Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Uval
Yamacları hamar və meylli, ətəkləri ətrafdakı sahələrdən kəskin seçilməyən, nisbi hündürlüyü 200 m-dən artıq olmayan uzunsov yüksəklikdir. Məsələn: Rusiya düzənliyində Şimal Uvalları.
Udel
Udel (rus. уде́л) — qədim Rusiyada knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. Richard Pipes. Russia under the old regime. New York: Charles Scribner's Sons. 1974. ISBN 0-684-14826-9. Udel // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Dal
Dal (həmçinin дал, даал; hind. दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Abidin Ünal
Abidin Ünal (1953, Pınarbaşı, Kayseri ili) – türkiyəli hərbçi, köhnə Türk Hava Qüvvələri komandanı. == Həyatı == İbtidai məktəbi Qazancıq ibtidai məktəbində, orta məktəbi Pınarbaşı məktəbində və Qarabük Dəmir-Polad məktəbində tamamlamyan Ünal 1968-ci ildə qatıldığı Ankara Kimya Texniki Məktəbindən 1972-ci ildə məzun olmuş və eyni il Hava Hərb Məktəbinə girmişdir. == Hərbi karyerası == 30 avqust 1975-ci ildə Hava Hərb Mktəbindən leytenant rütbəsi ilə məzun oldu və sırasıyla II Ana Təyyarə Qərərgah Komandanlığı Uçuş Təhsil Mərkəz Komandanlığına və III Əsas Təyyarə Qərərgah Komandanlığı komandnalığına, uçuş və hərbi hazırlıq təhsilini tamamladıqdan sonra iyul 1977-ci ildə III Əsas Təyyarə Qərərgah Komandanlığı, 131-ci Eskadrilya komandanlığına təlimçi pilot olaraq təyin eidlmişdir. 1982-ci ildə qatıldığı Hava Hərb Akadmeiyasından 1984-cü ildə məzun oldu və Hava Hərb Məktəbi Kursant Alayına bölük komandanı kimi təyin edildi. 1987-ci ildə ilk F-16-ı ilə birlikdə həərkat icra zabiti və təlimçi pilot olaraq, 1989-cu ildə 142-ci Eskadrilya komandanlığına F-16 komandiri olaraq xidmət etdi. 1990-cı ildə MSB-16 Sistem İdarə Dairə Başqanlığında layihə zabiti olaraq xidmət etdi. 1991-ci ildə 162-ci Eskadrilya komandanlığı F-16 həərkat zabiti olaraq xidmət etdi. 1992-ci ildə bir il müddətlə İngiltərə Kraliyyət Hava Hərb Akademiyasına qatıldı. 1993-cü ildə 192-ci Eskadrilyta komandanlığının F-16 komandanlığı vəzifəsini qəbul etdi. === 1994–2002 === 1994-cü ildə Baş Qərərgah Plan və Prinsiplər Başqanlığı Silahsızlanma və Beynəlxalq Əlaqələr şpbəsində layihə zabiti olaraq çalışdı və 1995-ci ildə Vyanadakı AGİT Türkiyə Daimi Təmsilçiliyi Hərbi müşavirliyinə təyin edilid.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən AFC Bournemouth komandasının futbolçusudur. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həm də 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Engin Ünal
Engin Ünal (30 sentyabr 1936, Çanqaya, Ankara ili – 11 sentyabr 2016) — Türkiyəli keçmiş üzgüçü. Engin Ünal Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Engin Ünal birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:49.0 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Qütbönü Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimaldakı Lyapin (Xulqa) çayının mənsəbindən (65 (40 'N) cənubda Telposiz ( təxminən 1617 m hündürlük) dağına qədər uzanan, Rusiyada bir dağ sistemi. Şimal-şərqdən cənub-qərbə 230 km məsafədə uzanır. Eni isə 150 km-ə qədərdir. Qütbönü Ural Ural dağlarının ən yüksək hissəsidir. Ural dağlarının ən yüksək nöqtəsi olan Narodnaya dağı (1894.5 m) burada yerləşir. , Alp relyefi ilə fərqlənən daha çoxlu zirvələri vardır: Manaraqa (1662 m), Kolokolnya (1724 m), Zaşita (1808 m), Mansi-Nyor (Didkovski) ( 1778 m), Sverdlov (təxminən 1800 m), Komsomol (1729.4 m). Ən yüksək zirvələr - Narodnaya, Manaraqa, Karpinski, Kolokolnya, Nyoroyka - 1600 m-dən çox olan hündürlülər. Yuqıd Va Milli Parkının mərkəzi hissəsindəd yerləşir. 2009-cu ilin dekabr ayında Qütbönü Uralın Komi Respublikasındakı adsız dağ zirvələrindən biri (65º 04.4 'N 59º 57.5' E, 1582 m) " Müqəddəs Stefan Permiski dağı" olaraq adlandırılır.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Səlcuq Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Ural (Baymak)
Ural (başq. Урал, rus. Урал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Urqaza): 25 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 75 km.
Ural (Uçalı)
Ural (başq. Ҡоҙаш, rus. Кудашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 23 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (93 %) üstünlük təşkil edir.
Ural (Əbyəlil)
Ural kəndi (başq. Урал) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ural kəndinin milli tərkibi: başqırdlar 77 %. Məsafələr: rayon mərkəzindən (Askar): 58 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 15 km. Совет муниципальных образований Республики Башкортостан.
Ural Batır
Ural Dağları
Ural dağları — Şimal Buzlu okeanından Xəzər dənizinə doğru uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran, Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstan dövlətləri ərazisində olan dağ silsiləsi. Şimalda Aralıq dənizi, cənubda Qazaxıstana qədər uzanan bu dağlar 2000 km uzunluqları ilə Avropa və Asiya arasında bir sərhəd materikində yerləşirlər. 63° Şimal paralelinin şimalında olan Şimal Urallar incə bir lent halındadırlar. Təpələrinin ortalama yüksəkliyi 900 m olan bu dağların bəzi zirvələri 1500 m-ə çatır, ən yüksək təpəsi olan Narodanın yüksəkliyi 1855 m-dir. Orta və Cənub Urallarda ortalama yüksəkliklər daha alçaqdır. Cənuba endikcə silsilə 250 km genişliyin üzərinə çıxar. Cənub Urallar Suerdlovsk boşluğunun cənubunu örtərlər. Ural çevrəsiylə bəslənən başlıca çaylar; Pechora, Ob, Ural və Emba çaylarıdır. Şimal Sibiryanın sərt iqliminə səbəb qərbdən gələn küləklərin qarşısını alan Ural Dağlarıdır. Bu dağların coğrafik şəkilləri qranit və somaki daşlarından və yamaclardakı Paleozoik təbəqələrdən meydana gəlir.
Ural FK
Ural FK – Rusiya Premer Liqasında çıxış edən klub. Ural Yekaterinburq şəhərini təmsil edir. Klub 1930-cu ildə yaranıb.
Ural Han
Ural Xan
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Ural dilləri
Ural dilləri — Üç budağa: fin, uqor və samodiy budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar), eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna – komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa qrupuna: dağ və düzən marilər, erzya-mordva, mokşa-mordva dilləri daxildir. Uqor budağı macar, uqor, mansi (voqul) və xanti (ostyak) dillərinə ayrılır. İndiki Dunay çayı boyunda yaşayan macarlar bu yerlərə IX əsrdə Cənubi Ural çöllərindən gəlmişlər. Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və selkun dillərindən təşkil olunmuşdur. Fin-uqor və samodiy dillərinin qohumluğunu Emil Setlyar təsdiq edib.. Kiril qrafikalı əlifbalı dillər siyahısı Напольских В. В. Введение в историческую уралистику.
Ural çayı
Ural - Şərqi Avropada çay. Rusiya, Qazaxıstan ərazilərindən keçib Xəzər dənizinə tökülür. Uzunluğu 2.428 km, hövzəsi 237.000 km². Mənsəbi Xəzər dənizi sayılır və illik axım 8,1 km3.Qışda donur , yayda isə daşır.Səbəbi:Qışda mənbəyindəki buzlaqların əriməsidir.
Uyal (Şaran)
Uyal (başq. Уял, rus. Уялово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (94%) üstünlük təşkil edir.
Uçdal (Həştrud)
Uçdal (fars. اوشندل‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 891 nəfər yaşayır (199 ailə).
Ural-4320
Ural-4320 — Təkər formulu 6x6 olan yük maşını 1977-ci ildə Ural Avtomobil Zavodunda istehsal olunub. Buraxılma tarixi – 1977 Uzunluğu – 7366mm Eni – 2500mm Hündürlüyü – 2715mm.