Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Qonaq evi
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Ada Yonat
Ada Yonat (əsli Lifşits), İvr. עדה יונת; 22 iyun 1939-cu ildə Yerusəlimdə doğulmuşdur) — israil alimi, kristalloqraf, kimya üzrə 2009-cu ildə "ribosomun quruluşu və funksiyalarının tədqiqatları" üzrə Nobel mükafatı laureatı (Venkatraman Ramakrişan və Tomas Steys ilə birlikdə). O, Veizmann Elm İnstitutunda Biomolekulyar Strukturlar və Mexanizmlər Mərkəzinin hazırkı direktorudur. London Kral Cəmiyyətinin xarici üzvü (2020). Ada Yonat Nobel mükafatı alan ilk israilli qadındır<refLappin, Yaakov. "Nobel Prize Winner 'Happy, Shocked' ", Jerusalem Post (7 октября 2009).></ref>. == Bioqrafiya == Gələcəyin alimi Yerusəlimdə Lodzidə (Polşa) yeni repatriantlardan olan yoxsul tərəvəzçi ailəsində anadan olub. Valideynləri Hillel və Ester Livşits 1933-cü ildə Yerusəlimdə məskunlaşdılar və atası əslən ravvin ailəsindən olmasına və özü də ravvin olmasına baxmayaraq, səhhətinin pis olması onun işə düzəlməsinə mane oldu. Atasının bir ərzaq mağazası var idi, lakin buna baxmayaraq, Adanın ailəsi çətinliklə dolanırdı. Onlar bir neçə başqa ailə ilə dar otaqlarda yaşayırdılar.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Görünməz qonaq
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Qonaq (dəqiqləşdirmə)
Qonaq — Qonaqlığa gedən şəxs və ya şəxslər. Qonaq evi — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt, mehmanxana, hotel. Qonaq otağı — Evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq.
Ercan Donat
Ercan Donat (tam adı: Ercan Yıldız Donat; 1 fevral 2000, Fateh, İstanbul ili) – Azərbaycan milli basketbol komandasında və "Şəki" basketbol klubunda çıxış edən basketbolçu. == Karyera == === Klub === 5 sentyabr 2024-cü ildə "Şəki" baketbol klubu Donatı transfer edib. === Milli komanda === Donat 2016-cı ildə U-16 Azərbaycan millisi təkibində FİBA U-16 Avropa Çempionatında çıxış edib. O, 2017-2018 və 2018-2019 sezonlarında isə U-18 Azərbaycan millisi təkibində FİBA U-18 Avropa Çempionatında oynayıb.
Qonaq evi (Novoçerkassk)
Qonaq evi — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Qarışıq stildə inşa edilmişdir Ünvan: Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti, ev 59б. Qonaq evi Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti ərazisində iki mərtəbədən ibarət olan bir tikilidir. İlk əvvəllər bu daş tikilinin yerində taxtadan ibarət olan bir bina vardı. Ətrafı isə boşluq idi. Novoçerkassk şəhərinin salınmasının yubleyi münasibətilə 18 may 1805-ci ildə bu ərazidə daşdan tikiləcək qonaq evinin təməli atılmışdır. Yerləşdiyi küçənin mühüm binalarından biri olması səbəbi ilə əlaqədar onun adı bütün küçəyə verilmişdi. Bina iki korpusdan ibarət idi. Hazırda yalnız sağ korpus qorunub saxlanılmışdır.
Vilyam Törner Donat
Vilyam Törner Donat - (1953-cü il 9 iyul — 1929 - cu il 12 mart ) Amerikalı rəssam. == Həyatı == Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib. Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib. Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib. == Yaradıcılığı == O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib. Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib. Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub. Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Con Qont
Gentli Con (ing. John of Gaunt; 24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir. Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu. Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu.
Görünməz qonaq (film, 2016)
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. == Məzmun == Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).
Qonaq-Qaralı Ev (1992)
Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov "Moskva" mehmanxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
The Pet Goat
The Pet Goat — Amerikan yazıçısı Siegfred Engelmanın ibtidailər üçün yazdığı qısa hekayə. Bəzən "Mənim ev Keçim" deyə tərcümə edilsədə bu əslində səhvdir. Hekayəni 2004-cü ilə qədər 1970-ci ildən bəri yazdığı 1000+ arasında xatırlamayan Siegfried "Zig" Engelmann yazmışdır. 2001-ci ildə "Heyvan Keçi" Sinif Oxu Ustası: Rainbow Edition, Səviyyə 2, Hekayə kitabı 1; tələbələri E hərfi ilə bitən sözlər haqqında öyrətmək üçün hazırlanmışdır. Hekayə hər şeyi yediyi üçün gələcəyi qeyri-müəyyən olan bir qızın keçi haqqında danışır, ancaq qəsd edəni döyərək soyğunu pozduqdan sonra qızın valideynləri keçinin qalmasına icazə verir . Hekayə və iş dəftəri Maykl Murun "Fahrenheit 9/11" sənədli filmi yayımlandıqdan sonra diqqəti cəlb etdi. 2004-cü ilə qədər təqaüdə çıxan professor Engelmann filmi görməmişdi və hekayəsinin aldığı diqqətə təəccübləndi: "Bu mənə heç bir şöhrət gətirmədi, Hər kəsin belə bir şeylə maraqlanacağı heyrətamizdir." 11 sentyabr 2001-ci ildə ABŞ Prezidenti George W. Buş tələbələr və işçilərlə görüşmək və təhsil islahatları planlarına diqqəti cəlb etmək üçün Emma E. Booker İbtidai məktəbinə getdi. Sarasota, Florida məktəbinə gəldikdə, prezidentə Bir Dünya Ticarət Mərkəzinə ilk təyyarə qəzası barədə məlumat verildi, baxmayaraq ki, bəlkə də bu yalnız kiçik bir pervanel təyyarəsi olması barədə məlumat verildi. Prezident Buş Kay Danielsin sinif otağında oturarkən və tələbələri "Heyvan Keçi" ni oxuyarkən, Ağ Evin Baş Qərargah rəisi Endryu Kard prezidentin qulağına pıçıldamaq üçün dedi: "İkinci bir təyyarə ikinci qülləyə dəydi. Amerika hücum altındadır.
Qanat-i Mirzə Cəlil (Çaypara)
Qanat-i Mirzə Cəlil (fars. قناتميرزاجليل‎‎‎) və Kəhriz — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (144 ailə).
Qonaq-qaralı ev (film, 1992)
Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov "Moskva" mehmanxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. == Məzmunu == Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.
I Pet Goat,II (cizgi film,2012)
I Pet Goat, II — Kanadanın məşhur film istehsalçısı Heliofantın 12 yaş və üstündə olan insanlar üçün yazmış filmi. == Məzmun == Əsərdə dünyanın başına gələcək hadisələrdən bəhs edilir.Başlanğıcda 1 keçi qabağa çıxır.Arxa fonda isə 11 sentyabr terror aktlarına aid bir şəkil göz önünə gətirilir... Daha sonra bir şəxsin kukla ilə oynadığını göstərirlər.Sonra bu şəxs göstərilir:Oğul Buş.Buş çox qəribə hərəkətlər edirdi.Əslində bu hadisə olmuşdu:Corc Buş 11 senyabr hadisələri baş verəndə Florida ştatındakı bir məktəbdə təhsil alan şagirdlərlə tanışmağa getmişdi.Müəllim isə şagirdlərə 2 şeyi dalbadal təkrarladırdı:Əsa və Çərpələng.Bunu belə yozurdular:Əsa qüllələr,Çərpələng isə təyyarələrdir... Döşəmə ağ qara kafellərlə düzəlmişdişYuxarıda təkamülün inkuşaf etdiyini göstərən şəkil və bayquş rəsmi var. Buş öz yerində fırlanır,prezidentə yaraşmaz hərəkətlər edirdi.Birdən Buş arxasını çevirir və o bir anda Obamaya çevrilir.Obama hər yerə gülüş saçmağa, hər şeyə gülməyə başlayır.Sonra bir qız göstərilir:Alissa.O çox xoşbəxt olsa da,ətrafındakı insan fiqurları üzgün olur. Digər səhnədə amerika bayrağının cırıldığı, yəni ştatların gələcək zamanda parçalanacağına əsas gətirir.Obamanın qorxduğu səhnə belə göz önünə gətirilir. Sonra CIA nın vəhhabi başçısı göstərilir.Terrorist başçı namaz qılırmış kimi göstərilsə də əlini tam açması onun illumunatilərə xidmət etdiyini göstərir.Neft çay kimi axır,Azadlıq heykəlini üzərinə sionizm ulduzunun kölgəsi çökür.Bu isə bir zaman dost olan ABŞ ilə İsrailin dostluğunun bitəcəyinə istbatdır.Çünki ABŞ Səudiyyə Ərəbistanına neft göndərir və İsrail də bundan yararlanmaq istəyir.Kommunizm artıq çökməyə başlayır,ona inananlar isə bataqlıqda boğulurlar. Sonra müsəlman başı bağlı qadının ölü körpəsini əlinə alıb ağladığı,Məscidlərin partladıqları göstərilir.Uşaqların narkotikə aludə olduqlarını,ana bətnində olan körpənin hər tərəfdən izlənməsi tək bir şeyi açıqlayır:21 əsrin ən pis narkotiki Elektron cihazlardır.Daha sonra Məsih gəlir.Alnında dəccalın simvolu,və yanan qəlbi onun qəddarlaşdığını göstərir.Barmağına qonan ümid rəmzi olan kəpənəyi yandırıb külə çevirir.Qayığına dolan balıq bərəkəti simvolizə edir.Onun gəlməsi ilə bərabər zəngin təbəqə dağılır.Uşaqlar "narkotikdən" ayrılırlar.Müharibəni dayandırmaq istəyən qız isə bunun heç vaxt olmayacağını anlayır.Məsih isə günəşin batdığı tərəfə gedir.Onun arxasında Notredam kafedralı yanır.2012 də çəkilməsinə baxmayaraq bu hadisə 2019-cu il 6 apreldə baş vermişdi... Bununla birgə film də başa çatır.
I Pet Goat, II (cizgi film, 2012)