[Qərənfil:] Keçən il təşəbbüs qaldırdınız ki, təzə yasli tikək, düzün ortasına bir-iki araba əhəngdən, qumdan tökdünüz, qaldı yağışın altında.
// Əhəng məhlulu. Evin divarlarını əhənglə ağartmaq.
– Bağ işçiləri maşından ağacın dibinə əlavə mədəni gübrə tökdülər və yaxud iri fırçalarla ağacların gövdəsinə əhəng çəkdilər.
□ Əhəng kürəsi – əhəngdaşını bişirib əhəng hasil etmək üçün sadə ocaq, soba; kürəxana. Əhəng kürəsində əhəngdaşı bişirilir və ondan əhəng istehsal edilir.