Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bustamit
Bustamit – mineral (Mn, Ca)3[Si3O9]. == Haqqında == Yohansenitin yüksək tempraturlu triklinik polimorf modifikasiyasıdır. Dənəvər və radial aqreqatları var. Rəngi çəhrayıdan qırmızı ya dəkvəbozdur. Sərtliyi 5,5–6,5, sıxlığı 3400 kq/m³. Təmas-metasomatik və mineralın metamorfizmə uğramış çökmə yataqlarında, bəzən hidrotermal yataqlarda rast gəlinir. == İstinadlar == == Xarici keçidlər == Minerallar Bustamit // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 120.
Rustavi
Rustavi (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur. == Tarixi == 1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı. Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi. == Coğrafi mövqe == Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir . == Əhali == 2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir.
Rustavi (ansambl)
Rustavi Ansamblı və ya Gürcüstan Dövlət Akademik Ansamblı, 1968-ci ildə bəri yeddi nəsil əhatə edən görkəmli gürcü musiqiçi, müğənni və folklorşünası Anzor Erkomaişvili tərəfindən yaradılmış Gürcüstan xalq musiqisi ansamblıdır. Yarandığı gündən bəri Rustavi ansamblı dünyanın 80-dən çox ölkəsini uğurla gəzmiş və 5000 -dən çox (bəzi ölkələrdə bir neçə dəfə) konsert vermişdir. == Xarakteristika == İş və müharibə üçün mahnı və rəqslər, möhtəşəm geyimlər, özünəməxsus gürcü üslubu polifonik oxuma və zəngin səslər Rustavi Xorunu xarakterizə edir. Üst -üstə düşən, davamlı hərəkət edən ahəngləri ilə müqəddəs ilahiləri səsləndirirlər. Rustavi həm də milli və müxtəlif ənənəvi rəqsləri yüksək keyfiyyətlə ifa edir. Mükəmməl kostyumlar, parlaq performans və zərif xoreoqrafiya ansamblın işinin keyfiyyət göstəricisidir. Erkomaişvilinin bu işə baxışı, bütün Gürcüstandan etnoqrafik olaraq orijinal musiqi ifa edərkən regional üslubların etnik sərhədlərini aşmaq idi. Ansamblın ifa tərzi ənənəvi regional xalq xorlarının güclü, kobud səsli səciyyəvi xüsusiyyətlərini günümüzdə getdikcə daha çox beynəlxalq miqyasda konsert təqdimatına yönəlmiş daha yeni, daha təmiz, daha incə biləkli bir estetiklə sintez edir. Ansambl üzvləri orijinal səslərini və səs tembrlərini qorumağa və bəzi hallarda yenidən yaratmağa çalışarkən daha möhkəm, daha parlaq harmoniyalar yaratmaq üçün əvvəlki xorların istifadə etdiyi mürəkkəb tərəziləri sadələşdirdilər. Müəyyən mahnılarda daha az sayda müğənninin istifadəsi də onların musiqi quruluşunu aydınlaşdırmağa kömək etdi.
Rustavi FK
Metallurq Rustavi – Gürcüstanın futbol klubu. == Tarixi == Sovet vaxtında klub “Metallurq” (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda “Qorda” və FC Rustavi adı altında çıxış edib. SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra - 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi - 1973, 1974, 1977-1979, 1982-1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb. 1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi. 1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi “Kəpəz” idi.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Metallurq Rustavi FK
Metallurq Rustavi – Gürcüstanın futbol klubu. == Tarixi == Sovet vaxtında klub “Metallurq” (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda “Qorda” və FC Rustavi adı altında çıxış edib. SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra - 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi - 1973, 1974, 1977-1979, 1982-1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb. 1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi. 1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi “Kəpəz” idi.
Rustavi International Motorpark
Motor yarışlarının keçirildiyi “Rustavi Beynəlxalq Motorparkı” Gürcüstanın paytaxtı Tbilisi şəhərindən 20 km cənub şərqdə yerləşir. == Tarix == SSRİ-də sonuncu Sürətli Avtomobil Yarış Meydanı Gürcüstan Respublikasının Rustavi şəhərində tikilmişdir. 1978-ci ildə istifadəyə verilmiş Sürətli Avtomobil Yarış Meydanının ərazisi sxemi üzrə yolun START xəttindən FİNİSH xəttinə kimi uzunluğu 2.5 (4 km) mil və eni 18 (59 fut) metr təşkil edir. Döngələrdə yolun eni 14 (46 fut) metr, düz hissədə isə yolun eni 12 (39 fut) metrdir. Kartinq, avtomobil və motosiklet yolları da bütövlükdə bu kompleksə daxildir, həmçinin azarkeş tribunası 500-800 nəfərlikdir. Texniki bina (təlim-məşq binası) və Mehmanxana həmin meydanın yaxınlığında yerləşmişdir. Burada ilk dəfə yarış 1979-cu ildə təşkil olunmuşdur. 1989-cu ilə kimi bu yarış meydanı SSSR-nin 11 çempionatına ev sahibliyi etmiş, 1989-cu ildən 2009-cu ilə kimi isə yarış meydanı fəaliyyətini dayandırmış və dağılaraq istifadəsiz (yararsız) vəziyyətə gəlmişdir. 2009-cu ildə isə özəl şirkət olan STROMOS dövlət auksiyonunda bu ərazini satın almış və təmir-bərpa işlərinə başlamışdır. == Yarış meydanının yenidən qurulması == Hal-hazırda yarış meydanında konfiqurasiya dəyişiklikləri edilərək yenidən tikilmişdir.
Azərbaycan SSR neft ustası
Azərbaycan SSR neft ustası (azərb-kiril. Азәрбајҹан ССР нефт устасы) — Azərbaycan SSR-də neft sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR neft ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 19 avqust 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri adla Azərbaycan SSR-in neft sənayesi sahəsində ən yeni texnikanı tətbiq etmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, görkəmli ixtiraçılıq fəaliyyəti göstərmək istiqamətində fərqlənmiş neft sənayesi fəalları (staxanovçular), eləcə də mühəndis-texniklər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR pambıq ustası
Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Eldar Əliyev (balet ustası)
Eldar Əliyev (1957, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı balet ustası, Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri. == Həyatı və sənət fəaliyyəti == Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966–1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil almışdır. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlamış, 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutmuşdur. 1979–1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olmuş, "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa etmişdir. 1988-ci ildə Yuri Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırmışdır. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış etmişdir. 1991–1992-ci illərdə "Kirov teatrının və Böyük teatrın ulduzları" adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olmuşdur. 1992-ci ildə "Indianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-yə köçmüş və 1994-cü ildən 2005-ci ilədək "Ballet Internationale" adlı truppanın rəhbəri olmuşdur. 1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınadı və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verdi.
Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.
Azərbaycanın Əməkdar İdman ustası
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
Azərbaycan SSR tətbiqi incəsənət ustası
Azərbaycan SSR tətbiqi incəsənət ustası (azərb-kiril. Азәрбајҹан ССР тәтбиги инҹәсәнәт устасы) — 7 may 1960-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-də tətbiqi incəsənətin inkişafında xüsusi xidmətləri olan ən tətbiqi incəsənət xadimlərinə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.