Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ttok
Ttok (kor. 떡) – Koreya mətbəxində müxtəlif taxıl unu və qlütenli, yaxud qlütensiz düyüdən hazırlanan düyü keksi. Ümumiyyətlə bu keksin hazırlanmasında düyü əsas tərkib hissəsi kimi istifadə olunur, lakin bununla yanaşı kartof nişastası və digər dənli bitkilər də istifadə olunur, həmçinin ləzzət qatmaq üçün müxtəlif növ maddələr də əlavə edilir. Ttok düyünün əsas yemək kimi yeyildiyi Cənub-şərqi Asiya və Şərqi Asiyada daha çox yayılmışdır. Koreyada insanlar bayram və toy mərasimləri kimi şənliklərdə və ya festivallarda çoxlu düyü keksi hazırlayırlar. == Mənşəyi və tarixi == Əkinçilik başladığı zaman insanlar taxılı dəyirmandə üyüdürdülər və onu buxarda bişirirdilər. Yəni başqa sözlə desək, düyüdən əvvəl düyü keksi əsas yemək kimi yeyilirdi. Koreyada Üç Krallıqdan öncəki dönəmdə saxsı qab olan şiru kəşf edildi və qazanın ixtirasından əvvəl düyü keksinin bu saxsı qablarda buxarda hazırlanaraq əsas yemək kimi yeyildiyi ehtimal olunur. Ancaq Üç Krallığın dövründə qazanın düzəldilməsi ilə düyü keksi öz yerini düyüyə təhvil verdi, lakin əcdadlar üçün edilən ayinlər zamanı düyü keksi yeyilməyə davam edilirdi. Əkinçilik dönəmindən əvvəl ritual olaraq mal-qaradan istifadə edilir və ətindən yeyilirdisə, əkinçilik dönəmində işçi qüvvəsi kimi istifadə olunan heyvanların əvəzinə düyü keksləri yeyilirdi.
Ukok
Ukok – Rusiya Federasiyasında yerləşən yayla == Coğrafiyası == Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Ttok-qalbi
Ttok-qalbi (kor. 떡갈비) – qiymələnmiş qısa mal qabırğasından hazırlanan Koreya mal əti yeməyi. İlk əvvəllər saray yeməyi olan ttok-qalbi, hazırda Koreya yarımadasının mərkəzi qərb hissəsindəki Qyonggi əyalətinin Qvanqcu və Yanqcu bölgələrinin və cənub-qərb hissəsindəki Cənubi Colla əyalətinin Damyanq və Hvasun bölgələrinin təmsili yeməyidir. == Etimologiya == Ttok-qalbi sözünün hərfi mənası "keks qabırğaları"-dır, ttok "düyü (və ya digər dənli bitkilər) keksi" və qalbi "qabırğa" deməkdir. Bu ad yeməyə görünüşü ttok-a bənzədiyi üçün verilmişdir. Mal ətinin yoğurulması və şəkilləndirilməsi prosessi düyü keksinin hazırlanma prosessi ilə eynilik təşkil edir. Yeməyin son halı da düyü keksi kimi yumuşaq və zərifdir. Ttok-qalbi sözünün 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərindən başlayan nisbətən qısa bir tarixi var. Bundan əvvəl yemək mənası "böyüyə hörmət qabırğaları" olan hyo-qalbi və ya no-qalbi -"ağsaqqal qabırğaları" adlanırdı, çünki dişləri qabırğa sümüklərindən əti dişləmək üçün çox zəif olan yaşlı insanlar üçün bir yemək idi. Həm hyo-qalbi, həm də no-qalbi terminləri Coson krallığı dövründə (1392-1897) istifadə edilmişdir.
Ukok şahzadəsi
"Ukok şahzadəsi" — 1993-cü ildə Rusiyanın Altay diyarında yerləşən Ukok yaylasındakı kurqandan tapılmış qadın mumiyası. == Tapıntının tarixi == Altay dağ silsiləsində yerləşən Ukok (monqolca Tavan-Boqdo-Ula) yaylası monqol və çinli buddistlər üçün müqəddəs məkan sayılır. Altayda yaşayan türk xalqları üçün də bu yerlər müqəddəsdir. 1993-cü ildə abidələrlə bol olan bu yaylada rus alimi, tarix elmləri doktoru Natalya Polosmakın rəhbərliyi altında aparılmış qazıntılarda maraqlı tapıntı aşkar edildi. Yayladan keçən Ağ Alaxa çayının mənsəbində aşkar edilmiş kurqanların birində, donmuş torpaq qatı altında çox yaxşı vəziyyətdə qalmış qadın mumiyası var idi. Tədqiqatların nəticəsinə görə, elmdə "Ukok şəhzadəsi" adlanan mumiyalanmış qadın "Pazırık" dövründəki türk cəmiyyətinin orta təbəqəsinə aid bir əsilzadə idi. Hal-hazırda mumiya aparılmış olduğu Novosibirsk arxeologiya və etnoqrafiya muzeyində saxlanılır. 1995-ci ildə isə, yenə də Ukok yaylasında akademik Vyaçeslav Molodinin rəhbərliyi altındakı ekspedisiya ortabab vəziyyətdə olan kişi mumiyasını da aşkar etdi. Bu mumiya da Novosibirskə aparıldı. Altayın türk cəmiyyətləri 90-cı illərin ikinci yarısından etibarən həmin mumiyaların geri qaytarılmasında israrlıdır.Altaylılar bu mumiyaları öz mifik türk əcdadları ilə bağlayır, heç bir əsas olmadan bu mumiyaların Novosibirskdə saxlanılmasını yerli türk mədəniyyətinin talanması kimi qiymətləndirirlər.
Ütük səhləb
Tik-Tok
Bu terminin başqa mənası da var, bax: Tik-Tok Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı.. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F.Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Tok-şou
Tok-şou (ing. Talk show) — Televiziya və ya radio kanallarında təbii söhbət üzərində qurulmuş janr. Tok-şou digər televiziya proqramlarından müəyyən ümumi tərzi ilə seçilir. Tok-şouda bir nəfər (və ya bir qrup insan və ya qonaq) bir aparıcının irəli sürdüyü müxtəlif mövzuları müzakirə edir. Bu müzakirə mühüm ictimai, siyasi və ya dini mövzular və hadisələr haqqında bir reportaj və ya sadə bir söhbət şəklində ola bilər.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. == Yerlilər == Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. == Tarixi == Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. == Tarixi == 1863-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Atom
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) - "bölünməz") — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir. == Atom modelləri == Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir. === Demokrit- Levkipp modeli === Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Aton
Aton Qədim Misirin Qədim dövrünə aid günəş tanrısı. Qədim Misirdə XVIII sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən hər şeyin başlağıcı kimi tək tanrı günəş tanrısı kimi tanılaraq qəbul edilmiş və ona e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misirdə sitayiş edilmişdir. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Ftor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Hook.
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. == Nəşr olunmuş əsərləri == Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). == Vilyam Cekson Hukerin şərəfinə adlandırılmış taksonlar == Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) === Növlər === Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.