Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Farfar (Mərənd)
Farfar (fars. فارفار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (188 ailə).
Tartar (mifologiya)
Tartar ya Tartaros (yun. Τάρταρος; lat. Tartarus) qədim yunan mifologiyasında axirətin, və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun üzərində yerləşmişdir. Günahkarlar, tanrılara qarşı çıxanlar burada həbs olunur.↵Bu zülmət dibsizlik yerin qatından, yerin səthindən göyə qədər olan məsafə qədər dərində yerləşmiş: Homerə görə 9 günlük məsafədə yerləşmiş tartar üç qaranlıq ya Ereb qatı və Poseydon tərəfindən çəkilmiş dəmir divar və qapılarla əhatə olunmuşdur. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. Gündüzlər Niks tartara çəkilər, axşamlar isə yeri bürüyərmiş. Hesioda görə Xaos və Geyadan sonra doğulmuş ya yaranmışdır. Epimenidə görə Niks və Aeradan törənmişdir. Digər bir əfsanəyə görə Efir və Geyanın oğludur.
Çartar (dəqiqləşdirmə)
Güneyçartar
Tartar bifşteksi
Tatar bifşteksi (Tatarca bifşteks, Tartar bifşteksi) — çiy maldan hazırlanmış yeməkdir. == Tarixi == Avropada Tatar bifşteksinin Tatar adlanan tatarlardan və ya slavyanlardan gəldiyi barədə bir əfsanə var. Bənzər bir əfsanəni, məsələn, XVII əsrin ortalarında Polşa-Litva Birliyi ərazisində uzun müddət Polşa xidmətində çalışan fransız hərbi kartoqraf mühəndisi Giyom de Boplan xatırladır. Onun hekayələrinə görə, Zaporojye qoşunlarının kazakları 1–2 barmaq qalınlığında at filesini doğrayıblar və intensiv qan axmasına üçün bir tərəfdən güclü duzlayaraq yəhərlərin altına qoyurdular; iki saatlı marş yürüşündən sonra bir tərəfdən qan köpüyü çıxarılırdı və bütün əməliyyatlar belinin ikinci tərəfi ilə təkrarlandı, bundan sonra Tatar bifşteks yeməyə hazır hesab edilirdi. Daha əvvəl də bu əfsanəyə Robert Burtonun "melanxoliya anatomiyası" nda rast gəlmək olar". Con Byuri fikrinə görə, bu şəkildə bişirilən ət yeyilməz olardı Müasir tatar bifşteksi ABŞ- da yaranıb. Sonra Avropaya gəldi və burada Fransız restoranlarında "Amerikan biftşek"si adlı ilə verilirdi (fr. steack à l’Americaine). Eyni zamanda, tez-tez tartar sousu ilə verilirdi, buna görə də zamanla tatar biftşeksi ləqəbini aldı. Beləliklə, bifşteks tartarı tatar mətbəxi ilə əlaqəsi yoxdur.
Müqəddəs Yelisey monastırı (Çartar)
Müqəddəs Yelisey monastırı — Xocavənd rayonunun Çartar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. == Tarixi == Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir və qədim kilsənin dəqiq inşaat tarixi dəqiq bilinmir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. Fronton üzərindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Kitabədə yazılır: "Mən, ustad Qabriel bu kilsəni öz əllərimlə inşa etdim...” == Memarlıq xüsusiyyətləri == Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır.
Afarar
Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi. Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir.. == Resepti == Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq,ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur). Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər. Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır.
Afarlar
Afarlar, və ya Danakil, Afarca:Qafár), Ərəbcə:عفار ), Amxarca: አፋር? āfār) - Eritreya, Efiopiya və Cibuti Afar bölgəsində ( Danakil çölündə) yaşayan, Kuşi dil ailəsinə bağlı olan Afar dilini danışan (Danakillər) də adlandırılan yerli etnik qrup. == Yayılma arealı == Əsasən müsəlman və sünnidirlər. Afarlar ortaq ənənələr, ortaq sosial yaşamları və təşkilatları ilə sadəcə 20 ildir əlifbaya sahib olan ortaq bir dil ilə üç ayrı ölkədə də “ulusal” bir birlik olmağı bacara bilmişdilər.1.5 milyon əhaliyə sahibdirlər.
Bartaz
Bartaz (Zəngilan) Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə. Bartaz dəmir yolu stansiyası — Bartaz dəmir yolu stansiyası. Bartaz (dağ) — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baytar
Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur. Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir". == Ədəbiyyat == Z. Ələsgərov və başq. Baytarlıq virusulogiyası. Uniprint, Bakı, 415 səh., 2009.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Farslar
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Faryab
Ənbərabad — İranın Kirman ostanının şəhərlərindən və Faryab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,508 nəfər və 971 ailədən ibarət idi.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Ümumi == Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Adi qarqar
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Axçoy-Martan
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. == ABŞ-nin milli quşu == Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Bartaz (Zəngilan)
Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə.
Bartaz (dağ)
Bartaz — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2270 m. Toponimiyada bart/bard "dağ", as/az/ats "su"; "iti uc, iti zirvə" deməkdir. Oronim "iti zirvəli dağ" mənasındadır.