QURUM
QURUMA
OBASTAN VİKİ
Aral dənizinin quruması
Aral dənizinin quruması — Aral dənizində suyun səviyyəsinin ildən-ilə azalması ilə əlaqədar ekoloji, bioloji fəlakət; sosial problemlər yaratmış torpaq və iqlim fəlakəti. Dənizin qurumuş hissəsində Aralqum səhrası əmələ gəlib. == Qurumasının səbəbləri == Aral dənizi qurumasına qədər sahəsinin böyüklüyünə görə Xəzər dənizi, Yuxarı göl (Şimali Amerika), Viktoriya gölündən (Şərqi Afrika) sonra dünyada 4-cü göl idi. Aral dənizinin quruması XX əsrin 60-cı illərində başlamışdır. Həmin vaxtlarda Sırdərya və Amudərya çaylarının suyunun çox hissəsinin kanallarla Türkmənistan, Özbəkistan və Qazaxıstanın cənubunun ehtiyacı üçün götürülməsinə, suvarma üçün istifadə edilməsinə başlanıldı. Nəticədə dəniz öz sahilindən nəzərəçarpacaq dərəcədə geri çəkildi və quruduğu yerlər dəniz duzu və digər kimyəvi maddələrlə örtüldü. 1993-cü ildə Aral dənizinin xilası üzrə beynəlxalq fond yaradılıb. Bu fond vasitəsi ilə indiyə qədər 300-dən artıq layihə həyata keçirilib (Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan bu Fondun təsisçiləridirlər). == İstinadlar == == Xarici keçidlər == Aral dənizinin «səssiz ölüm»ü. Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılmasına 3,5 milyard dollar ayrılıb.
Çayların quruması və donması

Значение слова в других словарях