Agrar-aqrar

əkinçiliyə aid olan, ziraətlə əlaqədar; die Agrarpolitik əkinçilik siyasəti
Agonie
Agrarpolitik
OBASTAN VİKİ
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqrar böhran
Aqrar böhran — kənd təsərrüfatında ifrat istehsal böhranı. Satılmış kənd təsərrüfatı malları ehtiyatının artması, fermerlərin bu mallara qoyduğu qiymətin aşağı düşməsi, tələbat olmayan kənd təsərrüfatı mallarının bir sıra hissəsinin məhvi, fermerlərin xalis gəlirinin azalması, xırda və orta kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi və ekspropriasiyası prosesinin sürətlənməsi, aqrar əhali artıqlığının güclənməsi (gizli işsizliyin artması) və kənd təsərrüfatı fəhlələrinin əmək haqqının azalmasında təzahür edir. Kapitalizmin inkişafı ilə əlaqədar kənd təsərrüfatında təkrar istehsal prosesi sənayedə təkrar istehsal prosesi ilə sıx əlaqələnir. Buna görə də başqa sahələr kimi, kənd təsərrüfatı da ümumi iqtisadi böhranın zərbələrinə məruz qalır. Kapitalist kənd təsərrüfatına məxsus spesifik aqrar böhran da var. Bu böhranlar on illərlə uzanır. Məsələn, 1873-cü il sənaye böhranı ilə birlikdə başlayan Qərbi Avropa, Rusiya, sonralar isə ABŞ-ni bürüyən aqrar böhran gah güclənmək, gah da zəifləməklə 1890-cı illərin ortalarınadək uzanmışdır. Birinci və İkinci Dünya müharibələri arasında və İkinci Dünya müharibəsindən sonrakı aqrar böhranları da (ABŞ, Kanada, Avstraliya və s.-də) uzunmüddətli olmuşdur. Т. Нефедова.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir. Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti. Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
Aqrar quruluşu
Aqrar quruluşu — kənd təsərrüfatında tarixən müəyyən istehsal münasibətlərinin cəmi. Bu, torpaq sahibliyi və torpaqdan istifadə sistemi ilə bağlıdır. Hər ictimai-iqtisadi formasiyanın özünə məqsus aqrar quruluşu var. Köhnə cəmiyyət daxilində yeni istehsal münasibətlərinin yaranması ilə köhnə aqrar quruluşunun dağılması zəruriyyəti də yaranır. T. Ludewigs, A. D’Antona, E. S. Brondizio, and S. Hetrick. 2009. Agrarian structure and land-cover change along the lifespan of three colonization areas in the Brazilian Amazon.World Development, Vol 37, No 8, p. 1349. "M. Pietrzak and D. Walczak. 2014.
Aqrar siyasət
Aqrar siyasət və ya kənd təsərrüfatı siyasəti — aqrar-sənaye kompleksi sahələrinin səmərəli fəaliyyətinə, ərzaq bazarının dayanıqlı yüksəlişinə yönəlmiş tədbirlər kompleksi. Aqrar siyasət qiymət, maliyyə, kredit və vergi alətlərinin məcmusunu əhatə edən, dövlətin kənd təsərrüfatı və onunla bilavasitə əlaqədar olan sahələrin inkişafını tənzimləmə sistemi ilə idarə edilməsini nəzərdə tutur. Aqrar siyasətin tətbiqi sahəsində istehsal-ticarət və sosial-ekoloji tədbirləri əhatə edir. Bu həm sənayeyə, xarici ticarətə, həm də regional və ekoloji sahələrə aid siyasətlə koordinasiyada və qarşılıqlı əlaqədə işlənib hazırlanır və həyata keçirilir. Dünya iqtisadiyyatının qloballaşması prosesi aqrar siyasətin milli dövlət çərçivəsindən kənara çıxmasının, ilk növbədə onun regionlaşdırılmasının şərtlənməsinə gətirib çıxarır. Kənd təsərrüfatı məhsullarının ticarətinin beynəlxalq tənzimlənməsi müəyyən dərəcədə ÜTT tərəfindən qəbul edilmiş əksər regional ticarət sazişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı siyasətinin rayonlaşdırılmasının ən inkişaf etmiş və təkmil forması Aİ-nin ümumi aqrar siyasətidir. Bazarın tənzimləyici və dövlətin yönəldici olduğu iqtisadiyyat modelinin aqrar siyasət üçün də universiallığını XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərindəki dünya təcrübəsi ilə təsdiqlənir. Köklü torpaq islahatları və bazar əsaslı kənd təsərrüfatı siyasətinə keçid 1960-cı illərdə Cənubi Koreya və Tayvanın, 1970-ci illərdə Malayziya, Tailand, Meksika və digər inkişaf edən ölkələrin sürətli sənaye inkişafı üçün zəmin yaratmış, onları çiçəklənən yeni sənaye ölkələrinə çevirmişdir. Eyni zamanda, bu cür islahatların və siyasətin ləngidilməsi, yaxud qeyri-ardıcıl aparılması üçüncü dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də Afrikanın tropik ərazilərində kənd təsərrüfatı istehsalının tənəzzülünə, ərzaq şəraitinin pisləşməsinə və ümumi iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqrar Xidmətlər Agentliyi
Aqrar Xidmətlər Agentliyi-Azərbaycan Respublikası Prezidenti 2019-cu il 14 yanvar tarixli 467 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir.
Azərbaycanda aqrar islahatları
Azərbaycanda aqrar islahatlar — Azərbaycanda torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. Rusiya imperiyası ağalığı dövründə Şimali Azərbaycanda feodalların və çar mütləqiyyətinin mənafeyini mühafizə edən, zəhmətkeş kəndli kütlələrinin həyat mənafeyi əleyhinə, onların ağır istismarına yönəldilmiş bıra sıra aqrar islahatlar keçirilmişdir. 6 dekabr 1846-cı ildə çarizmin verdiyi fərman feodal torpaq sahibliyinin bütün formalarını xüsusi mülkiyyət kimi tanımışdır. Fərmanın əsas müddəaları 20 aprel və 20 dekabr 1847-ci il tarixli Əsasnamələrdə inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Əsasnaməyə görə, kəndlilər sahibkarların xeyrinə natural renta və pul mükəlləfiyyətləri ödəməli, biyara getməli, onlar üçün nökər ayırmalı idilər. 1846-1847-ci illərin aqrar qanunları Azərbaycanda feodal təhkimçilik münasibətlərini qüvvətləndirdi. Rusiyada 1861-ci il kəndli islahatından sonra milli ucqarlarda da kəndli ishalatları keçirmək məsələsi qarşıya çıxmışdı. Bununla əlaqədar 1870-ci ildə Azərbaycanda kəndli ishalatı keçirilmişdir. İslahat məhdud və daha çox təhkimçilik xarakterində idi. Xəzinə torpaqlarında yaşayan və bütün kəndlilərin 70%-indən çoxunu təşkil edən dövlət kəndlilərinə aid edilməmişdir.
Daşkənd Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Gürcüstan Aqrar Universiteti
Gürcüstan Aqrar Universiteti (gürc. საქართველოს აგრარული უნივერსიტეტი) — Gürcüstan ərazisində fəaliyyət göstərən özəl ali təhsil ocağı. Universitet 1929-cu ildən fəaliyyət göstərir və Gürcüstanın kənd təsərrüfatı sahəsində təhsil verən yeganə universitetidir. Gürcüstanda sürətlə inkişaf edən bir ali təhsil müəssisələrindən biridir. 2018-ci ilədək qeydiyyatdan keçmiş 60 universitet arasında ikinci yeri tutur. Bu təhsil ocağı Avropa, Amerika və Asiyada 13 universitetlə tərəfdaşlıq edir. Bu isə universitetlər arası mübadilə proqramlarında iştirak etməyə imkan verir. Universitetdə təhsil bakalavr, magistr və doktorantura proqramları ilə həyata keçirilir. 2015-ci il göstəricilərinə görə Gürcüstanın 10 ən məşhur universiteti arasında 4-cüdür Universitetin tərkibinə 3 fakültə daxildir: Aqrar və Təbii Elmlər fakültəsi Mühəndis-texmologiya fakültəsi Biznes-idarəetmə fakültəsi Ünvan: Gürcüstan 0131, Tiflis, David Aqmaşenebeli alleyаsı, 240. 1917-ci ildə Politexnik İnstitutunda kənd təsərrüfatı bölməsində iki fakültə var idi.
Stolıpin aqrar islahatı
Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat. Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur. 1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi.
Tacikistan Aqrar Universiteti
Şirinşo Şotemor adına Tacikistan Aqrar Universiteti (qısaca TAU; tac. Донишгоҳи аграрии Тоҷикистон ба номи Ш. Шотемур) — Tacikistanın ən böyük universitetlərindən biri, ölkənin aqrar sənaye kompleksinin, təhsilin və elmin inkişafı mərkəzlərindən biridir. 1931 -ci ildə Xucənd şəhərində qurulan Tacikistan Respublikasının paytaxtı Düşənbədə yerləşir . Rektor - kənd təsərrüfatı elmləri doktoru, professor Maxmaderov Usmon Mamuroviç tac. Усмон Махмадёрзода (27 yanvar 2020 -ci ildən). Mərkəzi Asiya Sovet respublikalarında kənd təsərrüfatı sektorlarının bölgü bölgüsü nəzərə alınmaqla mühəndislik, texniki və kənd təsərrüfatı bilikləri olan yüksək ixtisaslı kadrlara olan ehtiyac dar ixtisaslar üzrə mütəxəssislər hazırlayan ixtisaslaşdırılmış universitetlərin yaradılmasını zəruri edir. Bu məqsədlə, 1931 -ci ildə Tacikistan SSR-in şimalındakı Mərkəzi Asiya Dövlət Universitetinin (MADU) əkinçilik fakültəsinin bazasında Xocent , Mərkəzi Asiya Meyvə və Tərəvəz İnstitutu quruldu. Müəllimləri 205 tələbəyə və işləyən fakültənin 336 tələbəsinə dərs deyən 13 ixtisaslaşdırılmış kafedra yaradıldı. Respublikanın kənd təsərrüfatı sahələrinin inkişaf perspektivlərinə uyğun olaraq, 1934-cü ildə institut yenidən təşkil edildi və Tacikistan Kənd Təsərrüfatı İnstitutu (TKTİ) adlandırıldı və 1944 -cü ildə maddi -texniki bazanı yaxşılaşdırmaq və respublikanın bütün bölgələrindən mütəxəssislərin hazırlanmasını genişləndirmək və kənd təsərrüfatının yüksəlməsi məqsədi ilə Tacikistan SSR Xalq Komissarları Sovetinin qərarı ilə institut Stalinabad (indiki - Düşənbə) şəhərinə köçürüldü. Heyvandarlıq və ipəkçilik kimi inkişaf etməkdə olan sahələr üçün kadr təmin etmək məqsədi ilə 1943 -cü ildə aqronomiya fakültəsinin bazasında 1947 -ci ildə zootexnik fakültəsinə çevrilən (1976-cı ildən - zoopark mühəndisliyi fakültəsi) zootexnika şöbəsi yaradıldı.
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Aqrar Tədarük və Təchizat
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir: Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər.
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Azərbaycan aqrar elmi (jurnal)
Başqırdıstan Dövlət Aqrar Universiteti
Başqırdıstan Dövlət Aqrar Universiteti (başq. Башҡорт дәүләт аграр университеты (БДАУ)) — Ufa şəhərində yerləşən, kənd təssərrüfatı üçün mütəxəsislər yetişdirən təhsil mərkəzi. == Tarixi == Başqırdıstan Kənd təsərrüfatı institutu SSRİ Xalq Komisarlar Soveti və Mərkəzi İcrayiyə Komitəsinin 23 iyul 1930-cu ildə 237 saylı qərarı ilə təşkil edilmişdir. İnstitut Ufa Din Seminariyasının binasında yerləşirdi. Təhsil müəssisəsi 1 oktyabr tarixində fəaliyyətə başlamışdır. 1941-ci ildə institut Ufa şəhəri, Karl Marks küçəsi, ev № 3 ünvanında yerləşirdi. Müharibənin ilk illindəcə institutdan cəbhəyə yüz pedaqoq və tələbə yollanmışdır. Müharibənin gedişində 176 aqromon və zootexnik hazırlanmışdır. 1947-ci ilin əvvəllərinə olan məlumatına görə tələbə sayı 533 nəfər təşkil edir: aqronom 237, zootexnika — 156, veterenar — 140. 1993-cü ildə institut "Universitet" statusu almışdır.
Dağlılar Dövlət Aqrar Universiteti
Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi. Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir. Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Don Dövlət Aqrar Universiteti
Don Dövlət Aqrar Universiteti — Şimali Qazqaz regionunda yerləşən ali təhsil mərkəzi. İnzibati baxımdan Rostov vilayəti, Persianov qəsəbəsində yerləşir. Ali təhsil mərkəzinin əvvəlki adı Don kənd təsərrüfatı universiteti idi. Don Dövlət Aqrar Universiteti Rusiyanın aparıcı universitetlərindən biridir. Təhsil mərkəzi 1907-ci ildə təsis edilmişdir. 1962-ci ildə ali təhsil mərkəzinin direktoru professor Panteleymon Efimoviç Ladan seçilir (1908—1983). 1980-ci ildə Don kənd təsərrüfatı universitetinin direktoru Vladimir İvanoviç Stepanov təyin edilmişdir (1938—2002). 2002-ci ildə isə Don Dövlət Aqrar Universitetinin direktoru Anatoli İvanoviç Baranikov təyin edilmişdir. 2013-cü ilin sentyabrından isə bu vəzifəni Aleksandr İvanoviç Klimenko icra edir. Don Dövlət Aqrar Universitetində 6000 tələbə təhsil alır.
Dövlət Aqrar Ticarət Şirkəti
Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti MMC 8 iyun 2018-ci il tarixində təsis edilmişdir. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir. Bu məqsədlə şirkət fəaliyyətini kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətinin artırılması və satışına dəstək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasının təşkili, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək, o cümlədən Strateji Yol Xəritəsindən irəli gələn digər tədbirlərin icrasının təmini istiqamətində təşkil edir. Şirkət Azərbaycanda keçirilən "Organic Food Festival", Caspian Agro, Fransada keçirilən "SIAL" sərgisi, "Planete de Gout (Dad Festivalı)", Moskvada keçirilən "WorldFood" sərgisi kimi konfrans və tədbirlərdə iştirak etmişdir. "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova, direktor müavini Sərxan Sərxanovdur. "Dövlət Aqrar Ticarət Şirkəti" MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir: Ölkə daxilində və xaricində kənd təsərrüfatı məhsullarına olan tələb və təkliflər araşdırılır, alınmış məlumatlar əsasında satış strategiyası hazırlanır; Alıcılar və satıcılar arasında əlaqənin qurulması təşkil edilir; İxracata yönəldilmiş istehsalın təşviqi və yerli məhsulların brendləşməsi üçün lazımi addımlar atılır; Daxili və xarici bazarda kənd təsərrüfatı məhsullarına yaranmış tələbə uyğun olaraq məhsulların istehsal həcminin artırılması məqsədilə istehsalçılara tələb olunan maliyyə dəstəyinin verilməsində köməklik göstərilir; Xarici ölkələrin rəsmi qurumları və beynəlxalq təşkilatlarla danışıqlar apararaq məhsulların birgə istehsala hazırlığı və satışı təşkil edilir; İxrac üçün nəzərdə tutulan yerli məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasında iştirak edilir; İstehsalçılara daxili və xarici bazarın tələbatına uyğun satışın artırılması məqsədilə tövsiyələr verilir; Satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması üçün müvafiq təkliflər verilir; Məhsulların satışı, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübə öyrənilir, bu sahədə kadr hazırlığı və beynəlxalq əməkdaşlıq həyata keçirilir. Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün alternativ satış kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi istiqamətləri üzrə şirkət tərəfindən bir sıra layihələrə start verilmişdir. Həyata keçirilən layihələrdə beynəlxalq təcrübədən istifadə etməklə, yerli bazar üçün real həllər yaratmaq əsas hədəf olmuşdur. Layihənin əsas məqsədi də kəndli-fermerlərin bazara çıxışının asanlaşdırılması, yerli kənd təsərrüfatı məhsullarının qablaşdırılması və brendinqinin təşkili, müxtəlif satış kanalları ilə əlaqələndirmə və yeni satış kanallarının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və kənd təsərrüfatı məhsulları üzrə ticarətin asanlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) –nu birgə layihəsi olan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ layihəsinin əsas məqsədi qısaca olaraq Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınların informasiya, bilik, resurs və bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Qazaxıstan Milli Aqrar Universiteti
Qazaxıstan Milli Aqrar Universiteti (qaz. Қазақ ұлттық аграрлық университеті (ҚазҰАУ)) — Qazaxıstan ərazisində fəsliyyət göstərən aqrar universitet. Universitet 1929-cu ildə təşkil edilmişdir. Əsası 1929-cu ildə Veterenar institutu olaraq təşkil edilmişdir. 1996-cı ildə Almatı Zooveterenar institutu və Qazaxıstan Kənd Təsərrüfatı İnstutunun birləşdirilməsindən Qazaxıstan Milli Aqrar Universiteti təşkil edilmişdir. Universitetin rektoru akademik A. K. Saqadiev təyin edilmişdir. 2001-ci ildə Qazaxıstan Prezidentinin göstərişi ilə universitetə milli ali təhsil mərkəzi statusu verilmişdir. Təhsil aşağıdakı fakultələr üzrə aparılır: Aqrobiologiya və fitosanitariya fakultəsi Texnologiya və bioresurs fakultəsi Veterenar fakultəsi Memə, torpaq və otlaq fakultəsi Hidrodexnika, melorasiyya və biznes fakultəsi Mühəndislik fakultəsi 1929—1930 İ. V. Saykoviç (АZVİ) 1930—1932 L. M. Atayans (АZVİ) 1930—1932 Uraz Kikimoviç Candosov (KKTİ) 1932—1934 М. Т. Yunusov (АZVİ) 1932—1937 Х. D. Çurin (KKTİ) 1934—1936 Е. B. Bayqaskin (АZVİ) 1936—1938 А. F. Ankipenko (АZVİ) 1937—1939 N. М. Beketov (KKTİ) 1938—1940 М. F. Ruzakov (АZVİ) 1939—1940 S. S. Sızdıkov (KKTİ) 1940—1941 S. Ekimov (АZVİ) 1940—1941 А. İ. Sembayev (KKTİ) 1941—1946 D. А. Zıkov (АZVİ) 1941—1943 D. А. Adrianov (KKTİ) 1943—1959 А. J. Jumatov (KKTİ) 1946—1951 А. Y. Derjinski (АZVİ) 1951—1958 F. М. Muxanedqaliyev (АZVİ) 1958—1963 Q. K. Konakbatev (АZVİ) 1959—1961 A. İ. Dorofeev. (KKTİ) 1961—1963 Elubay Bazimoviç Taybekov (KKTİ) 1963—1972 M. Ermekov(АZVİ) 1963—1981 Xaydar Arıstanbekoviç Arldtanbekov (KKTİ) 1972—1983 Z. K. Kojebekov. (АZVİ) 1981—1985 Т. Т. Tazabekov (KKTİ) 1983—1996 K. S. Sabdekov (АZVİ) 1985—1992 B. P. Şax (KKTİ) 1992—1996 Е. J. Jumabekov (KKTİ) 1996—2001 Saqadiev Kenjeqali Abenoviç 2001 — Esopol Tlektes İsabekoviç Ayzik Volfoviç Tonkonoqiy (22.02.1910 - 28.03.1991) - texnika elmləri doktoru (1967), professor (1968).
Qırğızıstan Milli Aqrar Universiteti
Konstantin Skryabin adına Qırğızıstan Kənd Təsərrüfatı İnstitutu — SSRİ və Qırğızıstanda mövcud olan ali təhsil müəssisəsi. Konstantin Skryabin adına Qırğızıstan Milli Aqrar Universiteti (Qırğızıstan Kənd Təsərrüfatı İnstitutu), Qırğızıstan SSRİ Xalq Komissarlığı İdarə Heyətinin "Zoovetinstitutun təşkili haqqında" 30 yanvar 1931-ci il tarixli qərarı əsasında qurulmuşdur. Universitetin təşkili iki il çəkdi və 1933-cü ildə Qırğızıstan Zooloji və Baytarlıq İnstitutu adı ilə işə başladı. 1927-1933-cü illərdə Qırğızıstan ASSR Xalq Komissarları Sovetinin sədri olan Yusup Abdraxmanoviç Abdraxmanov onun yaranmasında birbaşa iştirak etmişdir. Tələbələrin ilk qəbulu 53 nəfər idi. 1938-ci ildə institutda yem istehsalında aqronomların hazırlanması üçün aqronomiya fakültəsi açılmış və eyni zooveterinariya institutunda Qırğızıstan Kənd Təsərrüfatı İnstitutu adlandırılmışdır. 1949-cu ildə orada suvarma və drenaj fakültəsi, 1952-ci ildə kənd təsərrüfatının mexanizasiyası fakültəsi açıldı. 1970-ci ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda İqtisadiyyat fakültəsi açılmışdır. Böyük Vətən Müharibəsinin başlanğıcında, SSRİ Elmlər Akademiyasının Frunze-ya boşaldılmış Bioloji şöbəsi ümumilikdə respublikada və xüsusən kənd təsərrüfatı institutunda kənd təsərrüfatı elmlərinin inkişafına əhəmiyyətli təkan verdi. 1945-ci ilin noyabrından bəri Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna 1943-1952-ci illərdə SSRİ Elmlər Akademiyasının Qırğızıstan filialına rəhbərlik edən görkəmli alim, Sosialist Əməyi Qəhrəmanı - Konstantin İvanoviç Scriabinin adı verilmişdir.
Daşkənd Dövlət Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Aqrar Kredit və İnkişaf Agentliyi
Aqrar Kredit və İnkişaf Agentliyi — Azərbaycandan kənd təsərrüfatının dəstəklənməsi ilə məşğul olan dövlət orqanı. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.