilində səltənətdən imtina etdi. Qısa müddət sonra İmperator Sanco taxta çıxdı.
Klayd Tambo
Klayd Uilyam Tambo (4 fevral 1906[…] – 17 yanvar 1997[…]) — Amerikan astronomu.O Pluton planetini kəşf etməyi ilə məşhurdu.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Maksimiliano Pakko
Marko Arment
Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır. 2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.