Müqəddəs Yelisey monastırı (Çartar)

Müqəddəs Yelisey monastırıXocavənd rayonunun Çartar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur.

Müqəddəs Yelisey monastırı
Ölkə  Azərbaycan
Şəhər Xocavənd rayonu
Yerləşir Çartar kəndi
Müqəddəs Yelisey monastırı (Azərbaycan)
Müqəddəs Yelisey monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir.

Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir və qədim kilsənin dəqiq inşaat tarixi dəqiq bilinmir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur.[1] Fronton üzərindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Kitabədə yazılır: "Mən, ustad Qabriel bu kilsəni öz əllərimlə inşa etdim...”[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır. İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir.[1]

Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. Divarlarda iç tərəfdən üç böyük niş vardır. Kilsənin yeganə giriş qapısı onun qərb divarında yerləşir. Tağlar, pilonlar, pəncərə və qapı çərçivələrinin inşasında yaxşı yonulmuş daşlardan istifadə edilmişdir. Digər divar yerlərinin hörgüsündə yonulmamış bazalt daşlarından istifadə olunub.[1]

Divar hörgüsündə həm də qədim tikilinin çoxlu sayda qalıqları – kvadrlar, xaçdaşlar, ornament və məişət səhnələri ilə bəzədilmiş plitələr, kitabəli daşlar istifadə edilmişdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmiş olsa da, örtük dövrümüzə yalnız divarın bəzi hissələrində çatmışdır.[1]

  1. 1 2 3 4 Мкртчян, 1989. səh. 126
  2. Лалаян, Е. Варанда, этнодемографический обзор. Тифлис. 1897. 47.
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989