Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. == Tarixi == FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
FIFA 07
FİFA 2007 – Electronic Arts tərəfindən istehsal olunan Futbol oyunudur. Satışa 27 sentyabr 2006 tarixində çıxrılmışdır. == Oyun tərkibi == 510 klub, 27 çempionat, 20 ölkə, 10.000 üstündə futbolçu. Play Station 2də də oynamaq mümkündür. Oyunda 1950-1990 illəri arasında oynamış futbolçular Classic XI adlı komanda ilə ulduzlar yığması düzəldilmişdir.
FIFA 16
FIFA 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun. FIFA seriyasının qadın milli komandalara yer verən ilk oyunudur. Həmçinin səsvermə yolu ilə üz qabığı üçün futbolçu seçilən və üz qabığında qadın futbolçu yer alan ilk oyundur. == Haqqında == İlk dəfə olaraq FIFA 16-da 12 qadın milli futbol komandasına yer verilmişdir. Bu milli komandalar Avstraliya, Braziliya, Kanada, Çin, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksika, İspaniya, İsveç və ABŞ-dır. Kompaniyanın vitse-prezidenti Deyvid Rutter bildirmişdir: "Dünyadakı tanınmış qadın futbolçuları və milli komandaları səsvermə yolu ilə oyuna daxil etmək EA Sports üçün möhtəşəmdir." 2013-cü ildə İspaniya milli komandasının kapitanı Veronika Bokute change.org saytı vasitəsilə ərizə yazmış və EA Sportsdan bir oyunda qadın millilərə də yer verilməsini istəmişdir. İlk 24 saat içində 20.000 səs toplanmışdır. FIFA 16-da həm kişi, həm də qadınların olduğu qarışıq komandalar yoxdur, həmçinin qadın milli komandalarla kişi milli komandalara qarşı oynamaq mümkün deyildir. Qadın milli komandalarla FIFA Qadınlar Dünya çempionatını turnirini oynamaq mümkündür. Oyundakı 78 stadionun 50-si real həyatda mövcuddur.
FIFA 99
FİFA 1999 - multiplatformalı videooyun, idman simulyator janrında FİFA seriyasının 6-cı oyunu. Oyunu hazırlayan EA Kanada, nəşr edən isə Electronic Arts kompaniyası olub.
FİFA 100
FİFA 100 — Ölkələrarası Futbol Federasiyası olan FİFAnın 4 mart 2004-cü ildə Londonda baş tutan yüzüncü il yubileyidir. Mərasimdə eyni zamanda aralarında dünya şöhrətli braziliyalı futbolçu Pelenin də olduğu, müxtəlif millətlərdən futbol adamları FİFA 100 adı altında dünyada yaşayan ən yaxşı futbolçuları seçmişlər. Ancaq 100 ədədi siyahıdakı futbolçuları təmsil etmir, çünki Pele bu ədədi 100 ilə məhdudlaşacağının çox çətin olduğunu demişdir. Siyahı peşəkar 123 kişi və 2 qadın futbolçudan təşkil olunmuşdur. (Qadın idmançılar ABŞ-lı Miçele Akers və Mia Hammdır.) FİFA 100 siyahısı hələ də futbolla məşğul olan 50 və futbola əlvida deyən 75 futbolçudan ibarətdir. == Kriteriya == Bəzi futbolçuların müşahidələri siyahının yaradılmasında istifadə edilən üsullardan ən mühümü olmuşdur. Köhnə siyasi günümüzün futbol şərhçisi — David Mellor Evening Standard qəzetinin bir bölməsində siyahının futbol sahələrində edilənlərdən çox siyasi amillərlə yaradıldığını hiss etdiyini yazmışdır. Mellor siyahının Pele tərəfindən deyil, FİFA-nın idarə heyəti tərəfindən qələmə alındığını yazmışdır. Mellor ayrıca siyahıdakı oyunçuların geniş bir coğrafi quruluşdan gəldiyini, ancaq gerçəkdə Cənubi Amerikalı və Avropa oyunçuların əksəriyyətlə siyahını meydana gətirmələrinin lazım olduğunu söyləmişdir. Digər tənqidlər isə siyahının yalnız günümüzün oyunçularına yönəldiyi fikrindədir.
FİFA 1999
FİFA 1999 - multiplatformalı videooyun, idman simulyator janrında FİFA seriyasının 6-cı oyunu. Oyunu hazırlayan EA Kanada, nəşr edən isə Electronic Arts kompaniyası olub.
FİFA 2007
FİFA 2007 – Electronic Arts tərəfindən istehsal olunan Futbol oyunudur. Satışa 27 sentyabr 2006 tarixində çıxrılmışdır. == Oyun tərkibi == 510 klub, 27 çempionat, 20 ölkə, 10.000 üstündə futbolçu. Play Station 2də də oynamaq mümkündür. Oyunda 1950-1990 illəri arasında oynamış futbolçular Classic XI adlı komanda ilə ulduzlar yığması düzəldilmişdir.
FİFA himni
FIFA himni, "FİFA"nın təşkil etdiyi turnirlərdə və beynəlxalq futbol maçlarında müsabiqədən əvvəl çalınan himndir. 1994 Dünya Çempionatından bu yana bütün FIFA turnirlərində çalınmaqdadır. Franz Lambert tərəfindən bəstələnmişdir və instrumentaldir. 2004-cü ildə FİFA-nın 100 iliyinə həsr olunmuş mərasimdə də istifadə edilən himn mərasim üçün Yapon Gota Yaşıkı tərəfindən hazırlanmışdır.
FİFA tarixi
FIFA (fr. Fédération Internationale de Football Association, azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — futbol ve futzalın dünya səviyyəsində ali idarəedici orqanıdır. Dünyanın ilk yaradılan və ən böyük QHT-ı olan FİFA 21 May 1904-cü ildə yaradılmışdır. Təşkilata hal-hazırda 209 üzv konfederasiyalar daxildir. == Yaradılışı == 1872-ci ildə Qlazqonun Hamilton Kresent meydanında İngiltərə və Şotlandiya yığmaları arasında keçən rəsmi görüş 0–0 hesabı ilə bitdi. Növbəti il Londonun Oval stadionunda keçirilən maçda isə İngiltərə Şotlandiya üzərində 4-2 hesabı ilə qələbə qazandı. Növbəti il 1873-cü ildə isə dünyanın sayca ikinci milli futbol assosiasiyası – Şotlandiya Milli Futbol Assosiasiyası yaradıldı. Buna qədər İngiltərə Milli Futboll Assosiasiyası dünyanın ilk və tək futbol təşkilatı idi, çünki o zamanlar futbol yalnız Birləşmiş Krallıqda oynanılırdı. Futbol geniş yayıldıqca və milli komandalar arasında keçirilən görüşlərin sayı arttıqca bu oyunlara qlobal səviyyədə nəzarət edəcək bir təşkilatın yaradılmasına ehtiyac duyuldu.
FIFA 08
FIFA 08 (Şimali Amerikada FIFA Soccer 08 adı) EA Canada tərəfindən hazırlanmış və Electronic Arts tərəfindən EA Sports etiketi ilə nəşr edilmiş futbol simulyasiya video oyunudur. O, bütün məşhur oyun formatlarında 2007-ci ilin sentyabrında Avropa, Avstraliya və Asiyada, 2007-ci ilin oktyabrında isə Şimali Amerikada təqdim edildi. Oyunun PlayStation 3 və Xbox 360 versiyaları üstün qrafika və müxtəlif şərhçilərlə təkmilləşdirilmiş oyun mühərrikinə malikdir və EA tərəfindən "növbəti nəsil" adlandırılır. Bütün digər platformalarda, o cümlədən PC-də oyun köhnə mühərrikdən istifadə edir. Nintendo DS versiyasında təminatın saxlama mühitinin məhdudiyyətləri səbəbindən daha az komanda, stadion, oyun rejimləri və dəstlər var. == Xüsusiyyətlər == FIFA 07- də olmayan yeni funksiyalar arasında oyunçunun bütün matç boyunca yalnız bir oyunçu (oyunçu dəyişdirilə bilər) kimi oynadığı " Pro Rejim" daxildir. Lakin bu rejim qapıçılar üçün mövcud deyil. PlayStation 3 və Xbox 360 üçün yeni funksiyalar arasında kooperativ onlayn oyun və hansı oyunçunun müdafiədə olacağını seçmək üçün düzgün konsoldan istifadə edərək idarəetmənin dəyişməsi daxildir. Bununla belə, bu nəzarət parametri digər əvvəlcədən təyin edilmiş idarəetmə konfiqurasiyalarına, eləcə də FIFA 07 konfiqurasiyasına qaytarıla bilər. Bundan əlavə, onlayn rejimdə oyunçuların liqa, komanda seçdiyi və real həyatdakı rəqiblərə qarşı oynadığı interaktiv liqaları özündə birləşdirən yeni əlavə var.
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
FIFO
FIFO (ing. first in, first out "birinci daxil, ilk çıxış") — zaman və prioritetlərlə bağlı məlumatların təşkili və manipulyasiya üsulu. Bu ifadə "birinci daxil, ilk çıxış" prinsipinə uyğun olaraq prosesi tənzimləməklə növbənin və ya ziddiyyətli tələblərə xidmətin texniki işlənməsi prinsipini təsvir edir. Birinci gələnə xidmət verilir, sonrakı birincinin xidməti başa çatana qədər gözləyir və s. Bu prinsip insanlar növbəyə daxil olduqları ardıcıllıqla xidmət alarkən növbəyə duran şəxslərin davranışına bənzəyir. Eyni şey, məsələn, tənzimlənməyən kəsişmədə, sürücülər sürməyə davam etmək üçün öz növbəsini gözlədikdə baş verir. Daha geniş mənada, LIFO (last-in, first-out son gələn, ilk çıxan) abstraksiya FIFO abstraksiyasının əksidir. Daha az istifadə olunan FILO sinonimini nəzərə alsaq, fərq daha aydın ola bilər ki, bu da birinci gələn, axırıncı çıxan ("ilk gələn, sonuncu çıxan") mənasını verir. Əslində, hər iki abstraksiya daha ümumi siyahı manipulyasiya anlayışının spesifik hallarıdır. Fərq siyahıda (məlumatlarda) deyil, məzmuna giriş qaydasındadır.
Fiwa
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
FIFA Dünya Kuboku
FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.) == Tarixi == Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi. Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi.
FİFA Dünya Reytinqi
FİFA Konfederasiyalar Kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
FİFA Puşkaş mükafatı
FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir. Mükafat kişi və ya qadın futbolçu olmaqla ilin estetik olaraq önəmli və ya ən gözəl qoluna görə təqdim edilir. Mükafat 1950 və 1960-cı illərdə Real Madrid klubunun hücumçusu və dövrünün ən önəmli macar futbolçucu olmuş Ferents Puşkaşın şərəfinə təsis edilmişdir. Puşkaş böyük kütlə tərəfindən avropanın ən güclü hücumçusu kimi qəbul edilmişdir. Belə ki, o 84 rəsmi milli matçında 83 dəfə fərqlənməyə nail olmuşdur. O, 528 matça 512 dəfə fərqlənməklə iyirminci əsrdə avropanın ən çox qol vuran oyunçularından biri kimi ad qazanmışdır. "Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur" fikirlərini Blatter Budapeşt şəhərində mükafatın inaqurasiya mərasimində səsləndirmişdir.
FİFA Qızıl topu
FİFA Qızıl topu (fr. FIFA Ballon d'Or) — hər il əvvəlki sezonda liqalar və qitə kuboklarında ən yaxşı nəticələr göstərən futbolçuya verilən mükafat. Mükafat 2010-cu ildə Qızıl top və FİFA İlin futbolçusu mükafatlarının birləşdirilməsi ilə yaranmışdır.
FİFA prezidentlərinin siyahısı
Aşağıda FİFA prezidentlərinin siyahısı verilib.
FİFA Əsrin klubu
FİFA Əsrin klubu — 13 dekabr 2000-ci ildə FİFA tərəfindən Real Madrid FK komandasına verilən mükafatdır. Mükafat üzrə səsvermə ayda iki dəfə olmaqla FIFA World Magazine (FİFA-nın rəsmi jurnalı) jurnalının abunəçiləri tərəfindən keçirilmişdir Mükafat 2000-ci ilin dekabr ayında Real Madrid klubununa təqdim olunmuşdur. 2006-cı ildə Əsrin klubu olan Real Madrid komandası öz statusuna uyğun olaraq loqosuna və futbolçuların formalarına tac şəkli əlavə etmişdir.
2024 FIFA seriyası
2024 FIFA Seriyası (ing. 2024 FIFA Series) — FIFA tərəfindən müxtəlif qitə konfederasiyalarından olan milli komandaların dəvət olunduğu və yoldaşlıq görüşlərinin keçirilməsindən ibarət olan FIFA seriyası yarışlarının hal-hazırda davam etməkdə olan ilk yarışıdır. Yarış 21–26 mart 2024-cü il tarixlərində beş ev sahibi ölkədə keçirilməsi nəzərdə tutulan beş fərqli seriyadan ibarət olacaq. == İdeyası == Yoldaşlıq yarışı ilk dəfə 2022-ci ilin dekabrında "FIFA World Series" adı altında FİFA təşəbbüsü kimi elan edilmiş və daha sonra FIFA prezidenti Canni İnfantino tərəfindən 16 mart 2023-cü ildə FİFA-nın 73-cü Konqresində yenidən bu vəzifəyə seçildikdən sonra təsdiq edilmişdir. Yarış, altı konfederasiyanın kişi milli komandalarını cüt illərin mart ayında FIFA matçları pəncərəsində bir sıra yoldaşlıq turnirlərində bir araya gətirəcək. Müsabiqə FIFA-nın üzvü olan assosiasiyalara digər konfederasiyaların komandaları ilə daha müntəzəm oynamağa imkan verməklə onlara "vacib oyun imkanı" təqdim etmək məqsədi daşıyır və bu, daha böyük texniki inkişaf imkanlarına şərait yaradır. O, həmçinin üzv assosiasiyaları əlavə kommersiya imkanları və əlaqələrlə təmin etmək üçün nəzərdə tutulub. 2024-cü il yarışları müsabiqə üçün pilot mərhələ kimi çıxış edəcək. Misirdən başqa (ən son əlavə edilib) hər seriyada bütün konfederasiyalararası oyunlar tərəflər arasında ilk beynəlxalq görüş olacaq. == İştirakçı komandalar == 2024-cü ildə keçiriləcək müsabiqədə aşağıdakı komandalar iştirak edəcək.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.