Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Naoyuki Fucita
Naoyuki Fucita (d. 22 iyun 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nikol Fucita
Nikol Fucita (藤田 ニコル, Fucita Nikoru, 20 fevral 1998, Yeni Zelandiya) – Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir. Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır.
Qızıl unitaz
Qızıl unitaz (italyanca: Bidone d’oro) — İtaliya A seriyasının ən bərbad futbolçusuna verilən mükafat. İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) "Qızl unitaz"a "layiq görülüb". 2009-cu ildə isə bu mükafata Yuventus klubunun futbolçusu Felipe Melo layiq görülüb.
Toşiya Fucita
Toşiya Fucita (d. 4 oktyabr 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 3 qol vurub.
Unitar dövlət
Dövlət — vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır: Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası Vahid hüquqi sistem Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur.
Vaqif Ucatay
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu – 20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006). Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Tsuquharu Fucita
Tsuquharu Fucita (藤田 嗣治, Fucita Tsuquharu, 27 noyabr 1886[…], Tokio[d] – 29 yanvar 1968[…], Sürix) və ya Leonard Fucita (fr. Léonard Foujita) – yaponəsilli Fransa rəssamı. Tsuquharu Fucita 1886-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1910-cu ildə Tokio İncəsənət Universitetindən məzun olmuşdur. 1913-cü ildə Paris şəhərinə köçmüş, Pablo Pikasso, Xaim Sutin və Amadeo Modilyani kimi rəssamlarla tanış olmuşdur. O, Paris məktəbinin rəssamı olmuş və Fransada yaşamağa başlamışdır, lakin mütəmadi olaraq Yaponiyaya səyahətlər etmişdir. İkinci Dünya müharibəsi illərində Yaponiyaya qayıtmış və ordu üçün memorial döyüş əsərləri çəkmişdir. 1949-cu ildə Yaponiyanı həmişəlik tərk etmiş, 1 il ABŞ-də yaşadıqdan sonra Fransaya qayıtmışdır. 1955-ci ildə Fransa vətəndaşlığı almış və 1957-ci ildə "Fəxri legion" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildə katolikliyə keçərək Leonard adını götürmüşdür.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Acita Kesakambala
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu. O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir. Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir.
Atsuto Uçida
Atsuto Uçida (27 mart 1988[…]) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 2 qol vurub.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Hifuyo Uçida
Hifuyo Uçida — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryohey Uçida
Ryohey Uçida (内田 良平, Uçida Ryohey, 11 fevral 1874, Fukuoka – 26 iyul 1937) – Yaponiya siyasi fəalı və ultranasionalisti. O, 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır. Ryohey Uçida 1874-cü ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur. Toyama Mitsurunun tələbəsi olmuş və Qara dəniz cəmiyyətinə qoşulmuşdur. 1894-cü ildə Koreyada başlamış Tonhak üsyanı zamanı üsyançılara kömək etmişdir. 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır. O, Yaponiyanın Asiya qitəsində yayılmasını dəstəkləmiş, Rusiyanı Yaponiya üçün ən böyük təhlükə hesab etmişdir. Rusiya əleyhinə kitablar və pamfletlər yazmış, Rusiyanın Asiya qitəsindəki fəaliyyətlərini öyrənmək üçün Vladivostoka səyahət etmişdir. 1903-cü ildə Tayro Doşikay adlı antirus hərəkatına qoşulmuşdur. 1905-ci ildə Rus-yapon müharibəsini başa çatdıran Portsmut müqaviləsinin şərtləri onu qane etməmiş və hökumətə qarşı keçirilən etiraz aksiyalarına başçılıq etmişdir.
Uçida Mitsuqi
Uçida Roan (内田魯庵, 27 aprel 1868, Edo[d], Tokaydo[d] – 29 iyun 1929) və ya əsl adı ilə Uçida Mitsuqi (内田貢) – Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır. Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş və ingilis dilini özü öyrənmişdir. 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir. Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır. 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur. Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur. O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir. Uçidanın bu tərcüməsi Kitamura Tokoku və Toson Şimazakiyə təsir göstərmişdir.
Uçida Roan
Uçida Roan (内田魯庵, 27 aprel 1868, Edo[d], Tokaydo[d] – 29 iyun 1929) və ya əsl adı ilə Uçida Mitsuqi (内田貢) – Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır. Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş və ingilis dilini özü öyrənmişdir. 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir. Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır. 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur. Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur. O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir. Uçidanın bu tərcüməsi Kitamura Tokoku və Toson Şimazakiyə təsir göstərmişdir.
Üçqat akkreditasiya
Üçqat akkreditasiya (ing. Triple accreditation) ― idarəetmə təhsili verən bir ali təhsil qurumunun və ya həmin qurum nəzdnindəki elmi vahidin dünyamiqyaslı üç əsas akkreditasiyadan (AACSB, AMBA, EQUIS) keçməsi halı. Dünyada idarəetmə məktəblərinin 1%-i üçqat akkreditasiyalıdır. Proses iki ABŞ (AACSB və AMBA) və bir Avropa İttifaqı (EQUIS) mənşəli mötəbər akkreditasiya təşkilatının namizəd ali təhsil müəssisəsi, yaxud müvafiq vahidi üzərində uzunmüddətli monitorinqi ilə başlayır. Bu zaman kəsiyində əgər kriteriyalar ödənilərsə yalnız bu halda üçqat akkreditasiya olunur. Tələblərin yerinə gətirilməsi həm institusional, həm də intellektual potensial tələb etdiyindən dünya üzərində sözügedən akkreditasiyanı tamamlayan ali təhsil müəssisələri yaxud elmi vahidlər olduqca nüfuzlu hesab olunurlar. Məhz bu səbəbdəndir ki, dünya idarəetmə məktəblərinin yalnız 1% sözügedən titula malikdir.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
La Mia Città
La Mia Città (azərb. Mənim şəhərim‎) — İtaliyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İfaçısı Emma Marronedir.
Göksu Üçtaş Şanlı
Göksu Üçtaş Şanlı (türk. Göksu Üçtaş Şanlı) — Türkiyəli bədii gimnast. O, Olimpiadada gimnastika üzrə Türkiyəni təmsil edən ilk qadın idmançıdır. O, Türkiyədə gimnastika növü üzrə Olimpiya Oyunlarına qatılan ilk idmançıdır. Üçtaş 2012 Yay Olimpiya Oyunlarına qatılıb. 1908-ci ildə Türkiyə adı ilə Olimpiya Oyunlarına qatılan Osmanlı İmperatorluğunun London Olimpiadasında Aleko Mulos tərəfindən təmsil olunmasından 104 il sonra o, gimnastikada Türkiyəni olimpiadada təmsil edən ilk şəxs olub. London Olimpiadasından sonra 4 illik fasilədən sonra, 2016-cı ildə gimnastikaya qayıdıb və Bədii Gimnastika üzrə Dünya Kubokunda qadınların döşəmə hərəkəti kateqoriyasında gümüş medal qazanıb. Bu medal Türkiyənin gimnastika üzrə böyüklər kateqoriyasında qazandığı ilk medaldır. == Həyatı == 1990-cı ildə Qaziantepdə anadan olub. Beş yaşında Qaziantep Gənclik Xidməti və İdman İl Müdirliyinin gimnastika kurslarında gimnastikaya başlayıb.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Çita bayrağı
Çita bayrağı — Rusiya Federasiyasının Zabaykal diyarında yerləşən Çita şəhərinin bayrağı.
Çita yarımadası
Çita yarımadası (yap. 知多半島) — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir. Honşu adasının mərkəzi hissəsində Sakit okeanının sahillərində qərar tutur. Şimaldan cənuba doğru uzanır və İse körfəzinin şərq sahillərini təşkil edir. Uzunluğu 40 km, eni 5–14 km təşkil edir. İse və Mikava körfəzlərini ayırır. Relyefi təpəlidir. Şimalda 40 m, mərkəzdə 70 m, cənubda isə 90–100 m təşkil edir. İllik orta temperatur 15 °C-dir. İllik yağıntının miqdarı 1500 mm-dir.
Çita (dəqiqləşdirmə)
Çita — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi. Çita yarımadası — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir.