Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Uqran rayonu
Uqran rayonu — Rusiyanın Smolensk vilayətinin şərqində yerləşən inzibati ərazi vahidi (rayon) və bələdiyyə qurumu (bələdiyyə rayonu). İnzibati idarə mərkəzi Uqra kəndidir.
Qras (rayon)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Riz qras
Riz qras- Burkina-Faso mətbəxinə aid əsasını düyü və ət təşkil edən yemək. Bu yemək Seneqal və Qvineya kimi ölkələrdə də yayılmışdır. Bu yemək tiebou djen adlı yeməkdən yaranmışdır. Həmin yemək Seneqal mətbəxinə aiddir və tərkibinə balıq və ət qatılır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Uqra qarşıdurması
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Uğaş (Xudafərin)
Uğaş (fars. اوغاش‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şatonöf-Qras
Şatonöf-Qras (fr. Châteauneuf-Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qras (dairə)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Rokesteron-Qras
Rokesteron-Qras (fr. Rokesteron-Qras) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 23,98 km², əhalisi 62 nəfərdir (2006) artım tendensiyası ilə: 81 nəfər (2012), əhalinin sıxlığı 3,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 80 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 81 nəfər.
Uqra Milli Parkı
Uqra Milli Parkı (rus. Национальный парк Угра) — mərkəzi Rusiyada, Kaluqa vilayətində, Uqra çayı dərəsində yerləşən milli park. Milli park Rusiyanın səciyyəvi təbiətini qorumaq məqsədilə 10 fevral 1997-ci ildə qurulmuşdur. 2002-ci ildə biosfer qoruğu elan olunmuşdur. Milli park baş qərargahı Kaluqa şəhərində yerləşir. Milli parkın sahəsi 986,245 km2 təşkil edir. Uqra Milli Parkı 3 ərazini cəmlənmiş 7 bölgəni əhatə edir. Şimal hissədə Smolensk vilayəti ilə sərhəddə Uqra dərəsi yerləşir və dərə axınla üzü aşağı Kurovskoye kəndinə qədər uzanır. Bu hissə Cerjinski, İznoskovski və Yuxnovski rayonları arasında qalır. Cənub hissədə Jizdra çayının dərəsi yerləşir və dərə çayın mənsəbinə qədər uzanır.
Əhməd Əsəd Uras
Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882, Amasya – 11 yanvar 1957 və ya 1957, Ankara) — türkiyəli siyasətçi. 1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub. Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Arras
Arras fr. Arras [aʁɑːs], pikard Aro, tar. nid. Atrecht) — Fransanın departamenti olan Pa-de-Kalenin əsas şəhəri və keçmiş Artois əyaləti. Arras şəhəri O-de-Frans regionunda yerləşir. Əhalisi (2014) — 40 970 nəfər. == Coğrafiyası == Arras, Krenşon və Skarp çaylarının, Esko qolunun və burada yerləşən Kale və Due gedən Şimali Dəmiryolunun birləşməsində Lill şəhərindən 160 km və Paris şəhərindən isə 160 km məsafədə yerləşir. A1 "Nor" və A26 "İngiltərə" avtomobil yolları şəhərdən 7 km məsafədədir. == Demoqrafiya == Əhali dinamikası, nəf.
Ağbaş
Ağbaş (Şabran)
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Qrats
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. Филокартическая история города Грац.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Kuraş
Kuraş — Mərkəzi Asiyada icra edilən müxtəlif güləş növləri. 1998-ci ildə Beynəlxalq Kuraş Federasiyası yaradılmışdır.