Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Usolye
Usolye — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir
USMLE
Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir . USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir. USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz. USMLE imtahanı 3 mərhələdən ibarətdir.. Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.
Uşilu
Ər Uşilu Şanyü (v. e.ə. 101) — Hunların yeddinci şanyüsü. Ər Uşilu Şanyü uşaq yaşda taxta çıxmış və cəmi 3 il hakimiyyətdə qalmışdı. Onun dövründə Hunlar Çinlilərə bir çox döyüşdə qalib gəlmişdi. Özü isə eramızdan əvvəl 102-ci ildə xəstələnərək çox cavan yaşda öldü.
Şilim
Şilim — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidinin tərkibində kənd. Əhalisi 388 nəfərdir. Bəzi tədqiqatçıları görə, oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrifə uğramış formasıdır. Yaşayış məntəqəsi ləpədöyəndə yerləşdiyi üçün belə adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Betula utilis
Betula utilis (lat. Betula utilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Euseius utilis
Euseius utilis (lat. Euseius utilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nectandra utilis
Nectandra utilis (lat. Nectandra utilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Syzygium utilis
Syzygium utilis (lat. Syzygium utilis) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Tsilin kilsəsi
Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen S'ilin Gergeś) — Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kilsə. Erməni mənbələrində adı Müqəddəs Tanrının Anası Kilsəsi (erm. Սուրբ Աստվածածին եկեղեցի (Surb Astvatsatsin yekeğets’i)) kimi xatırlanır. Kəndin aşağı (udi s'ilin) məhləsində yerləşən kilsəni kəndin yuxarı (udi bulun) məhləsindəki Bulun kilsəsindən fərqləndirmək üçün yerlilər ona sadəcə Tsilin kilsəsi də deyirlər. Müasir kilsənin əsası 1866-cı ildə qoyulub, tikinti 1869-cu ildə bitib. Kilsə həmin il keşiş Aristakes tərəfindən təqdis edilib və istifadəyə açılıb. Tikintiyə maliyyə yardımı edənlər arasında Qalust Yüzbaşı və Xaçatur Yeğiazaryan adlı udi donorların adları çəkilir. İki mərtəbəli sakristiya və yarımdairəvi tağları olan Silin kilsəsinin uzunluğu 20.52, eni isə 11.56 metrdir. O, Müqəddəs Yelisey kilsəsinin arxitektural kompozisiya xüsusiyyətlərini bölüşür. Birincinin tağlı örtüyü iki cüt xaçşəkilli sütunla dəstəklənir.
Usolye-Sibirskoye
Usolye-Sibirskoye (rus. Усолье-Сибирское) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Uşişir adaları
Uşişir adaları (rus. Ушишир) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar qrupu iki adadan ibarətdir:Yakiç və Ruyponkitya. Adaların ümumi sahəsi 5 km² təşkil edir. Adalar qayalıqlardan ibarətdir. Burada bir çox quşlar yuva qurur (ağılsızlar, qarabatdaqlar, ördəklər və s.). Adalara vaxtı ilə tülkü gətirilmişdir. Hazırda sayları azdır.
İrina Tsilık
İrina Andreyevna Tsilık (ukr. Іри́на Андрі́ївна Ці́лик; 18 noyabr 1982, Kiyev) — Ukraynalı kinorejissor, yazıçı, nasir, bir çox mahnı sözləri, poetik və nəsr əsərlərinin müəllifi. Ukraynanın əməkdar artisti (2020), Ukrayna Ukrayna PEN klubunun üzvü. “Yer sanki naringi kimi, mavi” sənədli filminə görə ən yaxşı rejissor nominasiyasında Amerika Sandens Film Festivalının (2020) qalibidir. İrina Tsilık Kiyevdə anadan olub. 2004-cü ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini fərqlənmə diplomu ilə bitirib. O, film istehsalı sahəsində rejissor kimi çalışır. O, bir neçə şeir, nəsr toplularının və uşaq nəşrlərinin müəllifidir. Çoxsaylı ədəbi festivalların və mədəni tədbirlərin ("Poesiefestival Berlin-2017", "Vyana Book Fair-2017", "Leipzig Book Fair-2017", "Frankfurt Book Fair-2016", "Lyrik für Alle" (Babelsprex konfransı, Salzburq) iştirakçısı , 2016), "Meridian Czernowitz" (2015-2016), Vilnüs Kitab Sərgisi - 2016 "Müəlliflərin Oxumaları Aylığı" (Çexiya, Slovakiya, 2016), "Vilenitsa mükafatı" (Sloveniya, 2008) və s.). Fərdi əsərlər alman, ingilis, polyak, fransız, isveç, çex, litva, rumın və katalan dillərinə tərcümə edilmişdir.
Salvia utilis
Salvia virgata (lat. Salvia virgata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Asılı dərə
Asılı gətirmələr
Kristina Siliç
Kristina Siliç (15 may 1990-cı ildə anadan olub) — Belarusu təmsil edən qadın badmintonçu.
Silvə (Piranşəhr)
Silvə (fars. سيلوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 919 nəfər yaşayır (168 ailə).
Usalı oymağı
Usalı oymağı — Avşar elinin qollarından biri. Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi. Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı. Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587–1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır.
Üsuli-Cədid
Üsuli-cədid (yeni üsul) — Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsuli-cədid məktəblərində dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm.1894), M.M.Nəvvab tərəfindən Şuşada (təxm.1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır. Mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmişdir.
Üsuli-Kafi
əl-Kafi ((ərəb. الكافي‎)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir. İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir. «Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriət və əhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir.
Asilə şəhəri
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.