Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Sun Yujun
Sun Yujun (30 yanvar 1987) — Çini təmsil edən su poloçusu. Sun Yujun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yujun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
Uzun Həsən
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Uzun divarlar
Uzun divarlar q.yun. Μακρά Τείχη) — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. G. E. M. de Ste. Croix. The Origins of the Peloponnesian War. Duckworth and Co., 1972. ISBN 0-7156-0640-9 Fine, John V. A. The Ancient Greeks: A Critical History.
Uzun gecə
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Uzun hücumçu
Uzun hücumçu və ya 4 nömrə basketbolun əsas 5 mövqeyindən biri. Bu mövqedə olan oyunçular səbət altında mərkəz mövqedəki oyunçuya yardım edir. Lazım gəldikdə belə basketbolçular kənara çıxıb atışlar da ata bilirlər. Bu mövqedəki oyunçuların ribaund qabiliyyəti yüksəkdir. Mərkəz mövqedəki basketbolçulardan qısa, qısa hücumçu mövqeyindəki oyunçulardan , adətən, uzun olurlar. Lakin çox cəhətli basketbolçulardır. NBA-də uzun hücumçuların boyları təxminən 2.03 m-dən (6'8" ) 2.13 m-ə (7'0") qədər, WNBA-də isə 1.85 m-dən (6' 1") 1.93 m-ə (6' 4") qədər olur.
Uzun il
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
Uzun kurkuma
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Uzun körpü
Uzun körpü — Ədirnədə, Ergene çayı üzərində, Anadolu ilə Balkanları bir-birinə bağlayan yeganə körpü və dünyanın ən uzun daş körpüsüdü. Keçmiş adı Ergene köprüsüdür(Cisri Ergene). Körpünün adı Ədirnə Uzunkörpü ilçəsinə vermişdir. Uzun körpü 1426–1443-cü ildə Osmanlı sultanı II Murad tərəfindən, dövrün baş memarı Müslihiddinə tikdirilib. Körpünün tikintisində baş memar Usta Muslihinddin ilə Memar Mehmed birlikdə çalışmışdılar. 1392 metr uzunluğu, 6.80 metr enində olan körpünün 174 kəməri vardır və 4 il ərzində inşa edildi. Kəmərlərinin bəziləri kəskin, bəziləri girdədir. Körpünün hündürlüyü və eni yer yer dəyişir. Bəzi bölmələrində selyaranlar və üstündə eyvanlar var. Daş sütunlar arasında fil, şir, quş fiqurları diqqət çəkir.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Uzun topalaq
Uzun topalaq (lat. Cyperus longus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Chlorocyperus longus (L.) Palla Eucyperus longus (L.) Rikli Pycreus longus (L.) Hayek Cyperus longus subsp. badius (Desf.) Bonnier & Layens Cyperus longus subsp.
Uzun usneya
Uzun usneya Elmi adı - Usnea longissima Ach. (usnea laricina Vain.) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur. Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur.
Ənvər Uzun
Ənvər Uzun (türk. Enver Uzun; 18 iyul 1958, Ağcaabad, Trabzon ili) — Türkiyə ədəbiyyatşünası, folklorçusu, tərcüməçi və publisisti. Filologiya üzrə elmlər doktoru 1997, Azərbaycan Yazıçılar Birliyinin üzvü 2005. Ənvər Uzun 18 iyul 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olmuşdur. 1969-cu ildə ibtidai məktəbi, 1972-ci ildə orta məktəbi, 1975-ci ildə litseyi bitirmişdir. 1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirmişdir. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərmişdir (1991–1996). Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olmuşdur (2002-2007). Trabzon Yazarlar Birliyinin (1996), Anadolu Basın Birliyinin (2000), Dünya Gənc Türk Yazarlar Birliyinin (2002), Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvüdür.
Uzun ev
Uzun ev (hərfi tərcümədə ing. longhouse) — arxeologiya və antropologiyada tək otaqlı uzun dar ev növü. Tarixin müxtəlif dövrləri və tarixdən əvvəlki Avropa və Kolumbiyadan əvvəlki Amerikadan müasir Asiyaya qədər müxtəlif xalqlar üçün xarakterikdir. Bu, pastoral mədəniyyət üçün ən xarakterikdir və çox vaxt bütün iqtisadiyyatı birləşdirir: yaşayış yeri, heyvanlar üçün tövlə və anbar. Tipik olaraq, Avropadakı Neolit dövrü uzun evi, orta əsr Dartmur uzun evi və hindi uzun evi də daxil olmaqla, daimi taxta tikintinin erkən formasını təmsil edirdi.
Uzun illər
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
Xie Jun
Se Tszyun (çin 謝軍, pinyin Xie Jun; 30 oktyabr 1970) — Çinli şahmat qrosmeysteri. İki dəfə qadınlar arasında şahmat üzrə dünya çempionu, Yelizaveta Bıkovadan sonra bu adı iki dəfə qazanmış ikinci şahmatçı. 1991-ci ildə Se Tszyun Ye Rongguangdan sonra Çinin ikinci qrosmeysteri oldu. O, birinci məşqçisi olmuş sinqapurlu qrosmeyster Vu Şaobinlə ailə həyatı qurub.
Yanq Jun
Yanq Jun (28 aprel 1988) — Çini təmsil edən su poloçusu. Yanq Jun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Yanq Jun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Yanq Jun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. == Süjet == Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Kim De Çjun
Kim De Çjun (6 yanvar 1924 – 18 avqust 2009[…]) — Cənubi Koreyanın 15-ci prezidenti (1998–2003). == Həyatı == 1998–2003-cü illərdə ölkəyə rəhbərlik etmiş Kim De Çjun demokratik quruculuq və Şimali Koreya ilə barışığa görə Nobel Sülh mükafatına layiq görülüb.
Pon Çjun Ho
Bong Joon-ho (14 sentyabr 1969, Tequ) — Cənubi Koreyalı rejissor, prodüser.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Almaniya üçün Alternativ
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — 2013-cü ildə yaradılmış Almaniya siyasi partiyasıdır. AfD Almaniyada avroskeptik, milliyyətçi və mühafizəkar populist siyasi partiya kimi xarakterizə olunur. Partiya 2017-ci il federal seçkilərində Bundestaqa (Almaniya parlamenti) daxil olmuşdur və hazırda ölkənin bütün 16 əyalət parlamentində təmsil olunur. AfD-nin yüksəlişi, Almaniya və Avropa siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. == Tarixi == ==== Quruluşu və İlk İlləri (2013–2015) ==== AfD, 6 fevral 2013-cü ildə Frankfurtda bir qrup iqtisadçı, jurnalist və akademik tərəfindən quruldu. Partiyanın qurucu liderləri arasında iqtisadçı Bernd Lucke, jurnalist Konrad Adam və hüquq professoru Alexander Gauland var idi. AfD-nin qurulmasında əsas motivasiya, Avro böhranına qarşı narazılıq və Almaniyanın Avrozonadan çıxması tələbi idi. Partiya, avronun Almaniya iqtisadiyyatına zərər verdiyini və Almaniyanın Avropa Birliyi (AB) tərəfindən borclu ölkələrə maliyyə yardımı etmək məcburiyyətində qaldığını iddia edirdi. AfD, qurulduğu ilk gündən etibarən sürətlə böyüdü və 2013-cü ilin sentyabr ayında keçirilən federal seçkilərdə %4.7 səs topladı.