Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urumi
Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır. Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür. Urumi polad qamçı hesab olunur və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir. == Etimologiya == "Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Dövlət qurumu
Dövlət orqanı və ya dövlət qurumu dövlətin idarə edilməsi və fəaliyyətinə cavabdeh olan orqandır. Dövlət qurumları müxtəlif növlərdə olur. Fərqli istifadələrə baxmayaraq, dövlət qurumları çox vaxt nazirlikdən və hökumət tərəfindən yaradılan digər təşkilatlardan ayrıdır.
Uğruca (Duzluca)
Uğruca — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Oğruca kimi qeyd olunur.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. == Toponimikası == Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. == Həmçinin bax == Arsak Qafqaz Albaniyası == Xarici keçid == ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
ABAD (qurum)
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Üç Üqnum
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər.
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Kuti dövlət qurumu
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Lullubi dövlət qurumu
Lullubi — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq Lulubi dövlətinə çevrildi. Güney Azərbaycan ərazisindəki bu etnos e.ə. XXIII əsrə aid akkad mənblərində lulubum adlandırılır.İ.M.Dyakonova görə bu etnonim naməlum "lul" komponentindən və elamca əm bildiən "b" komponentindən ibarətdir.Məhz bu ehtimal lulubilərin tarixşünaslıqda uzun bir müddət Elamdilli və ya Kaspidilli olması fikrinə səbəb olmuşdur.İ.M.Dyakonov özü də bu fikrə tərəfdardır.Belə çıxır ki,akkadlar bu etnonimi elamlardan götürmüşlər. Urartu mənbələrində isə "luli-in-a" düşmən ölkə anlamındadır.Lulubi etnonimi hürrilərdə lullu,urartularda lulu kimi işlənmişdir.Deməli "bi" şəkilçisi urartular və hürrilərə məlum deyildi.Q.A.Melikişviliyə görə,lulubi etnonim deyil, ona görə ki,hürricə lullu "içərisindən qul gətirilən dağlı", urartuca "yadelli", "düşmən" mənalarındadır. Lakin lulublərin (eləcə də kaspilərin) "-bi"-"-pi" şəkilçisinə görə elamdilli sayılması ağlabatn deyil və elmi obyektivlikdən uzaqdır.Bu şəkilçi qədim türk etnonimiyası üçün səciyyəvidir.Herodot skiflərdə aqrippi və traspi adlaı tayfaların adlarını çəkir.
Türk Dil Qurumu
Türk Dili Qurumu (türk. Türk Dil Kurumu, TDK) — türk dilini öyrənmək və inkişaf etdirmək məqsədilə qurulan Türkiyə Cümhuriyyəti hökuməti yanında ictimai təşkilat. == Ümumi məlumat == Türk Dili Qurumu 12 iyul 1932-ci ildə M. K. Atatürk tərəfindən qurulmuşdur, ilkin adı "Türk Dili Araşdırma Cəmiyyəti" (türk. Türk Dili Tetkik Cemiyeti) olmuşdur. Samih Yalnızgil, Ruşen Əşrəf Ünaydın, Cəlal Sahir Ərozan və Yaqub Qədri Qaraosmanoğlu kimi dövrün millət vəkilləri və məşhur ədəbiyyatçıları qurumun təsisçilərindən idilər. Qurumun ilk sədri Samih Yalnızgil oldu. Onun 1932-ci ilin dekabr ayında vəfatında sonra təhsil Naziri Dr. Rəşid Qalib faktiki sədr oldu. Türk Dili Qurumu həm türk ədəbi dili, həm də türk ləhcələrinin öyrənilməsi ilə məşğul olur və ədəbiyyat işlərini yayımlayır. Baş ofisi Ankarada yerləşir.
Türk Tarix Qurumu
Türk Tarix Qurumu və yaxud TTK (türk. Türk Tarih Kurumu) — Mustafa Kamal Atatürkün göstərişi ilə 1931-ci il aprelin 12-də türk tarixini ilk mənbələrdən araşdırmaq məqsədilə yaradılmış araşdırma qurumudur. 664 saylı Qanun Fərmanı ilə Türk Tarix Qurumu ayrıca ictimai hüquqi şəxsə malikdir və 1983-cü ildə yaradılmış Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun tabeliyində elmi institut kimi fəaliyyət göstərir. Rəhbəri hazırda Birol Çətindir. == Təşkilat tarixi == 1930-cu il aprelin 28-də VI. Qurultayın son iclasında Qazi Mustafa Kamalın göstərişi ilə Afət İnan 40 imza ilə təklif irəli sürmüş və bu təklifdə Türk tarixini elmi cəhətdən araşdıracaq bir komissiyanın yaradılması istənilmişdi. Həmin gün Türk Ocaqları Qanununa bu mövzuda bir maddə əlavə edildi. 16 nəfərlik nümayəndə heyəti ilk iclasını 4 iyun 1930-cu ildə keçirərək idarə heyətini və üzvlərini müəyyənləşdirdi. Bu nümayəndə heyəti Türk Tarix Qurumunun əsasını təşkil edir. Nümayəndə heyəti "Türk tarixinin konturları" adlı araşdırma dərc edib. Kitabda Orta Asiyada türk sivilizasiyasının olması və türklərin bu mərkəzdən başlayan köçlərlə Çinə, Hindistana, Mesopotamiyaya, Misirə, İrana və Anadoluya getməsi və həmin bölgələrin xalqlarını sivilizasiya etməsi tezisindən bəhs edilir.
Qrum Leyk
Qrum Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. Burada Nellis bombardımançı aviabazasının poliqonu yerləşir. Sadə şəkildə «51-ci Bölgə» adlanır. Qrum Leyk dəniz səviyyəsindən 1344 m hündürlüyə malikdir. Şoranlıq şimaldan cənuba 6 km, şərqdən qərbə 4,8 km uzunluğa malikdir. Şoranlıq Qrum Leyk Velli vadisinə daxildir (ing. Groom Lake Valley). Qurumuş göl Papus Leyk şimal-qərbdə, Reyçel şəhərindəmn isə 40 km cənubda yerləşir. == Tarixi == 1864-cü ildə Rrum rayonu ərazisində qurğuşun və gümüş yataqları aşkarlanır. 1870-ci illərdə ingilis «Groome Lead Mines Limited» şirkəti hasilatı maliyyələşdirir və üstəlik regiona öz adını verir.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Bayraq Radio Televiziya Qurumu
Bayraq Radio Televiziya Qurumu (BRT), Şimali Kipr hökumətinə aid radio və televiziya təşkilatı. Xəbər, musiqi proqramı, kəndləri təqdimat məqsədli proqramları nəşr. BRT-nin ilk nəşr həyatı 1963-cü ildə bir qarajda 2 mücahid tərəfindən radio yayımı olaraq qurulmuşdur. [Qaynaq ifadə edilməli] İlk yayım sözü isə "Bayraq, Bayraq, Bayraq" deyə verilmişdi. 1996-cı ildə ilk xüsusi radio kanalı First FM və ilk xüsusi TV kanalı Tempo TV-nin qurulmaları nəticəsində təklik xüsusiyyətini itirən BRTK; hələ də ölkədəki 5 TV kanalından ikisini, 24 radio kanalından da 5-ni strukturunda saxlamaqdadır. Xüsusi radio və televiziyaların qurulmağa başladığı 1996-cı ilə qədər Şimali Kiprin tək nəşr təşkilatı olan BRTK-nın təməlləri 1960-cı illərə qədər gedib çıxır. 1960–1963 illər arasında Kipr adasının tək nəşr təşkilatı olan CBS (İngiliscə: Cyprus Broadcasting Corporation) (Kipr Yayım Təşkilatı), 1960 Kipr Konstitusiyası lazımınca% 70 Kiprli Rumlar'dan,% 30 da Kiprli Türklər'dən ibarət idi. 1963də başlayan və namizədi 1974 Kipr Harekâtı'na aparan qarşıdurmalar üzündən Kipr türkləri, CBC'ten ayrıldı. Ölkənin yeganə nəşr təşkilatında hər hansı bir şəkildə təmsil edilməyən Türklər, bu ehtiyacları səbəbiylə 1964-cü ildə 6 ədəd radio stansiyası quraraq nəşrə soxdular. Bayraq Radiosu, Canbulat Radiosu, Lefke Bayraq Radiosu, Qazi Bafın səsi radiosu, Larnaka Təbiətin səsi Radiosu və Limasol Radiosu adı verilən bu 6 kanal "Bayraq Radioları" ortaq adıyla anılıyorlardı.
Gergeti Üç üqnum kilsəsi
Gergeti Üç üqnum kilsəsi (gürc. წმინდა სამება) - Gürcüstanın Kevi inzibati vahidində yerləşən Gürcü Ortodoks Kilsəsi.Gergeti Üç üqnum kilsəsi, Gergeti kəndinin ərazisində yerləşir və XIV əsrdə inşa olunmuşdur. Kilsə Kazbek dağının 2170 metr yüksəkliyində yerləşir.
Türkiyə Radio və Televiziya Qurumu
Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır. == Tarixi == TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir.
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə)
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; türk. Bilgi Teknolojileri ve İletişim Kurumu, qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu (Telekomünikasyon Kurumu) kimi tanınırdı. Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir. == Tarixi == Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir". 5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir. == Təşkili == EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu. Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur: Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur. 2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.